Avstraliyalı zooloqlar qitənin uzaq dağlıq ərazilərinə ekspedisiya zamanı əvvəllər məlum olmayan növlər aşkarlayıb.
Söhbət qurbağa, kərtənkələ və gekkondan gedir. Daha dəqiq desək onların bir növündən.
Phys.org-a istinadən bildirilir ki, alimlər daha öncə məlum olmayan növlərin bundan da çox olduğunu deyiblər. Keyp-Melvil parkında aşkarlanan üç növ burada olan daşların və böyük qayaların arasında tapılıb.
Saltuarius eximius adlandırılan gekkon 11 sm uzunluğundadır. Onun rəngi daşların arasında gizlənmək üçün uyğundur.
Tapılan kərtənkələyə Saproscincus saltus adı verilib.
Qurbağaya isə Cophixalus petrophilus adılandırılıb.
Həmin ərazi tam araşdırılmadığından orada yeni növlərin aşkarlanacağı istisna olunmur.
Tarix: 09.12.2014 / 15:27 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: Heyvanlar aləmi