Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pinqvinlərin maraqlı xüsusiyyətləri

Pinqvinlər təxminən -400 C – lik bir mühitdə yaşamaq üçün xüsusi təchizatlara sahibdirlər. Buzun üzərində yaşayır, qidalanır, ovlayır və balalarını böyüdürlər. Bu, şübhəsiz, böyük əmək tələb edən işdir. Ancaq pinqvinlər bir insanın əsla yaşaya bilməyəcəyi belə bir mühitdə varlıqlarını problemsiz davam etdirə bilirlər.

Pinqvinlərin sərt hava şəraitindən mənfi təsirlənən balalarının xüsusi qayğıya ehtiyacı var. Dişi pinqvin, adətən, bir yumurta çıxarır və bu yumurtanın bütün məsuliyyəti erkək pinqvinə aid olur. Kürtə erkək pinqvin yatır və təxminən -40o C – də 65 gün boyunca yerindən heç tərpənmədən bu vəzifəni yerinə yetirməyə çalışır. Bu 65 gün onlar üçün, həqiqətən də çətin mərhələdir. Bu müddət boyu erkək pinqvin dondurucu soyuqda hərəkətsiz və heç yemək yemədən olduğu yerdə qalır. Şübhəsiz ki, bir insan üçün belə bir vəziyyətin nəticəsi ölümdür. Lakin erkək pinqvin heç tərəddüd etmədən, şikayət etmədən öhdəsinə götürdüyü bu vəzifəni sona qədər davam etdirir. Allah ona etməli olduqlarını ilham etmişdir.

Kürtdən çıxan bala ilk iki ayı ata-anasının ayaqlarının arasında keçirir. Bu qoruma bala üçün çox əhəmiyyətlidir. Çünki səhvən 2 dəqiqəlik belə buradan çıxması donaraq ölümünə səbəb olar.

Dişi pinqvinlər kürt dövründə və sonra da balalarına baxa bilmək üçün uzun səfərlərə çıxırlar. Pinqvinlər böyük gövdəli olmalarına baxmayaraq, yerişlərini çətinləşdirəcək qədər kiçik qıçlara sahibdirlər. Normal şəraitdə bu yeriməyi çətinləşdirəcək və canlının daha çox enerji xərcləməsinə səbəb ola biləcək çatışmazlıq kimi görünür. Məhdud miqdarda qida ilə uzun səfərlərə çıxan bu canlılar üçün bu vəziyyət olduqca böyük çətinlik deməkdir.

Ancaq vəziyyət heç də belə deyil. Pinqvinlər sağa və sola yellənərək yeriyirlər. Bu rəqqasa bənzər maraqlı yerişin olduqca böyük əhəmiyyəti var. Bu yeriş sayəsində pinqvinlər böyük ölçüdə enerji qənaəti edirlər. Pinqvinlər yana doğru addımlar ataraq qıçlarının qısalığının onlara verəcək zərərini aradan qaldırır və əzələlərinin daha az yorulmasını təmin edirlər. Hətta hər addımın sonunda bir sonrakı addım üçün enerji yığmış olurlar.

Pinqvinlər əgər düz yerimiş olsaydılar, öz ölçülərindəki bir heyvandan iki qat daha çox enerji sərf etməli olacaqdılar. Ancaq bu xüsusi yeriş forması sayəsində pinqvin yalnız yeriməyə başlayarkən və dayanarkən enerji sərf edir. Məhdud olan qidasının dənizə çatmağa öyrəşən pinqvinə kifayət etməsi üçün ən məqsədəuyğun üsul budur.

Dişi pinqvin özünə verilmiş üstün xüsusiyyət sayəsində kilometrlərlə yol yeriyə bilir və qida toplayır. Erkək pinqvin yenə özünə verilmiş üstün xüsusiyyət sayəsində günlərlə dondurucu soyuğun altında hərəkətsiz və yeməksiz qala bilir. Bala pinqvin atasının ayaqlarının arasında dondurucu soyuğa tab gətirə bilir və böyüyənə qədər qorunur.


Tarix: 09.12.2014 / 15:20 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: Heyvanlar aləmi
loading...