Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məktəb yaşlıların Cinsi Tərbiyəsi

Məktəbəqədər və kiçik məktəb yaşlıların cinsi tərbiyəsi

Cinsi tərbiyə yalnız cinsi həyatın əsaslan ilə tanışlıq, uşaqlara gigiyena adətlərini öyrətmək və onları kişi və qadın orqanlarının anatomik-fizioloji xüsusiyyətləri ilə tanış etmək deyil. O. əxlaqi tərbiyənin ayrılmaz bir hissəsidir və bir sıra pedaqoji və xüsusi tibbi problemlərlə əlaqədardır. Cinsi tərbiyənin kiçik yaşlarından başlanmasında məqsəd insan şəxsiyyətini düzgün tərbiyələndirmək, ictimai və əxlaqi normaları, özünün psixoloji və fizioloji xüsusiyyətlərini dərk etmək və buna görə öz cinsi və müqabil cinslə optimal münasibət yaratmağa kömək etməkdir. Cinsi tərbiyə ictimai-əxlaq prinsipləri və gigiyenik tələblərə uyğun olaraq inkişafda olan şəxsiyyətlərə — kiçik oğlan və qızlara, gənc oğlanlara və qızlara onların rolunu, daha sonralar isə yalnız kişi və qadın rolunu deyil. həm də ər və arvad, ata və ana olmaq rolunu mənimsəməsinə kömək etməlidir. Cinsi tərbiyənin, ümumiyyətlə, tərbiyə kimi nə şəkildə və nə həcmdə, yaşa müvafiq olaraq uşağın şüuruna çatdırılacağı tərbiyəçi tərəfindən nəzərə alınmalıdır. Düzgün cinsi tərbiyə vermək üçün böyük yaşlılar uşağın seksual inkişafının bütün dövrlərini və seksuallığın normal və patoloji təzahürlərini bir-birindən seçə bilməlidirlər.

Cinsi tərbiyəni də başqa tərbiyə formaları kimi mümkün qədər tez başlamaq lazımdır. Demək olar ki, o, uşağın həyatının 7—8-ci günlərindən başlayır, ona görə ki, doğum evindən körpəni onun cinsinə müvafiq — oğlanı mavi, qızı çəhrayı və ya qırmızı yorğançaya büküb evə aparırlar. Deməli, elə buradan körpəyə cins fərqi qoyulur və bu gündən onlara münasibət də cinsə müvafiq şəkildə olur. Üç yaşına çatmış körpə artıq özünün hansı cinsə mənsub olduğunu dərk edir. Əkər üç yaşlı qızının saçlarını darayıb hərən və saçın uçuna qırmızı lent bağlayan ana:


— Ah, sən necə də gözəl qızsan, bu lent sənə neçə da yaraşır, — dedikdə və yaxud 5 yaşlı oğlun uşaq bağçasına aparan ana yolda oğluna:— Axı sən kişisən, gərək qızları incitməyəsən, onları müdafiə edəsən, — dedikdə, onların heç biri öz kiçik yaşlı uşaqlarına cinsi tərbiyə verdiklərini, yəqin ki, dərk etmirlər. Amma bu, həqiqətən cinsi tərbiyənin təməlidir.

“Sən oğlansan”, “sən qızsan”. Uşaqlar ilk vaxtlar valideynlərinə inandıqları və bir də geydikləri paltarlara görə bu cür fikirləri qəbul edirlər. Bəzən kiçik yaşlı qızlara oğlan paltarı geydirdikdə onlar özlərini oğlan hesab etməyə başlayırlar.

Əlbəttə, öz cinsini dərk etməkdə uşaqlara yalnız paltarın təsiri olmur. Müxtəlif oyunlar, oyuncaqlar, verilən hədiyyələr hansı cinsə mənsub olduqları haqqında məlumatlar verir və bu onların zehnində həkk olunur. Biz valideynlər, tərbiyəçilər, müəllimlər və ətrafdakı başqa böyük yaşlılar həmişə öz davranışımızla uşaqlara onların hansı cinsə mənsub olduğunu xatırladırıq.

