Məzdək Bamdad oğlu-(?-529), yeni din yaradıcısı, reformist
Mündəricat
1 Fəaliyyəti
2 İstinadlar
3 Qaynaqlar
4 Həmçini bax
5 Xarici keçidlər
Fəaliyyəti
Zərdüşt və Maninin ideyalarını yenidən reform edən Məzdək Bəmdad oğlu klassik feodal cəmiyyətində indiyədək kimsənin cürət etmədiyi baxışlarla çıxış etdi. Nəyə görəsə, Qərb dünyasının hələ əsrlər sonra düşünəbiləcəkləri dəyərləri daha öncə qəbul etdirməyə çalışan Məzdəkin adı mənbələrdə yalnız "ümumi qadın" fikrini ön plana çəkən bir "zındıq" kimi çəkilib. Ümumiyyətlə, ərəb-fars tarixçiləri bu cür məsələlərə xüsusilə önəm verirdilər. Babəkin 20 ildən artıq apardığı azadlıq mübarizəsini detalları ilə yazmaqdansa, onların qadınlı kişili nə iləsə məşğul olduqlarını özlərinin elmlərinə daha çox layiq bilirdilər. Yəni kimi nə maraqlandırırsa, ondan yazmaq daha rahat olur. Ona görə də, Məzdək Bəmdad oğlunun teoloji, liberal və sosial baxışlarına xüsusi yer verəcəyik.
Məzdəkilərin öldürülməsi miniatürlərdə
Teoloji baxış-Məzdəkiliyə görə başlanğıc ikili xarakterlidir. Aydınlıq elmdir, Qaranlıq isə cəhalətdir. Hər ikisinin öz himayəçisi vardır. İşığı, aydınlığı Tanrı, qaranlığı isə Şeytan təmsil edir. Tanrı ən ali qüvvədir və onun qarşısında dörd güc dayanır: Mühakimə etmə (Tamyiz), Anlamaq (Fəhm), Qorumaq (Hifz), Sevinmək (Sürur).Və Tanrı bu dörd gücü layiq olduğu şəxslərə verib: Möbidlər möbidinə baş hakimliyi, Herbada anlamağı, Spahbedə qoşun başçılığını, Ramişqara sevinci. Bu dörd seçilmiş 12 ruhi qüvvənin yaratmış olduqları dairənin içindəki 7 vəzirlə dünyanı idarə edirlər. Bütün bu keyfiyyətlər bir insanda toplaşarsa, o insan ilahi qüvvəyə sahib olacaqdır. Qiyamət gününə, axirətə, ilahi məhkəməyə inam digər dinlər kimi bu idealogiyanın da əsasını təşkil edir. Onlara görə, Qiyamət günü anlayışı əslində yenidən doğuluş, yəni ruhun bir bədəndən digərinə keçməsidir (reinkarnasiya, tənasüx).
Sosial baxış-Orta əsr feodal dünyasında sosial bərabərsizliyə qarşı baş qaldırmış bir çox hərəkatların əsasında müəyyən dini baxışlar dayanmaqdadır. Qərb dünyasında bu cür hərəkatlar bidətçi təriqətlər formasında xarakterizə olunur. Çünki feodalizm dövründə zülmün mənbəyində dövlətlə yanaşı, din və din xadimləri də dayanırdı. Ona görə də, hərəkatlar həm dövlətə, həm də dinə qarşı çıxışları özündə ehtiva edirdi. Bir sıra tarixçilərin ilk "kommunist" hesab etdikləri Məzdəkə görə "Tanrı torpaqdakı məhsulu və digər insana gərəkli olan şeyləri cəmiyyətdə bərabər şəkildə bölüşdürülməsi məqsədilə yaradıb. Heç bir şəxs digərindən artıq pay almamalıdır. İnsanlar bir-birilərinə qarşı düzgün davranmayaraq bir-birilərindən asılı vəziyyətə düşüblər. Güclü zəifi əzərək həm malını, həm də yaşamaq hüququnu əlindən alıb. Mülkiyyət baxımından hər kəsin bərabər olması üçün mütləq bir şəxsin ayağa qalxaraq varlılardan alıb yoxsullara verməsi lazımdır. Hər kim olursa olsun, heç kəsin digərindən artıq var-dövlətə, mülkə və birdən artıq qadına sahib olmağa haqqı yoxdur".
