Bu adın digər istifadə formaları üçün, bax: Buduq (dəqiqləşdirmə).Buduq və buduqlular
Kitabın üz qabığı
Müəllif:Vaqif Buduqlu-Piriyev
Orijinalın dili:azərbaycanca
Orijinal nəşr olunub:1994
Nəşriyyat:Sabah
Səhifə:140
ISBN 5-86106-026-6
Buduq və buduqlular — tarix elmləri doktoru, professor Vaqif Buduqlu-Piriyevin Buduq və buduqlular haqqında yazdığı kitab.
1994-cü ildə "Tural" kooperativinin sədri Mirxudam (Xudu) Mirbalaş oğlu Bəhrəmovun vəsaiti hesabına Bakıda "Sabah" nəşriyyatında çap olunmuşdur. Kitabın redaktorları t.e.n. Aydın Səlimzadə və h.e.n. Zavər Qafarovdur. 140 səhifədən ibarətdir.
Kitabda Azərbaycanın qədim yaşayış məskənlərindən biri – Quba rayonunun Buduq kəndi və onun sakinləri barədə elmi araşdırmalar öz əksini tapmışdır. Burada Buduq kəndinin tarixi, buduqluların etnik mənsubiyyətləri, bu günü və keçmişi, buduq dilinin öyrənilməsi səviyyəsi, Buduğa aid tarixi sənədlər və materiallar, maraqlı və ibrətamiz söhbətlər, rəvayətlər verilir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Tarix: 14.03.2013 / 20:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 301 Bölmə: Kitablar elm