Boyları 2.75 metrə çatan elektrikli ilan balıqları (Electrophorus electricus) Amazon bölgəsində yaşayırlar. Elektrik hasil etmə qabiliyyətindən həm müdafiə, həm də hücum vasitəsi kimi istifadə edirlər. Bu balıqlar bədənlərində hasil etdikləri elektriklə ovlarını hərəkətsiz hala salır və düşmənlərini şok edib öldürürlər.
Balıqdan qaynaqlanan elektrik şoku 2 metr uzaqlıqdakı böyük heyvanı belə öldürəcək şiddətindədir. Balığın elektrik hasil etmə müxanizmi saniyənin 1000-də 2 və ya 3-ü qədər qısa müddətdə işə düşür. Bütün elektrikli balıqlar arasında ən öldürücü balıq olan ilan balığında elektrik cərəyanı 650-yə çatır. Bu qədər yüksək voltaj televizoru işə salmaq üçün istifadə edilən elektrikdən də artıqdır və insanı öldürə bilər. İlan balığının bəzən boşaltdığı 800 voltluq elektrik şoku isə atı öldürə bilir.
Elektrik ilan balığının bədənindəki yan əzələlərdə yerləşmiş orqanları tərəfindən hasil edilir. Elektrikli ilan balığının üç cüt elektrik orqanı var. Bu orqanlar balığın çəkisinin böyük hissəsini və boyunun 4/5-nü təşkil edir. Elektrik orqanı çoxlu sayda yastı hüceyrənin ardıcıl, paralel bağlanmasından əmələ gəlir. Elektrikli ilan balığının quyruğunda 70 sütun şəklində düzülmüş, 10.000 kiçik elektrik orqanı yerləşir. Bu hüceyrələrin hamısının eyni anda hərəkətə salaraq güclü elektrik axını əmələ gətirməsi üçün hüceyrələri hərəkətə keçirən sinir impulsları eyni zamanda ötürülməlidir. Minlərlə hüceyrənin müəyyən canlını hədəfə alaraq eyni anda elektriki boşaltması isə çox xüsusi, təəccüblü haldır. Bu hüceyrələrin hər biri digərindən fərqli zamanda elektriklərini boşaltsaydılar, ova təsir edəcək qədər güclü elektrik axını olmazdı. Ancaq orqanizmindəki bu mükəmməl sistemdən ilan balığının xəbəri belə yoxdur və Allah’ın istəyi ilə bundan ən təsirli şəkildə istifadə edir.
Elektrikli ilan balıqlarının quyruq hissəsindəki elektrik orqanı eyni zamanda zəif elektrik impulsları hasil edərək duyğu orqanı kimi də çalışır. Balıq elektrik yükünü quyruğundakı minlərlə məsamədən impulslar şəklində yayır. Bu impulslar balığı əhatə edən suda ani elektrik sahəsi əmələ gətirir. Balığın yaxınlığındakı cisimlər bu sahənin formasını pozur. Balıq bu pozulmaları növünə görə şərh edərək ətrafı haqqında məlumat əldə edir. Balığın orqanizmində ətrafa müntəzəm elektrik impulsları yayan, bir tərəfdən də bu impulsların toqquşduğu cisimləri şərh edən bir növ üzvi radar var. İnsanların istifadə etdiyi radarların nə qədər mürəkkəb cihaz olduğunu nəzərə alsaq, balığın orqanizmində yerləşən və süni radarlardan qat-qat mürəkkəb olan bu sistemin möhtəşəmliyini daha yaxşı dərk edərik.
Elm adamları elektrikli ilan balığının bu müdafiə mexanizmini təqlid etməyə və dövrümüzdə bu balığınkına bənzər elektrikli müdafiə silahları icad etməyə çalışır. Əlbəttə, elektrik impulsları bir cismin yerini müəyyən etmək məqsədilə və ya xəbərləşmə üçün istifadə edilə bilər. Ancaq bunun üçün dərin elmi biliyə və qabaqcıl texnologiyaya ehtiyac var. Belə ki, dövrümüzdə belə bu səviyyəyə çatmış ölkələrin sayı çox azdır. Halbuki, bəzi elektrikli balıqların bədənlərində ətrafa daima elektrik impulsları yayan, bir tərəfdən də bu impulsların toqquşduğu cisimləri şərh edən üzvi radar var. İlan balıqlarındakı bu üstün texnologiyanın mənbəyini təsadüfi amillərlə açıqlamağa çalışmaq həm elmi cəhətdən, həm də ağıl baxımından məntiqsizdir.
Minlərlə hüceyrə eyni anda elektriki necə boşaldır?
Elektrikli balıqlar hər biri çox az miqdarda enerji hasil edən hüceyrələrin birlikdə hərəkətə keçməsiylə 500-900volta qədər elektrik əldə edib bundan düşmənlərinə qarşı istifadə edirlər. Ancaq bu hüceyrələr eyni anda elektriki boşaltdıqda balıq üçün təsirli silah əmələ gətirirlər. Elektrik hüceyrələrinin hər biri müxtəlif vaxtlarda elektriklərini boşaltsaydılar, bu sistem işə yaramaz, balıq üçün müdafiə təşkil etməzdilər. Bəs bu sistem qüsursuz ahənglə necə işləyir?
Elektrik hasil edən orqanların əksəriyyəti çox uzundur, ona görə onurğada hərəkət əmri ötürən neyronlarla elektrik orqanı hüceyrələri arasındakı məsafə dəyişkəndir, uzun və ya qısadır. Lakin bu məsafə elektrikin eyni anda boşaldılması baxımından çox vacibdir. Çünki sinir impulsları müəyyən sürətlə – saniyədə 10-40 metr – göndərilir. Buna görə, onurğadakı motor neyronların hamısı eyni anda sinir impulsu göndərsə də, məsafənin dəyişkənliyinə görə bu impulslar elektrik hüceyrələrinə eyni anda çatmır.
Burada daha uzaqda olanların yaxında olan hüceyrələrə nisbətən gec fəaliyyətə keçməsi düşünülə bilər. Ancaq fərqli balıq növlərində iki müxtəlif strategiyadan istifadə edilir və belə uyğunsuzluğun qarşısı alınır. Birinci metod məsafələrin bərabərləşdirilməsidir. Yəni beyindən əmr daşıyan sinir hüceyrələrinin aksonları (çıxıntıları) yaxınlıqdakı elektrik hüceyrəsinə dolayı yolla, uzaqdakı elektrik hüceyrəsinə birbaşa gedir. Digər metod isə göndəriləcək hüceyrənin uzaqlığına görə aksonların göndərmə sürətlərinin dəyişdirilməsidir. Buna görə, qısa aksonlar daha yavaş, uzun aksonlar daha sürətlə xəbər ötürürlər. Beləliklə, elektrik orqanındakı on minlərlə hüceyrə “elektrik boşalt” əmrini eyni anda alır.
Tarix: 09.12.2014 / 15:26 Müəllif: Aziza Baxılıb: 104 Bölmə: Heyvanlar aləmi