Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

GÜNDƏLİK (VAXT TƏYİN EDİLMƏDƏN) EDİLƏN DUA VƏ ZİKRLƏR (3-cü hissə)

Əbu Yəsar (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) belə dua edərdi: “Allahummə İnni Əuzu Bikə Minəl Hədmi Və Əuzu Bikə Minət Təraddi Və Əuzu Bikə Minəl Ğaraqi Vəl Həraqi Vəl Hərami Və Əuzu Bikə Ən Yətəxabbətaniş Şeytanu Indəl Məuti Və Əuzu Bikə Ən Əmutə (Və Ən Uqtilə) Fi Sənilikə Mudbiran Və Əuzu Bikə Ən Əmutə Lədiğan - Allahım, uçqun (altında qalmaqdan), (yüksək bir yerdən) yıxılmaqdan, suda boğulmaqdan, yanğından və qocalıqdan Sənə sığınıram. Ölüm anında Şeytanın məni aldatmasından, Sənin yolunda döyüşərkən düşmənə (arxa dönərək qaçarkən) ölməkdən və (əqrəb və ilan) çalması nəticəsində ölməkdən Sənə sığınıram”. Əbu Yəsar (r.a) deyir ki: “Vəl Ğammi - Kədərdən Allaha sığınıram”
(Nəsəi 5531, 5532, 5533, Əbu Davud 1552, 1554, 1555, əl-Alabni “Səhih”. )

Aişə (r.anha) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: “Yəstəizu Billəhi Min Azəbil Qabri Və Min Fitnətid Dəccəl - Qəbir əzabından, Dəccəlin fitnəsindən Allaha sığınardı və deyərdi: Heç şübhəsiz ki, qəbirlərinizdə fitnəyə (sorğu suala) məruz qalacaqsınız” .
(Nəsəi 5504, əl-Albani “Səhih”. )

Abdullah İbn Əbu Aufə (r.a) rəvayət edir ki, bir nəfər Peyğəmbərin (s.a.v) yanına gələrək dedi: “Yə Rəsulullah! Qurandan bir şey öyrənməyə gücüm çatmır (yadda saxlaya blmirəm). Mənə (namazda) kifayət edəcək qədər Qurandan bir şeylər öyrət”. Peyğəmbər: “Subhənəllah, Vəlhəmdulilləh, Və lə İləhə illəllah, Vallahu Əkbər, Vələ Həulə Vələ Quvvətə İllə Billəh – Allah, pak və nöqsansızdır, ona həmd edirəm, Ondan başqa ibadətə layiq İlah yoxdur, O böyükdür və güc və qüvvət sahibi yalnız Odur” de. Adam: “Bu Allah üçündür, bəs mənə?” dedi. Peyğəmbər: “(Rabbiğfirli Vərhəmni), Allahummər-həmni, Vəhdini, Vəafini, Vərzuqni – Ey Rəbbim! Məni bağışla, Mənə rəhm et, məni doğru yola yönəlt, mənə afiyət (salamtlıq) və ruzi bəxş et” dedi və ayağa durduqda əli ilə belə etdi. Bu kişi əlini xeyirlə doldurdu
(Əbu Davud 832, Nəsəi 924, İbn Hibban 1810, 1808, 1809, əl-Albani “Həsən”. )


Musab İbn Sad atasından rəvayət edir ki, Bədəvi ərəb Peyğəmbərin (s.a.v) yanına gəlib dedi: «Mənə zikr edəcəyim kəlmələri öyrət!» O buyurdu: “De: “Lə İlahə İlləllahu Vahdəhu Lə Şərikə Ləhu, Allahu Əkbəru Kəbiyran, Vəlhəmdulilləhi Kəsiyran, Subhanəllahi Rabbil Aləmiyn, Lə Həulə Və Lə Quvvətə İllə Billəhil Aziyzil Həkiym – Allahdan başqa ibadətə layiq haqq İlah yoxdur, O təkdir, Onun şəriki yoxdur. Allah böyüklükdə ən Böyükdür! Allaha çoxlu-çoxlu həmd olsun! Aləmlərin Rəbbi olan Allah pak və müqəddəsdir! Qüdrət və güc yalnız Qüdrətli, Müdrik Allahdadir!» Bədəvi ərəb dedi: «Bunlar Rəbbim üçündür. Bəs mənim üçün?” O buyurdu: “De: “Allahumməğfirliy, Vərhəmniy, Vəhdiniy, Vərzuqniy – Allahım! Məni bağışla, mənə rəhm et, məni doğru yola yönəlt, və mənə ruzi ver!” buyurdu
(Muslim 4/2072, 2696, 7023, Əhməd 1561, 1581. )

