Həm maraqlı həm də çoxlu müzakirələrə səbəb olan bu mövzu fərqli fikir və düçüncələri özündə birləşdirir. Hər birinizin subaylığa baxış tərzi fərqlidir. Bəziləri üçün subay olmaq bir həyat tərzidir. İşdən evə qayıddığında qarşılayacağ kimsənin olması, birlikdə gözəl bir yemək yeyərək gün ərzində baş vermiş hadisələri bölüşmək və rahat bir yuxu yatmaq. Bax bu subay insanların həsrətini çəkdiyi anlardır. Evə dostlarını və ya qohumlarını çağıraraq belə bir gecə keçirən və bundan zövq alanlar da var əlbətdə.
Subaylıq sultanlıqdırPaylaşma istəyi hətda Evlənməyə qarşı olanlar bir gün doğru insana rast gədiklərini hiss etdiklərində qalan yolu bir yerdə getmək istərlər. Amma o insanı tapana kimi bir çoxları keçər insanların həyatından. Yaş irəlilədikcə doğru insanı hələ da tapa bimədiyimizi düşünüb narahat olmağa başlayırıq. Bu qədər düşuncənin içində bir də biz öz yolunuzu seçdik deyib biriylə evlənib xoşbəxt olmamaqdansa, yalnız olub isdədiyimiz kimi yaşayıb sakit bir həyat keçirərik deyə təskinlik də tapmağa çalışırıq. Bu özümüzə olan inamı artıran bir düşüncədir. Amma yenə də nə olur olsun içimizdəki paylaşmaq arzusunu dindirə bilmirik bəzən.
Bəs evliler...? - Həyatını bir insanla bölüşən xüsusilə də uzun müddət evlidirsə yalnız olduğu zaman hər şeyin çox fərqli olduğunu söyləyərlər və tez-tez evvəlki günlər üçün darıxdığlarını dilə gətirərlər. Hec kəsə heç bir şeydə məlumat verməmək, evə isdədiyi saatda gəlmək, qisası azad olmaq evli insanların ən çox darıxdığı hallardır. Iki nəfər yerinə tək olaraq getmək və ürəyinin isdədiyi yerə getmək evlilərin çox uzun zaman öncə unutduğları vərdişlərdir.
Tələsməyin - Subay olmağın da evli olmağın da özünə görə negativ və pozitiv xüsusiyyətləri vardır. Amma bu da bir həqiqətdir ki, hami sonsuza qədər xoşbəxt ola biləcəyi bir evliliyin xəyalını qurar. Əsas olan doğru zamanda doğru insanla ailə qurmaq və bu bərabərliyi uğurlu bir şəkildə sonuna qədər yaşamaqdır. Həyatınızı biriylə mi yoxsa yalnız mı keçirmək isdədiyinizə qərar verməyiniz üçün tələsməyə ehtiyac yoxdu.
Tarix: 28.11.2014 / 12:56 Müəllif: Aziza Baxılıb: 77 Bölmə: Kişiler haqqında