Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilər qadınlardan daha sürətli qocalır

İngiltərədə qadın və kişinin orqanizm quruluşu ilə bağlı aparılan bir araşdırma maraqlı faktlar ortaya çıxarıb. İndi marağınıza səbəb olacağını düşündüyümüz həmin nəticələri sizinlə bölüşmək istəyirik.

1. Kişinin beyni qadın beyni ilə müqayisədə 14% daha ağırdır.
2. Kişinin ürəyi daha böyükür, ancaq yavaş döyünür: dəqiqədə təxminən 72 dəfə. Qadınlarda isə bu göstərici 80-dir.
3. Kişi bədəninin 60-70, qadın bədəninin isə 50-60%-i sudan ibarətdir.
4. Kişilər ömrləri boyu qadınlarla müqayisədə 40 gün daha az xəstələnirlər.
5. Kişi dərisinin ümümi çəkisi 1.8 kq, qadınlarda isə 1.6 kq-dır.
6. Kişilərdə əlin uzunluğu təxmini 19.7 sm, qadınlarda isə 17.3 sm-dır.
7. Kişilər qadınlardan daha sürətli qocalır. 55 yaşında bir qadın bədən gücünün 90%-ini qoruyub saxladığı halda, kişilərdə bu 70% olur.
8. 35 yaşında kişinin damar sistemi 55 yaşlı qadının damar sisteminə bənzəyir. Lakin qadınların cildi daha incə olduğu üçün onlarda qocalıq əlamətləri daha tez hiss edilir.
9. Kişi orqanizmində qadın ilə müqayisədə 50% daha çox əzələ hüceyrəsi olur. Fiziki cəhətdən qadınlardan üç dəfə güclü olan kişilər qıçları daha uzun və əzələli olduğu üçün qadınlardan daha yaxşı qaçır və daha uzağa tullana bilirlər.
10. Kişilər dəqiqədə təxminən 16 dəfə, gündə isə 23 min dəfə nəfəs alır. Qadınlar isə dəqiqədə 20-22 dəfə, gündə 30 min dəfə nəfəs alırlar.
11. Kişilər təxmini 71.5 il, qadınlar isə 78 il yaşayır.
12. Kişi orqanizmində 4.5, qadınlarda isə 3.6 litr qan dövran edir.
13. Kişilərin çiyinləri daha geniş, qolları və qıçları daha uzun, sümükləri daha ağırdır.
14. Qadınların səs telləri daha qısa olduğu üçün səsləri daha incədir.
15. Qadınlarda eşitmə, qoxu bilmə qabiliyyəti daha güclüdür. Buna qarşılıq olaraq kişilər isə parlaq işığa qarşı daha həssasdır. Bu da onlara ən incə detalları belə daha asanlıqla aydınlaşdırmağa kömək edir.
16. Kişilərdə bədən temperaturu qadınlarla müqayisədə daha yüksəkdir.
17. Qadınların saçları daha sıx və daha güclüdür. Saç kökləri dərində yerləşdiyi üçün onların saçı kişilərin saçı kimi tez tökülmür.
18. Hər dörd AİDS xəstəsindən biri qadındır.
19. Dəri altında olan yağ təbəqəsi daha qalın olduğu üçün qadınlar kişilərdən daha yaxşı üzür.
20. Qadın orqanizmi daha çox antikor istehsal edir. Buna görə də onlar kişilərlə müqayisədə bakteriya, virus vasitəsilə yayılan xəstəliklərə daha az yoluxurlar.


Tarix: 01.03.2014 / 15:21 Müəllif: ADMIN Baxılıb: 526 Bölmə: Kişiler haqqında
loading...