İbadətlərdən sonra Allah c.c bizə onu zikr etməmizi əmr etmiş və zikr edənləri öymüşdür. Bunun əvəzində böyük savab vəd etmişdir.
Allah c.c belə buyurur:
“Namazı bitirdikdən sonra ayaq üstə olanda da, uzananda da, Allahı zikr edin...” (Ən-Nisa: 4/103.)
“Həcc ibadətinizi qurtardıqda, ata-babalarınızı yada saldığınız kimi, hətta ondan daha da artıq Allahı yad edin...”(Əl-Bəqərə: 2/200.)
“(Həcc mövsümündə) Rəbbinizdən ruzi istəmənizdə hər hansı bir günah yoxdur. Ərafatdan endiyiniz zaman Məşərulharamda Allahı zikr edin...” (Əl-Bəqərə: 2/198. )
“...Məlum günlərdə Allahın onlara ruzi olaraq verdiyi heyvanları qurban kəsərkən Onun adını zikr etsinlər.” (Əl-Həcc: 22/28.)
“... Bəlli olan günlərdə Allahı zikr edin... ”(Əl-Bəqərə: 2/203.)
“...Məni anmaq üçün namaz qıl.”(Ta-Ha: 20/14.)
“Ey iman gətirənlər! Allahı çox zikr edin! Onu səhər axşam təsbih edin!” (Əl-Əhzab: 33/41-42.)
“Ey iman gətirənlər! Allahı çox zikr edin! Onu səhər axşam təsbih edin!”
Rəsulullah (səlləllahu əleyhi və səlləm) belə buyurur:
“Təşriq günləri (bayramlarda təkbirlərin gətirildiyi günlər) yemək, içmək, Allahı zikr etməkdir.”
(Muslim: Oruc: 23.)
“Duaların ən xeyirlisi ərafa gününün duasıdır. Mənim söylədiyim və məndən öncəki peyğəmbərlərin söylədikləri ən xeyirli şey budur: Allahdan başqa ibadətə layiq ilah yoxdur, təkdir, şəriki yoxdur. Mülk yalnız Onundur. Həmd yalnız Onadır və O hər şeyə qadirdir.” (Tirmizi: Dəvət: 133, Muvatta: Quran: 32.)
“Ləə iləhə illəllah” zikrlərin ən fəzilətlisidir. Bu kəlmənin zikrlər arasında yeri çox böyük olduğundan mənası və şərtləri bilinib, tələbləri yerinə yetirilməlidir. Bu kəlməni sadəcə dillə söyləmək yetərli deyil.
Allahdan c.c bizi və sizi “Ləə iləhə illəllahın” mənasını bilənlərdən, gizli və açıq bütün hökmlərini yerinə yetirənlərdən və Ona bağlananlardan etməsini diləyirik.
Tarix: 06.05.2013 / 19:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 175 Bölmə: Dualar