Seks ürəyi qoruyur
Seksin müəyyən bir yaşa çatmış insanlar üçün risk yaratdığı inancı geniş yayılıb. Halbuki, ürək xəstəlikləri üzrə mütəxəssislər bu fikri dəstəkləmirlər. Ürək xəstəlikləri üzrə ingilis mütəxəssis 2400 könüllü şəxslə geniş bir araşdırma aparıb. Könüllü kişilərin qatıldığı araşdırma uzun illər sürüb. Nəhayət, uzun müddət sonra nəticə əldə edilib. Bu araşdırma nəticəsində həftədə üç-dörd dəfə sekslə məşğul olmanın ürək tutmasını və iflic təhlükəsini yarı-yarıya azaltdığını ortaya qoyub.
Müəyyən yaşa çatan insanların, xüsusilə də kişilərin seks əlaqələrində çox diqqətli olmaları tövsiyə edilir. Kişinin zəifləyən ürəyinin cinsi təmas həyəcanına dözə bilməyəcəyi göstərilir. Sevişmə əsnasında infarkt keçirib həyata əlvida edənlər də nümunə kimi göstərilir. Bununla yanaşı, mütəxəssislər xalq arasında məşhur olan bu fikirlə razı deyillər.
Seks ürəyi necə qoruyur?
Bu suala bir neçə cavab vermək mümkündür. İlk növbədə sekslə məşğul olmaq zövqlü və rahataşdırıcıdır. İkincisi, xüsusilə müəyyən yaşlardakı insanlar üçün cinsi təmas sağlamlığın bir göstəricisidir. Üçüncüsü, cinsi fəaliyyət adamın bir həftə içində etmək məcburiyyətində olduğu bədən idmanının yerini tutur
Tarix: 19.11.2013 / 02:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 299 Bölmə: Cinsel Bilgiler