Məlumdur ki, Sasanilər zamanında zərdüşti rahiblər atəşgədələrin ətafında yerləşən geniş ərazilərin sahibi hesab edilirdilər. Ona görə də, Məzdəkin sosial bərabərlik ideyaları onların "dinlərinə" uyğun deyildi və buna görə də Məzdəkiliyə qarşı mübarizənin labüdlüyünü düşünürdülər.
Liberal baxış-Məzdəkiliyə görə, insanlar azad yaradılıb və hər bir şey Tanrı tərəfindən onlar arasında bərabər bölünü. Birinin digərinin üzərində heç bir hüquqi, siyasi, sosial üstünlüyü yoxdur. İnsanlara zərər vermək günah anlayışına daxildir. İnsan yalnız haqsızlığa qarşı baş qaldırarkən qan tökə bilər, digər hallarda bu qəti şəkildə qadağandır. İnsanlar bir-birilərinə qarşı xoş fikirlər düşünməli, başqalarına zərər vermədən Tanrının onlara verdiyi hər cür zövqlə, əyləncə ilə məşğul olmaq hüququna sahib olmalıdır.
İnsanın daxili və zahiri təmiz olmalı, evlilik, andiçmə və bir sıra dini törənlərdə şərab və çörəkdən istifadə edilməlidir. Heyvanları öldürmək və onların ətindən istifadə qadağandır. Məzdəkə görə, insanları fəlakətə, hərisliyə sürükləyən yalnız iki şeydir: Sərvət və qadın. Ona görə də onların ortaq olması bu problemləri tamamilə aradan qaldıracaqdır. Manidən fərqli olaraq Məzdəkə görə, sosial bərabərliyin Tanrının köməyilə bu dünyada qurulması mümkündür. Bunun üçün istismarçılara qarşı fəal mübarizə aparılmalıdır.
Hərəkatın başlanması-Kəndlilərin istismarı, onların əmlakının müsadirə edilməsi iri feodalların güclənməsinə, dövlət xəzinəsinin boşalmasına və bunun sonucunda imperiyanın zəifləməsi prosesinin kəskin xarakter almasına səbəb olmuşdu. İri fodallardan ehtiyat edən I Qubad (488-528) 481-ci ildən fəal mübarizəyə keçən Məzdak Bəmdad oğlundan dəstək istəyir və bir müddət onların fikirləri ilə hərəkət etməyə məcbur olur. Belə ki, qıtlıq zamanı Məzdəkin məsləhəti ilə, Qubad dövlətin taxıl anbarlarını xalqın istifadəsinə verir. Çünki, Məzdəkə görə, hər kəs Adəmin nəslindəndir və bir-birilərinə yardım etməlidirlər ki, heç kəs aclıq hissini duymasın. İmperiyada yaranmış böhrandan çıxış yolu tapmayan Qubad çarəni Ağ Hun imperatorluğuna sığınmaqda görür. Bunun müqabilində Ağ Hun imperatoru 499-cu ildə 30 min nəfərlik suvaridən ibarət qoşunu İrana göndərir. Az sonra güclənən Qubad artıq Məzdəkilərə ehtiyacı olmadığından köhnə dostlarına qarşı mübarizəyə başlayır. Məzdəkilərə qarşı aparılan bu mübarizə Qubadın oğlu I Xosrov Ənuşirəvanın (528-575) zamanında daha kəskin xarakter alır və 529-cu ildə Məzdək edam edilərək öldürülür və 80 min məzdəki qətlə yetirilir.
Məzdək öləndən sonra Məzdəkin ardıcılları amansız təqiblərə məruz qalıb, məmləkətin ucqar yerlərinə, əsasən də Orta Asiya məntəqələrinə qaçıb getməli olurlar [1]
Lakin məzdəkilik ideyaları 200 il müddətində öz varlığını qoruyub saxlaya bilir. Belə ki, İslam dininin geniş vüsət aldığı dövrlərdə də Azərbaycan, Xorasan, Soqdiana, Gürgan, Kirman, İsfahan, Əhvaz, Təbəristan kimi ərazilərdə hələ də onun nümayəndələri və topluluqları yaşayırdı. Nizamülmülk VIII əsr hadisələrindən danışarkən İran əhalisinin yarıdan çoxunun məzdəki və rafizi inancında olduqlarını qeyd edir.
Tarix: 05.03.2013 / 13:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 916 Bölmə: Dunya ve tarixi