1-( اللَّهُمَّ إِنِّى أَعُوذُ بِكَ مِنْ اْلْبَرَصِ وَالْجُنُونِ وَالْجُذاَمِ َومِنْ سَيِّءِ الأسْقاَمِ )
[Allahummə inni əuzu bikə minə-l-bərasi va-l-cununi va-l-cuzəmi va min seyyi-i-l-əsqam]
«Allahım! Albinizmdən(Orqanizmdə piqment azlığı və bunun nəticəsində dəri və saçların həddən artıq ağlığı.) divanəlikdən, cüzamdan (Əsasən dəri və toxumaların çürüməsi şəklində təzahür edən ağır xroniki xəstəlik) və pis xəstəliklərdən Sənə pənah aparıram»
(Əbu Davud, 2/93; Nəsai, 8/271; Əhməd, 3/192)
2-( اللَّهُمَّ إِنِّى أَعُوذُ بِكَ مِنْ مُنْكَرَاتِ اْلأَخْلاقَ وَاْلأَعْمَالِ وَالأَهْوَاءِ)
[Allahummə inni ə‘uzu bikə min munkərati-l-əxləqi va-l-ə‘məli va-l-əhvə’i]
«Allahım! Əxlaqsızlıqdan, pis istək və ehtiraslardan, ədəbsiz əməllərdən Sənə pənah aparıram».
(Tirmizi, 5/575; İbn Hibban, Hakim, Təbərani)
3- (اللَّهُمَّ إِنَّكَ عَفُوٌّ كَرِيمٌ تُحِبُّ الْعَفْوَ فَاعْفُ عَنِّى)
[Allahummə innəkə afuvvun kərimun tuhibbu-l-‘əfv fə‘fu ‘ənni]
«Allahım Sən bağışlayansan, səxavətlisən və bağışlamağı sevənsən, məni bağışla!»
(Tirmizi, 5/534)
4-( اللَّهُمَّ إِنِّى أَسْأَلُكَ فِعْلَ الْخَيْرَاتِ وَتْركَ اْلمُنْكَرَاتِ وَحُبَّ اْلمَسَاكِينِ وَأَنْ َتغْفِرَ ِلى وَتَرْحَمْنِى وَإِذَا أَرَدْتَ فِتْنَةَ قَوْمٍ فَتَوَفَّنِى غَيْرَ مَفْتُونٍ وَأَسْأَلُكَ حُبَّكَ وَحُبَّ مَنْ يُحِبُّكَ وَحُبَّ عَمَلٍ يُقَرِّبُنِى إِلَى حُبِّكَ)
[Allahummə inni əs-əlukə fi‘lə-l-xayrati va tərkə-l-munkərati va hubbə-l-məsə’kini va ən təğfira li va tərhəmni va izə əradtə fitnətə qaumin fətəvaffəni ğeyra məftun va əs-əlukə hubbəkə va hubbə mən yuhibbukə va hubbə ‘aməlin yuqarribuni ilə hubbikə]
«Allahım! Səndən xeyirxah işlərin sahibi, xoşagəlməz işlərdən isə uzaq olmağı, kasıbları sevməyi, məni bağışlamağını, mənə rəhm etməyini və istənilən bir xalqa bəla göndərmək istədikdə bəlaya düçar olmamış canımı almağını diləyirəm. Həmçinin Səndən Sənin və Səni sevənin məhəbbətini qazanmağımı və məhəbbətinə yaxınlaşdıracaq hər bir əməli sevməyi istəyirəm».
(Əhməd, 5/243)
5-()اللَّهُمَّ إِنِّى أَسْأَلُكَ مِنَ الْخَيْرِ كُلِّهِ: عَاجِلِهِ وَآجِلِهِ مَا عَلِمْتُ مِنْهُ وَمَا لَمْ أَعْلَمْ وَأَعُوذُ بِكَ مِنَ الشَّرِّ كُلِّهِ عَاجِلِهِ وَآجِلِهِ مَا عَلِمْتُ مِنْه وَمَا لَمْ أَعْلَمْ. اللَّهُمَّ إِنِّى أَسْأَلُكَ مِنْ خَيْرِ مَا سِأَلَكَ عَبْدُكَ وَنَبِيُّكَ, وَأَعُوذُ بِكَ مِنْ شَرِّ [مَا اسْتَعَاذَ بِكَ] [مِنْهُ] عَبْدُكَ وَنَبِيُّكَ. اللَّهُمَّ إِنِّى أَسْأَلُكَ الْجَنَّةَ وَمَا قَرَّبَ إِلَيْهَا مِنْ قَوْلٍ أَوْ عَمَلٍ وَأَعُوذُ بِكَ مِنْ النَّارِ وَمَا قَرَّبَ إِلَيْهَا مِنْ قَوْلٍ أَوْ عَمَلٍ, وَأَسْأَلُكَ أَنْ تَجْعَلَ كُلَّ قَضَاءٍ قَضَيْتَهُ لِى جَيْراً)
[Allahummə inni əs-əlukə minə-l-xeyri kullihi: ‘a’cilihi va ə’cilihi mə’ ‘alimtu minhu va mə ləm ə‘ləm va ə‘uzu bikə minə-ş-şərri kullihi ‘a’cilihi və ə’cilihi mə’ ‘alimtu minhu va mə ləm ə‘ləm. Allahummə inni əs-əlukə min xeyri mə’ sə-ələkə ‘əbdukə va nəbiyyukə va ə‘uzu bikə min şərri mə-s-tə‘ə’zə bikə minhu ‘əbdukə va nəbiyyukə. Allahummə inni əs-əlukə-l-cənnətə va mə qarrabə ileyhə min qaulin au ‘əməl va ə‘uzu bikə minə-n-nəri va mə qarrabə ileyhə min qaulin au ‘əməl va əs-əlukə ən təc‘ələ kullə qada’in qadaytəhu li xəyran]
«Allahım! Tez və gec olan, bildiyim və bilmədiyim bütün xeyirləri Səndən diləyir, tez və gec olan, bildiyim və bilmədiyim bütün şərlərdən Sənə sığınıram. Allahım! Qulun və Peyğəmbərinin Səndən dilədiyi xeyri Səndən diləyir, sığındığı şərlərdən isə Sənə sığınıram. Allahım! Səndən Cənnəti və ona yaxınlaşdıran hər bir söz və əməli diləyir, Cəhənnəmdən və ona yaxınlaşdıran hər bir söz və əməldən isə Sənə sığınıram. Həmçinin Səndən mənim barəmdə çıxardığın hər bir hökmün xeyirli olmasını istəyirəm».
