Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İstixarə duası

Cabir bin Abdullah (Allah ondan razı olsun!) demişdir: «Allahın Rəsulu (s.a.v.) bizə Qurani-Kərimdən surə öyrənməyi buyurmaqla bərabər hər işlərdə istixarə etməyi öyrətmişdir: «Sizdən biriniz bir işi görməmişdən qabaq iki rükət namaz qılsın və sonra desin:

( اللَّهُمَّ إِنِّي أَسْتَخِيرُكَ بِعِلْمِكَ ، وَأَسْتَقْدِرُكَ بِقُدْرَتِكَ ، وَأَسْأَلُكَ مِنْ فَضْلِكَ الْعَظِيمِ ، فَإِنَّكَ تَقْدِرُ وَلاَ أَقْدِرُ ، وَتَعْلَمُ وَلاَ أَعْلَمُ ، وَأَنْتَ عَلاَّمُ الْغُيُوبِ . اللَّهُمَّ إِنْ كُنْتَ تَعْلَمُ أَنَّ هَذَا اْلأَمْرَ ( وَيُسَمِّي حَاجَتَهُ ) خَيْرٌ ليِ فيِ دِينيِ ، وَمَعَاشِي ، وَعَاقِبَةِ أَمْرِي – أَوْ قَالَ : عَاجِلِهِ وَآجِلِهِ – فَاقْدُرْهُ ليِ ، وَيَسِّرْهُ ليِ ، ثُمَّ بَارِكْ ليِ فِيهِ . وَإِنْ كُنْتَ تَعْلَمُ أَنَّ هَذَا اْلأَمْرَ شَرٌّ ليِ فيِ دِينيِ ، وَمَعَاشِي ، وَعَاقِبَةِ أَمْرِي – أَوْ قَالَ : عَاجِلِهِ وَآجِلِهِ – فَاصْرِفْهُ عَنيِّ ، وَاصْرِفْنيِ عَنْهُ ، وَاقْدُرْ ليَِ الْخَيْرَ حَيْثُ كَانَ ، ثُمَّ أَرْضِنيِ بِهِ )

«Allahummə inni əstəxirukə biilmik, va əstəqdirukə biqudratik, va əsəlukə min fadlikə-l-azım, fə-innəkə təqdiru va lə əqdir, va tələmu va lə aləm, va əntə alləmu-l-ğuyub. Allahummə in kuntə tələmu ənnə həzə-l-əmra (Burada istədiyini, ehtiyacını söylə) – xeyrun li fi dini, və məaşi, va aqibəti əmri. Acilihi va əcilihi - fəqdurhu li, va yəssirhu li summə bərik li fihi. Va in kuntə tələmu ənnə həzə əmra şərrun li fi dini, va məaşi, va aqibəti əmri, acilihi va əcilihi – fasrıfhu anni, vasrıfni anhu, vaqdur li əl-xeyra heysu kənə, summə ardıni bihi» (Allahım! Elminin xeyrini və Sənin qüdrətinə güvənərək güc istəyirəm. Səndən xeyir-dua diləyirəm. Sən Qadirsən, mən isə qadir deyiləm, Sən Bilənsən, mən isə bilmirəm. Təkcə Sən qeybi bilənsən. Allahım! Bu iş (burada istədiyini, ehtiyacını söylə) – mənim üçün dinimdə, yaşayışımda və işimin sonunda xeyirdisə, onu mənim üçün müəyyən et, asanlaşdır və bərəkətli et. Bu iş mənim üçün dinimdə, yaşayışımda və işimin sonunda ziyandırsa, onu məndən uzaqlaşdır. Və mənim üçün harada olursa olsun xeyri yaxınlaşdır. Sonra məni ondan razı sal) (əl-Buxari, 7/162.)

Yaradan Allaha istixarə edən, mö’minlərlə məsləhətləşən və işlərində olduqca ehtiyatlı olan heç vaxt peşman olmaz. Necə ki, Allah Subhanəhu və Təala buyurmuşdur:
«... işlərdə onlarla danış və məşvərət elə. Bir iş görmək istəyəndə, Allaha təvəkkül et (arxalan), çünki Allah təvəkkül edənləri sevər» (Ali -İmran, 159).


Tarix: 18.04.2013 / 14:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 312 Bölmə: Dualar
loading...