Uşaq hər addımda özünün kim olduğunu ətrafdan, xüsusilə valideynlərindən eşidir: “Heç utanmırsan, sən ki, qız deyilsən, yekə oğlansan, amma şıltaqlıq edirsən, ağlayırsan”, “Sevinc, Həbibəni incitmə. Sən ki, oğlan deyilsən!”, “Aybəniz, bir bax, gör baban sənə nə yaxşı hədiyyələr gətirib, gəlincik, balaca xörək qabları, indi sən öz gəlinciklərinə xörək hazırlaya bilərsən”, “Çingiz, atan sənə tapança, Raufa da tüfəng alıb”. Uşaqlar tez-tez bədən quruluşu haqqında valideynlərinə suallar verirlər (Kiçik qardaşını (bacısı), çimdirərkən onun bədən quruluşundakı xüsusiyyətləri özününkü ilə müqayisə edən qız (oğlan) bu haqda anasına sualla müraciət edir:

— Bəs məndə niyə yoxdur (və ya var)? Bir qayda olaraq valideynlər belə suallara cavab verməyi xoşalmırlar və çox vaxt hətta kobud cavab da verirlər:— Kəs səsini, utanmaz, bir də eşitsəm… Bu isə, təbiidir ki, uşaqda bu məsələyə marağı daha da artırır! O, bu məsələni xəlvətdə öz yaşından , ilə müzakirə edib məlumat toplamağa çalışır.

Bəzən uşaqlar ictimai yerlərdə, qonaqlıqlarda belə suallarla valideynlərinə, böyük yaşlılara müraciət edib (xoşa gəlməyən vəziyyətin yaranmasına səbəb olurlar.

Söhbət və suallara cavab yolu ilə uşaqlar arasında seksoloji tərbiyə işi apardıqda aşağıdakı qanunlara riayət etmək lazımdır.
Verilən bütün suallara xeyirxah münasibət göstərməli: qışqırmaq, sualı yarımçıq kəsmək, lağa qoymaq, xüsusilə cəzalandırmaq qəti surətdə qadağandır. Əkər müəyyən səbəblərə görə yerindəcə suala cavab vermək müvafiq deyilsə, söz vermək lazımdır ki, cavab sonra (bir saat sonra, səhərisi gün və s.) veriləcəkdir. Amma mütləq sualları cavabını söz verilən vaxtda vermək lazımdır.

Suallara ciddi münasibət göstərməli və mütləq cavab vermək lazımdır. Müxtəlif bəhanələrlə — bu sual üçün sən hələ balacasan, bu məsələ səni maraqlandırmamalıdır və s— cavabdan boyun qaçırmaq lazım deyil.

Uşaq özünün xəlvətcə verdiyi hər hansı bir sualın başqalarına məlum olmayacağına inanmalıdır (əfsuslar olsun ki, çox vaxt müəllimlər də “pedaqoji mülahizələrə görə” sirri saxlamırlar). Bir sözlə sirrin gizli saxlanmasına əməl edilməlidir.

Bütün suallara qısa və birmənalı cavab vermək lazımdır. Cavablarda həqiqət və ardıcıllığı gözləmək, sadə sual-cavabdan mürəkkəbə doğru getmək, ən əsası isə həmişə həqiqəti demək lazımdır. Məsələn, əvvəlcə uşağın leylək tərəfindən gətirildiyini deyib, bir ildən sonra həqiqəti » demək yaramaz. Uşaqların seksoloji tərbiyəsinin ailədə valideynlər arasında minimum, məktəbdə müəllimlər, valideynlər və həkimlər arasında razılaşdırılmış maksimum proqramları olmalıdır. Maksimum proqramın həyata keçirilməsində valideyn bilikləri universiteti, populyar və xüsusi ədəbiyyat, mütəxəssislərin mühazirələri kömək edə bilər.

Kiçik yaşlı uşaqlar üçün tərbiyənin əsası böyüklərlə şifahi ünsiyyət, eləcə də onların şəxsi münasibətlərindən götürülən dəyərlərdir. Uşaqların yanında ər-arvadın dostluq, mehribançılıq münasibətləri, danışıqda səmimiyyət, yüksək mədəniyyət uşaqlarda və yeniyetmələrdə öz izini buraxır və onların gələcəkdə möhkəm, mədəni ailə qurmaları üçün zəmin yaradır.

