Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cinsi əlaqənin müddəti

Cinsi əlaqənin müddəti çoxlarını maraqlandırır.Bərabər hüquqla tərəflərin iştirak etdiyi və onların hər ikisində şirin ehtiras, qarşılıqlı razılıq, minnətdarlıq hissləri yaratmalı olan bu aktı konkret bir müddətlə əlaqələndirmək olmaz. Lakin qadının, istərsə də kişinin psixoloji, fiziki imkanları müxtəlif olduğundan burada yalnız müəyyən müddətdə tərəflərin bir-birinə fizioloji — fiziki uyğunluğunun yaranması bütün məsələləri həll edə bilər.

Bəzi mütəxəssislər cinsi əlaqənin müsbət nəticəsini qadında orqazmın əmələ gəlməsi ilə əlaqələndirirlər ki, bu fikir də həqiqətə daha yaxındır. Lakin qadında orqazm baş verməsi üçün kişi cinsiyyət üzvünün ereksiyası, cinsi əlaqənin müddətinin rolu bir o qədər də böyük deyil.

Əvvəlcə qeyd edildiyi kimi, qadının nəzərində kişinin şəxsiyyəti, intim əlaqənin yaranma şəraiti, kişinin bu əlaqədə münasibəti və imkan diapazonunun uyğunluğu əsas rol oynayan amillərdir.

Seksual münasibətdə elə bu cəhətlər insanı heyvanlardan fərqləndirir.


Tarix: 19.11.2013 / 02:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 136 Bölmə: Cinsel Bilgiler
loading...