Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

GÜNDƏLİK (VAXT TƏYİN EDİLMƏDƏN) EDİLƏN DUA VƏ ZİKRLƏR (2-ci hissə

Məabəd əl-Cuhəni deyir ki, eşitdim Muaviyə (r.a) Peyğəmbərdən (s.a.v) az hədis rəvayət edənlərdən idi. Xütbə verdiyi zaman bu hədisi zikr edərdi. Eşitdim ki, ki, Peyğəmbər (s.a.v) buyurdu: “Allah kimə xeyir istəyərsə onu dində fəqih edər. Bu mal şirindir gözəldir, kim onu haqqına götürərsə Allah ona bərəkət verər. (Bir-birinizi) Mədh (tərif) etməkdən çəkinin, həqiqətən o kəsicidir” .
(Əhməd 16949, əl-Albani “Səhih Silsilə” 1196. )

Əbu Hureyrə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) belə dua edərdi: “Allahummə İnni Əuzu Bikə Minəl Fəqri Vəl Qilləti Vəz Zilləti Və Əuzu Bikə Min Ən Əzlimə Əu Uzləmə - Allahummə! Fəqirlikdən, (xeyrin) azlığından, zillətdən, zülm etməkdən və zülmə məruz qalmaqdan sənə sığınıram” .
(Nəsəi 5460, 5462, Buxari “Ədəbul Mufrad” 678, Əbu Davud 1544, 1546, əl-Albani “Səhih”. )

Əbu Hureyrə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: “Duada ictihad (seçim) etmək istəyirsinizmi? Allahummə Əinnə Alə Şukrikə, Və Zikrikə, Və Husni İbədətikə – Allahım! Səni zikr etmək, Sənə şükür etmək və Sənə gözəl tərzdə ibadət etmək üçün mənə yardım et!” .
(Əhməd 7982, 7969, əl-Albani “Səhihdə” 844. )


Abdullah İbn Əbi Əufə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) belə dua edərdi: “Allahummə Ləkəl Həmdu Miləs Səməvəti Və Miləl Ərdi Və Milə Mə Şitə Min Şeyin Bəadu, Allahummə Tahhirni Bis Səlci Vəl Bəradi Vəl Məil Bəridi, Allahummə Tahhirni Minəz Zunubi Vəl Xatayə Kəmə Yunəqqas Səvbul Əbyədu Minəl Vəsəxi (Minəd Dənəsi) - Allahım! Göylər dolusu, yer dolusu və bundan sonra dilədiyin şeylər dolusu Sənə həmd olsun. Allahım! Ağ paltar kirdən təmizləndiyi kimi, məni də buzla, qarla və soyuq su ilə təmizlə. Allahım! Günahlarımı və xətalarımı təmizlə necə ki, ağ paltarı kirdən təmizlədiyin kimi” .
(Müslim 1097, 204/476, İbn Hibban 956, Əhməd 19118, 19141, Buxari “Ədəbul Mufrad” 684, 676. )

Abdullah İbn Əbu Aufə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) belə dua edərdi: “Allahummə Tahhirni Minəz Zunubi Və Xatayə, Allahummə Nəqqiniy Minhə Kəmə Yunəqqas Səvbul Əbyədu Mind Dənəsi, Allahummə Tahhirni Bis Səlci Vəl Bəradi Vəl Məil Bərid –Allahım! Məni günah və xətalardan təmizlə. Allahım! Məni bəyaz paltarın kirdən təmizlədiyin kimi təmizlə. Allahım! Məni qar, bolu və soyuq su ilə təmizlə”
(Nəsəi 402, 403, İbn Hibban 955, əl-Albani “Səhih”. )

Abdullah İbn Əbi Aufə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: “Allahummə Bərid Qalbi Bissəlci Vəl Bəradi Vəl Məi Bərid, Allahummə Nəqqi Qalbi Min Xatayə Kəmə Nəqqeytu, Səubul Əbyədu Minəd Dənəsi - Allahummə! Qəlbimi qar, dolu və su ilə soyut. Allahım! Ağ paltarı kirdən təmizlədiyin kimi qəlbimi də günahlardan təmizlə” .
(Tirmizi 3547, əl-Albani “Səhih”. )

Abdullah İbn Amr İbn əl-Ass (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) belə buyurduğunu eşitdim: “Adəm övladlarının qəlbləri Rahmənin barmaqların-dan iki barmağı arasında tək bir qəlb kimidir. Onları istədiyi kimi dəyişir”. Sonra: “Allahummə Musariffəl Qulub Sarrif Qulubunə Alə Təatik – Qəlbləri yönəldən Allahım, qəlblərimizi sənə itaət üçün yönəlt” .
(Müslim 6921, 2654. )

Abdullah İbn Ömər (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) belə dua edərdi: “Allahummə İnni Əuzu Bikə Min Zəvəli Nimətikə Və Təhəvvuli Afiyətikə Və Fucəəti Niqmətikə Və Cəmiyi Səxatikə - Allahım! Nemətinin qurtarmasından, verdiyin sağlamlığın dəyişməsindən, əzabın qəfil gəlməsindən və Səni qəzəbləndirəcək hər şeydən Sənə sığınıram” .
(Müslim 2739, 7120, Əbu Davud 1545, 1547, Buxari “Ədəbul Mufrad” 685, əl-Albani “Səhih”. )

İbn Yəsəf (r.a) rəvayət edir ki, Peyğəmbərin (s.a.v) xanımı Aişədən (r.anha) , Peyğəmbərin vəfatından öncə ən çox hansı duanı edərdi? deyə soruşdum. O, daha çox bu duanı edərdi: “Allahummə İnni Əuzu Bikə Min Şərri Mə Amiltu Və Min Şərri Mə Ləm Əaməl – Allahım, etdiyim və etmədiklərimin şərrindən Sənə sığınıram” .
(Müslim 7070, Nəsəi 5523, 5524, 5525, 5526, 5527, 5528, əl-Albani “Səhih”. )


Tarix: 06.05.2013 / 19:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 235 Bölmə: Dualar
loading...