Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dua

Dua - çağırış, dindarın Tanrıya, Tanrılara və s. fövqəltəbiilərə müaraciəti.

İslam dinindә dua


İslam
İnanclar

Allah

Allahın varlığı və təkliyi
Mələklər
Müqəddəs kitablar
Məhəmməd peyğəmbər (s) və
Digər peyğəmbərlər
İmamət
Axirət
Kəlimeyi-şəhadət
Firuiddin

Namaz qılmaq
Zəkat vermək
Xüms vermək
Oruc tutmak
Həccə getmək
Xüsusi günlər

Besət bayramı
Ramazan bayramı
Qurban bayramı
Qədiri-Xum bayramı


Quran

Sünnə · Hədis
Təsavvüf

Tarix və şəxsiyyətlər

Əhli-Beyt · Səhabə
Şiəlik · Sünnilik · Xaricilik





Əsas məqalə: Namaz




Ərәb dilindən tərcümədən, çağırmaq vә sәslәmәk mәnalarını ifadə edir.

Dini termindә isә dua, müxtәlif hacәtlәrin hәyata keçmәsi üçün, Allah-taala ilә danışıb, Ondan kömәk dilәmәk mәnasını daşıyır.

Allah-taala Qurani-Kərimdә buyurur: "(Ya Peyğəmbər!) Bәndәlәrim sәndәn Mәnim barəmdə soruşduqda, (onlara) de ki, Mәn (onlara) daha yaxınam, çağıranın duasını Mәni çağırarkәn icabәt edirәm. Onlar hidayət olsunlar deyə, Mәnim dә`vәtimi qәbul edib, Mәnә iman gәtirsinlәr!"

Digər bir ayədə buyurur: "Rәbbiniz dedi: Sizə cavab verim deyə, Məni çağırın!"[3] Bir çox hәdislәrdә dә duanın әhәmiyyәtindәn söz açılmış vә onun üzərində tәkid olunmuşdur. Hətta bәzi hәdislәrdә dua, möminin vә Peyğəmbərlәrin silahı adlandırılmışdır. Lakin, əsas mәsәlә insanın dua edәrkәn kimi çağırması, necә çağırması vә nә üçün çağırmasını bilmәsi vә başa düşmәsindən ibarətdir.

DUANIN QAYDASI İslam dinindә hәr bir әmәlin özünәmәxsus qayda vә şәrtlәri olduğu kimi, duanın da özünәmәxsus olan bir sıra qayda vә şәrtlәri vardır. Onların әsaslarını qeyd edirik:
Tәharәtli olmaq
Dua edәrkәn üzü qiblәyә tәrәf әylәşmәk
Haram vә pis işlәr üçün dua etmәmәk
İnam vә yәqinlә dua etmәk
Duada hacәtlәrin həyata keçməsinə tәkid etmәk
Sәhәr çağı dua etmәk
Dua edәrkәn hacәtlәri dilə gətirmək
Duadan qabaq Allah-taala üçün hәmd-sәna demәk
Duadan qabaq vә sonra Həzrət Peyğəmbər (s) vә onun məsum Əhli-beytinә (ә) salavat göndәrmәk;
Müqәddәs mәkanlarda dua etmәk vә s.

(1. Müfrәdatu әlfazil-Quran, (Rağib), sәh-315.), (2. Bәqәrә surәsi, ayә. 186) (3. Qafir surәsi, ayә. 60).

Dua

Bir insanın Allaha iman gətirdiyini göstərən önəmli əlamətlərdən biri də duadır. Dua edən insan özünün aciz və zəif qul olduğunu, istədiklərini özü tək yerinə yetirə bilməyəcəyini və bunları ona ancaq Allahın ve­rə biləcəyini qəbul etmiş olur. Dua Allaha qul olmağın ən saf, ən təmiz, ən səmimi ifadələrindəndir. Quran­da da möminlərin əsas xüsusiyyətlərindən birinin "gecə-gündüz səbir edərək Allaha dua etmək" olduğu belə xəbər verilir:

"Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbirli apar. Fani dünyanın bər-bəzəyini arzu edib nəzərlərini onlardan çevirmə. Qəlbini Bizi xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və işində ifrata va­ran bir kimsəyə itaət etmə!"[1]

Ancaq duanın nə demək olduğunu və necə edildiyini yaxşı bilmək lazımdır. Çünki Qurandan kənar qaynaqlardan (məsələn, ata-anadan, ətrafdan, ənənələrdən) öyrənilən dua anlayışı adətən Quranda bildirilən həqiqi dua anlayışına uyğun gəlmir. Buna görə də Quranda bu mövzuda verilən nöqteyi-nəzəri və ruhi halı yaxşı dərk etmək lazımdır.