(İbn Macə, 2/1264, Əhməd, 6/134)
6-( اللَّهُمَّ احْفَظْنِى بِالإِسْلاَمِ قَائِماً، وَاحْفَظَنِى بِالإِسْلاَمِ قَاعِداً، وَاحْفَظْنِى بِالإِسْلَامِ رَاقِداً وَلاَ تُشْمِتْ بِى عَدُوًّا وَلاَ حَاسِداً. اللَّهُمَّ إِنِّى أَسْأَلُكَ مِنْ كُلِّ خَيْرٍ خَزَاِئنُهُ بِيَدِكَ, وَأَعُوذُ بِكَ مِنْ كُلِّ شَرٍّ خَزَاِئنُهُ بِيَدِكَ ))
[Allahummə-hfəzni bi-l-isləmi qa’imən va-hfizni bi-l-isləmi qa’idən va-hfizni bi-l-isləmi ra’qidən va lə tuşmit bi əduvvən va lə hə’sidən. Allahummə inni əs-əlukə min kulli xeyrin xazə’inuhu biyədikə va ə‘uzu bikə min kulli şərrin xazə’inuhu biyədikə]
«Allahım! Məni ayaq üstə, oturan və uzanan vəziyyətdə İslamla hifz et! Düşməni və paxılı mənim əleyhimə sevindirmə! Allahım! Xəzinəsi Sənin əlində olan hər bir xeyri Səndən istəyir, xəzinəsi Sənin əlində olan hər bir şərdən isə Sənə pənah aparıram».
(Hakim, 1/525)
7-(( أللَّهُمَّ اقْسِمْ لَنَا مِنْ جَشْيَتِكَ مَا تَحُلُ بِهِ بَيْنَنَا وَ بَيْنَ مَعَاصِيكَ, وَ مِنْ طَاعَتِكَ مَا تُبَلِّغُنَا بِهِ جَنَّتَكَ وَ مِنْ الْيَقِينِ مَا تُهَوِّنُ بِهِ عَلَيْنَا مَصَائِبَ الْدُّنْيَا, أللَّهُمَّ مَتِّعْنَا بِاَسْمَاعِنَا, وَأَبْصَارِنَ, وَقُوَّاتِنَا مَا أَحْيَيْتَنَا, وَاجْعَلْهُ الْوَارِثَ مِنَّا, وَاجْعَلْ ثَأْرَنَاعَلَى مَنْ عَادَانَا, وَلاَ تَجْعَلْ مُصِيبَتَنَا فِي دِينِنَا, وَلاَ تَجْعَلِ الْدُنيَا اكبَرَ هَمِّنَا, وَلاَ مَبْلَغَ عِلْمِنَا, وَلاَ تُسَلِّطْ عَلَينَا مَنْ لاَ يَرحَمُنَا ))
[Allahummə-q-sim lənə min xəşyətikə mə təhulu bihi beynə nə va beynə mə‘asikə, va min ta‘ətikə mə tubəlliğunə bihi cənnətəkə, va min əl-yəqini mə tuhəvvinu bihi aleynə məsaibəd-dunyə. Allahummə mətti‘inə bi əsmə‘inə, va əbsarinə, va quvvatinə mə əhyəytənə, vac‘əlhu əl-varisə minnə, vac‘əl sə‘rənə alə mən zaləmənə, vansurnə alə mən ədənə va lə təcə‘əl musibətənə fid-dininə, va lə təc‘əlid-dunyə əkbərə həmminə, va lə məbləğə ‘ilminə valə tusəllit aleynə mən lə yarhəmunə]
«Allahım! Bizimlə günahlar arasında pərdə olan Sənin qorxundan, bizi Cənnətinə yetişdirməkdə vəsilə olan Sənə itaətdən, bu dünya müsibətlərini bizim üçün yüngülləşdirməkdə vasitə olan yəqinlikdən bizə pay ver! Allahım! Bizi yaşatdığın müddət ərzində eşitmə, görmə və güc nemətilə mükafatlandır. Bu nemətləri bizim övladlarımıza da bəxş et! İntiqamımızı bizə zülm edənlərə qarşı yönəlt və düşmənlərimiz üzərində qələbə çalmaqda bizə yardım et! Müsibətimizin dinimizdə olmasına yol vermə, dünyanı ən başlıca dərdimiz, qayğımız və elmimizin son pilləsi etmə! Bizə qarşı mərhəmətli olmayanları üzərimizə göndərmə!».
(Tirmizi, 5/528; Hakim, 1/258)
Tarix: 06.05.2013 / 19:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 234 Bölmə: Dualar