Əbu Hureyrə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) belə dua edərdi: “Allahummə İnni Əuzu Bikə Min Azəbil Qabri Və Əuzu Bikə Min Azəbin Nər Və Əuzu Bikə Min Fitnətil Məhyə Vəl Məmət Və Əuzu Bikə Min Şərri Məsihid Dəccəl - Allahım! Qəbr əzabından, Cəhənnəm əzabından Sənə sığınıram. Həyatın və Ölümün fitnəsindən Sənə sığınıram. Məsih Dəccəlin şərrindən Sənə sığınıram”
(Nəsəi 5506, əl-Albani “Səhih”. )

Əbu Hureyrə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) beş şeydən Allaha sığınaraq buyurdu: “Əuzu Billəhi Min Azəbil Qabri Və Min Azəbi Cəhənnəm (Nər) Və Min Fitnətil Məhyə Vəl Məmət Və Min Şərri Məsihid Dəccəl - Qəbir əzabından Allaha sığının, Cəhənnəm əzabından Allaha sığının, həyatın və ölümün fitnəsindən Allaha sığının, Məsih Dəccəlin şərrindən (və ya fitnəsindən) Allaha sığının”
(Nəsəi 5509, 5511, 5513, 5514, 5515, 5517, 5518, Tirmizi 3604, əl-Albani “Səhih”. )

Əbu Hureyrə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: “Əuzu Billəhi Min Azəbilləh Əuzu Billəhi Min Azəbil Qabri Əuzu Billəhi Min Fitnətil Məsihid Dəccəl Əuzu Billəhi Min Fitnətil Məhyə Vəl Məmət - Allahın əzabından Allaha sığının, Qəbir əzabından Allaha sığının, həyatın və ölümün fitnəsindən Allaha sığının, Məsih Dəccəlin fitnəsindən Allaha sığının” .
(Müslim 1357, Nəsəi 5516, əl-Albani “Səhih”. )

İbn Abbas (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) bu duanı bizlərə Qurandan bir surə öyrətdiyi kimi öyrədərdi: “Allahummə İnni Əuzu Bikə Min Azəbi Cəhənnəm Və Əuzu Bikə Min Azəbil Qabri Və Əuzu Bikə Min Fitnətil Məsihid Dəccəl Və Əuzu Bikə Min Fitnətil Məhyə Vəl Məmət - Allahım! Cəhənnəm əzabından Sənə sığınıram, Qəbir əzabından Sənə sığınram, Məsih Dəccəlin fitnəsindən Sənə sığınıram, həyatın və ölümün fitnəsindən Sənə sığınıram.
(Müslim 1361, 590/134, Nəsəi 5512, Tirmizi 3494, İbn Məcə 3840, Əbu Davud 1542, 1544. )

Aişə (r.anha) rəvayət edir ki, Peyğəmbər (s.a.v) bu kəlimələrlə dua edərdi: “Allahummə İnni Əuzu Bikə Min Fitnətin Nər Və Azəbin Nər Və Min Şərril Ğinə Vəl Fəqri - Allahım! Cəhənnəmin fitnəsindən və Cəhənnəmin əzabından, zənginliyin və fəqirliyin şərrindən Sənə sığınıram”
(Əbu Davud 1543, 1545, əl-Albani “Səhih”. )


Əbu Hureyrə (r.a) rəvayət edir ki, Peyğəmbərin (s.a.v) belə buyurduğunu eşitdim: “Kim mənə itaət edərsə Allaha itaət etmiş olar, Kim də mənə üsyan edərsə Allaha üsyan etmiş olar”. Sonra: “Yətəavvəzu Min Azəbil Qabri Və Azəbi Cəhənnəm Və Fitnətil Əhyəi Vəl Əmvət Və Fitnətil Məsihid Dəccəl - Qəbir əzabından, Cəhənnəm əzabından, həyatın və ölümün fitnəsindən və Məsih Dəccəlin fitnəsindən Allaha sığınardı” .
(Nəsəi 5510, əl-Albani “Səhih”. )