Quranda duanın ancaq təkbaşına və "için-için" edilməsinin vacibliyi bildirilir. Duanın həqiqətən istənilərək, Allah qarşısında insanın acizli­yinin və fəqirliyinin qavranılaraq edilməsi vacibdir. Bu vəziyyətdə ediləcək dua Quranda bildirilən "için-için və yalvara-yalvara" ifadəsi ilə uy­ğun olacaqdır:

"Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları sevməz!" [2]

Quranda da möminlərin gizli şəkildə və son dərəcə səmimi dua etdikləri xəbər verilir. Hz. Zəkəriyyə bu məsələdə nümunə gös­tərilən peyğəmbərlərdən biridir:

"Bu sənin Rəbbinin öz qulu Zəkəriyyaya olan mərhəmətinin xatırlanmasıdır! Zəkəriyya Rəbbinə gizlicə dua edib yalvardığı zaman belə de­mişdi: "Ey Rəbbim! Artıq sümüyüm sustalmış, başım ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə dua etməklə heç vaxt naümid olmamı­şam. Mən özümdən sonra gələn qohum-əqrəbamdan qorxuram. Zövcəm də ki, qısırdır. Buna görə də mənə Öz dərgahından bir oğul bəxş et" [3]

Başqa bir ayədə isə duanın "ümid və qorxu" içində edilməsinin vacibliyi xəbər verilir: "Onlar ibadət üçün yataqlarından qalxar, qorxu və ümid içində Rəbbinə dua edərlər" [4]. Mömin daxilində həm Allaha qarşı ehtiram dolu bir qorxu duyacaq, həm də onun rəhmətinə və ne­mətinə ümid bəsləyəcəkdir. Allah səmimi şəkildə öz rizası üçün edilən duanı qəbul edəcəkdir. Quranda bu mövzu ilə bağlı verilən ayələr belədir:

"Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim ça­ğırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər" [5]

"Rəbbiniz buyurdu: "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! Mənə ibadə etməyi təkəbbürlərinə sığışdırmayanlar cəhənnə­mə zəlil olaraq girəcəklər!" [6]

İnsan dua edərkən Allahın onu qəbul edəcəyinə əmin olmalıdır. Allahın hər yeri ehtiva etdiyinin fərqində olub buna daxilən iman gətirən bir mömin Allahın onu hər zaman hər yerdə görüb eşitdiyi şüuru ilə dua edər. Coşğulu ümidlə, bir an belə ümidsizliyə düşmədən duası­nın qəbul edilməsini gözləyər.

Allahın köməyindən qətiyyən şübhələnməyərək, qəbul olacağına qətiyyətlə iman gətirərək duanı dilə gətirmək lazımdır. Əks bir davranış nümayiş etdirən, yəni Allahın icabətinə qarşı şübhə ilə yanaşan insanın etdiyi dua isə Quran məntiqi ilə düz gəlmir. Çünki duanın özün­də Allaha tam inam vardır. Hz.Salehin "Şübhəsiz, mənim Rəbbim yaxın və (duanı) qəbul edəndir" ("Hud" surəsi, 61) ifadəsi ilə bildirildiyi kimi, mömin Allaha qarşı tam bir inam içində olmalıdır.

Ancaq bu icabət insanın istədiyi hər bir şeyin mütləq həyata keçməsi anlamına gəlməz. Çünki bəzən insan, həqiqətdə, özü üçün zərərli olan bir şeyi də Allahdan istəyə bilər. Bu vəziyyətdə Allah ona istədiyini vermək əvəzinə daha xeyirli və gözəl olan bir başqa şeyi verər.

Allah hər zaman səmimi bir duanı qəbul edər. Ancaq bu icabət hər zaman insanın tələbinin eynilə yerinə yetirilməsi demək deyildir (Həmçinin "icabət", "cavab vermək" mənasını daşıyır).

Çünki insan "…Olur ki, xoşunuza gəlməyən bir şey sizin üçün xeyirlidir və olur ki, sevdiyiniz şey də sizin üçün bir zərərdir. Allah bilər, amma siz bilməzsiniz" ("Bəqərə" surəsi, 216) hökmünə görə nəyin yaxşı, nəyin pis olduğunu hər zaman ayırd edə bilmir. Bu səbəbdən fərqinə varmadan "İnsan xeyrə dua etdiyi kimi, zərərə də dua edər. İnsan çox tələsəndir" ("İsra" surəsi, 11) ayəsinə görə bəlkə həqiqətən zərərli olan bir şeyi istəyər.

Bu səbəbdən insan Allahdan əvvəlcə Onun razılığını, Onun rəhmətini istəməlidir. Allahdan özünün tərbiyələnməsini və kamilləşməsini di­ləməlidir. Bunun necə olacağını Allah daha yaxşı bilir. Həmçinin peyğəmbərlərin duaları da bu şəkildədir. Hz.Süleymanın "Sənin razı qa­lacağın yaxşı iş görmək üçün ilham ver" ("Nəml" surəsi, 19) şəklindəki duası bir nümunədir.

Bununla yanaşı, mömin Allahın Quranda təriflədiyi və nümunə olaraq göstərdiyi hər cür neməti Allahdan istəyə bilər. Bu barədə etdiyi duasında isə son dərəcə səmimi və ürəkdən davranmalı, istədiyi hər şey üçün Allaha dua etməkdən çəkinməməlidir. Çünki insanın nə is­tədiyini bilən, ona istədiyini verən yalnız Allahdır.


Tarix: 24.02.2013 / 17:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 954 Bölmə: Dualar
loading...