İbn Abbas (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «Allah Ərafatda Adəmin belindən onun zürriyətini çıxararaq onlardan əhd aldı. Onları iki əlinin arasına zərrəcik kimi səpələdi. Sonra onlara birbaşa buyurdu: «Mən sizin Rəbbiniz deyiləmmi?» Onlar: «Bəli, biz şahid olduq!» - dedilər. (Bu ona görədir ki,) siz Qiyamət günü: «Biz bundan xəbərsiz idik!» - deməyəsiniz. Yaxud: «Atalarımız bizdən əvvəl (Allaha) şərik qoşmuş, biz də onlardan sonra gələn bir nəsil olmuşuq. Məgər Sən bizi batilə uyanların etdikləri əməllərə görə məhv edəcəksən?» - deməyəsiniz» (əl-Əraf 172-173)»
(Əhməd 2327, 2455, 2499. əl-Albani «Silsilətul-Əhədisis-Sahiha»da (? 1623), «Sahihul-Cəmiis-Sağir»də (? 1701) və «Mişkətul-Məsabih»də (? 121) səhih adlandırmışdır.)
Tarix: 25.04.2013 / 19:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 101 Bölmə: Hedisler