Aişə (r.anha) rəvayət edir ki, Peyğəmbər ( s.a.v) buyurdu: “Allahummə Rabbə Cibrailə Və Mikəilə Və Rabbə İsrafilə Əuzu Bikə Min Hərrin Nər Və Min Azəbil Qabri - Cəbrailin, Mikailin və İsrafilin Rəbbi olan Allahım! Cəhənnəmin qızğın atəşindən və qəbir əzabından Sənə sığınıram”
(Nəsəi 5519, əl-Albani “Səhih”. )

Əbu Hureyrə (r.a) rəvayət edir ki, Əbu Qasımın ( s.a.v) namazda belə dua etdiyini eşitdim: “Allahummə İnni Əuzu Bikə Min Fitnətil Qabri Və Min Fitnətid Dəccəl Və Min Fitnətil Məhyə Vəl Məmət Və Min Hərri Cəhənnəm - Allahım!
Qəbir fitnəsindən, Dəccəlin fitnəsindən, həyatın və ölümün fitnəsindən və Cəhənnəmin qızğın atəşindən Sənə sığınıram” .
(Nəsəi 5520, əl-Albani “Səhih”. )

Ənəs (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: “Allahummə İnni Əuzu Bikə Minəl Aczi Vəl Kəsəli Vəl Cubni Vəl Buxli Vəl Hərami (Və Suil Kibri) Və Əuzu Bikə Min Azəbil Qabri Və Əuzu Bikə Min Fitnətil Məhyə Vəl Məmət - Allahım! Acizlikdən, tənbəllikdən, qorxaqlıqdan, paxıllıqdan, qocalığın rəzil çağından Sənə sığınıram. Qəbir əzabından Sənə sığınıram, Həyatın və ölümün fitnəsindən Sənə sığınıram” .
(Buxari 2668, 2823, 2668, 6006, 6367, Müslim 7048, 50/2706, Əbu Davud 1540, 1542, Tirmizi 3485, Nəsəi 5448, 5451, 5452, 5457, 5459, 5495, 5489. )

Sad İbn Əbu Vaqqas (r.a) Peyğəmbərin (s.a.v) bu beş şeylə (dua) etməsini rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Allahummə İnni Əuzu Bikə Minəl Buxli Və Əuzu Bikə Minəl Cubni Və Əuzu Bikə Ən Uraddə İlə Ərzəlil Umri Və Əuzu Bikə Min Fitnətitd Dunyə Və Əuzu Bikə Min Azəbil Qabri - Allahım! Paxıllıqdan Sənə sığınıram, qorxaqlıqdan Sənə sığınıram, rəzil ömür sürməkdən, Dünyanın fitnəsindən Sənə sığınıram, qəbir əzabından Sənə sığınıram” .
(Buxari 6009, 6370, Nəsəi 5445, 5447, 5478, 5496, Əbu Davud 5350, İbn Hibban 1004. )

Əbu Hureyrə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: “Allahummə İnni Əuzu Bikə Min Cəris Sui Fi Dəril Muqaməmi Fəinnə Cərəd Dunyə Yətəhəvvəlu – Allahım! Əbədilik evində olan pis qonşudan Sənə sığınıram. Həqiqətən də dünya qonşusu dəyişir” .
( Buxari “Ədəbul Mufrad” 117, Nəsəi 5502, İbn Hibban 1033, əl-Albani “Səhih Silsilə” 3943, “Səhih Tərğib” 2556. )

Amr İbn Şueyb atasından və babasından rəvayət edir ki, eşitdim Peyğəmbər (s.a.v) buyurdu: “Allahummə İnni Əuzu Bikə Minəl Kəsəli Vəl Hərami Vəl Məğrami Vəl Məsəmi, Və Əuzu Bikə Min (Şərril) Fitnətil Məsihid Dəccəl Və Əuzu Bikə Min Azəbil Qabri Və Əuzu Bikə Min Azəbin Nər - Allahım! Tənbəllikdən, qocalıqdan, borcdan və günaha batmaqdan Sənə sığınıram. Məsih Dəccəlin şərrindən Sənə sığınıram, Qəbir əzabından Sənə sığınıram, Cəhənnəm əzabından Sənə sığınıram” .
(Nəsəi 5490, əl-Albani “Həsən Səhih”. )


Tarix: 06.05.2013 / 19:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 414 Bölmə: Dualar
loading...