Uşağın seksuallıq elementlərini dərk etmək arzusunun qarşısını almağa çalışmaq valideynlərin ən çox təkrar etdikləri səhvdir. Burada valideynlər nəzərə almalıdırlar ki. Uşaqlar bu məsələyə böyük yaşlardan fərqli olan istiqamətdə yanaşırlar.

Çox əsassız olaraq valideynlər uşaqların “ata və ana”, “həkim və xəstə” oyunu oynamadan narahat olurlar. Məktəbə qədər kiçik yaşlı uşaqlar öz oyunlarında böyükləri təqlid edir, onların bütün hərəkətlərini — “soyunmaq”, “uzanmaq”, bir yerdə “yatmaq”, bir-birini “müayinə” etmək kimi hərəkətlərini təkrar edirlər. Buna görə böyüklər narahat olur, uşaqlara bu oyunları qadağan edir, hətta bəzən cəzalandırırlar. Valideynlər heç vaxt unutmamalıdırlar ki, qadağan və cəza uşaqlarda həmin oyunlara marağı və istəyi daha da artırır, bəzilərində münasibətə qarşı neqativ münasibətin yaranmasına səbəb olur, təbii hissləri, fikirləri eyib, qadağan və hətta natəmiz hisslərə, fikirlərə çevirir. Bəzi mütəxəssislərin fikrincə qadınlarda cinsi soyuqluğun səbəblərini kiçik yaşlarda cinsi tərbiyənin düzgün aparılmamasında araşdırmaq lazımdır.

Bütün bu qeyd olunanların tamamilə əksinə olaraq uşaqlara hər şeyin icazə verilməsi, eyni zamanda böyük yaşlıların özlərini “çox sərbəst” aparmaları uşaqların diqqətini seksual cəhətlərə cəmləşdirə bilər. Uşaqların valideynlərlə bir yataqda olmaları tamamilə yolverilməz haldır. Uşaqların böyük yaşlıları, xüsusilə başqa cinsə mənsub yaşlıları çılpaq vəziyyətdə görmələrinə də yol verilməməlidir. Əkər təsadüfən belə vəziyyət yaranarsa qışqırmaq, səs-küy salmaq lazım deyil. Bu zaman uşağa bir tapşırıq verməklə başını qarışdırıb, geyinmək lazımdır.

Çox vaxt kiçik oğlan uşaqların cinsiyyət üzvündə gərginlik ereksiya vəziyyəti yaranır, bu isə valideynləri narahat edir. Belə vəziyyət adətən sidik kisəsinin dolması ilə, bəzən də sidik-cinsiyyət üzvlərində baş verən iltihabın nəticəsində olur. hər halda bunun seksuallıqla heç bir əlaqəsi yoxdur və əkər kənardan bunu uşağa pis şəkildə izah etməsələr o, özü buna əhəmiyyət verməz. Valideynlər uşaqları elə öyrətməlidirlər ki, onlar yataqda qollarını yorğanın altında yox, üstündə saxlasınlar, yatanda pijama və ya uzun keçə köynəyi geysinlər, yatmamış-dan əvvəl sidik kisəsini boşaltsınlar. Uşaqları tumansız yatırtmaq düzgün deyil. Çünki bəzi bağırsaq qurdları gecələr düz bağırsaqdan çıxıb anusun ətrafına öz yumurtalarını qoyurlar ki, bu da orada qaşınma, gicişmə əmələ gətirir. Əkər uşaq tumansız yatıbsa o yuxulu vəziyyətdə, qaşınan nahiyənin əlləri ilə sürtür, sonra qurd yumurtalarını barmaqlar ilə ağzına keçirərək özünü təkrar yoluxdurur. Bundan əlavə qurd yumurtalan ətrafa yayılıb başqalarının da yoluxmasına səbəb olur. Uşağı tumansız yatdıqda yuxuda əllərini cinsiyyət üzvünə toxundurur, onu əlləri ilə oynadır ki, bu da onanizmə adət etməyə səbəb ola bilər.


Tarix: 19.11.2013 / 02:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 383 Bölmə: Cinsel Bilgiler
loading...