Bir menstruasiyanın ilk günündən növbəti menstruasiyanın başlamasından öndəki günə qədər olan bir dövr menstrual tsikl (aybaşı dövrü) adlanır. Qadınlarda menstrual tsiklin müddəti müxtəlif olur. Əksər hallarda bu tsikl 26-28 gün olur. Bəzi hallarda onun müddəti 21 günə qədər azala və ya 38 günə qədər uzana bilər. Hər bir qadının öz menstrual tsiklinin müddətini bilməsi vacib hesab edilir.
Menstrual tsiklin müddəti süni uşaqsalma əməliyyatından sonra 3 ay müddətində, doğuşdan sonra 1 il müddətində və həmçinin 40 yaşından sonra qadın orqanizmi preklimaks (aybaşının kəsilməsindən öncəki) dövrünə hazırlaşarkən pozulmuş olur. Menstrual tsiklin müddəti heç bir səbəb olmadan bir neçə ay ərzində xeyli dəyişmiş olarsa, tez bir zamanda həkim-ginekoloqa müraciət etmək məsləhət görülür. Çünki bir çox hallarda bu cür pozğunluq qadın cinsiyyət üzvlərinin müxtəlif (bəzən çox ağır) xəstəliklərinin əlaməti ola bilər.
Menstrual tsikl – hər bir tsikldə təkrarlanmaqla bir-birini əvəz edən bir neçə mərhələdən ibarətdir – yumurta hüceyrəsinin yetişməsi mərhələsi, ovulyasiya mərhələsi, mayalanma və ya mayalanma baş vermədikdə isə menstrual qanaxma (və ya menstruasiya) mərhələsi.
1-ci mərhələ. Yumurta hüceyrəsinin yetişməsi
Qadın yumurtalıqlarının qabıq qatında “yatmış” vəziyyətdə olan ilkin follikullar adlanan yumurta hüceyrələri yerləşmişdir. Doğulan qız uşaqlarında onların sayı 300-400 minə yaxın olur.
Aybaşı dövrünün (tsiklinin) 1-ci günündə hipofiz vəzidə FSH-follikulstimullaşdırıcı hormon ifraz olunmağa başlayır. FSH-nun təsiri altında qadın yumurtalığında olan ilkin follikullardan biri (bəzi hallarda isə ikisi və ya üçü) inkişaf etməyə başlayır. Tsiklin əvvəlində ilkin follikulun diametri 1mm-dən artıq olmur. İki həftədən sonra isə onun diametri artıq 20 mm-ə çatır. Follikulun içərisində maye və xromosomlu nüvə yerləşmiş olur.
Aybaşı dövrünün ortasında hipofiz vəzidə LH – lyüteyinləşdirici hormon ifraz olunmağa başlayır ki, onun da təsiri altında yumurta hüceyrəsinin yumurtalıqdan xaric olması – ovulyasiya prosesi baş verir.
2-ci mərhələ. Ovulyasiya
“Ovulyasiya” sözü latın dilində olan ovum – yumurta sözündən götürülmüşdür. Bəs ovulyasiya necə baş verir? Belə ki, yumurtalıqda inkişaf etməyə başlayan ilkin follikulun ölçüsü get-gedə artdığı üçün yumurtalığın divarının dartılmasına səbəb olur. Aybaşı tsiklinin ortasında follikulun ölçüsü artaraq üzüm giləsi ölçüsünə qədər çatır. Bu ölçünün artması nəticəsində xeyli dərəcədə dartılmış olan yumurtalığın qabığı gərginliyə dözməyərək bu hissədə deşilmiş olur. Bu zaman follikulun qabığı da deşilir və onun içərisindəki maye yumurta hüceyrəsi ilə birlikdə qarın boşluğu-na dağılır. Beləcə, ovulyasiya baş verir.
Ovulyasiyadan sonra yumurtalıqda olan dağılmış follikul boşluğu qan və əmələ gəlmış yeni xüsusi hüceyrələrlə birlikdə yeni endokrin vəzi olan sarı cismi əmələ gətirir. Sarı cismin bu adı onun içərisində olan sarı rəngli lyutein piqmentinə (luteus – latın dilində “sarı” deməkdir) görə verilmişdir. Yeni əmələ gələn sarı cisim progesteron (hamiləlik hormonu) adlı hormon ifraz etməyə başlayır. Progesteron hormonunun təsiri altında uşaqlıq və onun daxili qatı (endometrium) mayalanma baş verərsə yaranmış embrionu qəbul etməyə hazırlaşır. Əgər hamiləlik baş verərsə, progesteron hormonu hamiləliyin saxlanmasını qoruyur. Sarı cisim 10-14 gün ərzində mövcud olur və hamiləlik baş vermədiyi halda məhv olur. Hamiləlik baş verdikdə isə sarı cisim inkişaf edərək öz həcmini artıraraq hamiləliyin qorunması üçün xeyli miqdarda progesteron hormonu hazırlamağa başlayır.
Yumurta hüceyrəsi (oosit, latın dilində olan ovum – yumurta sözündəndir) insan orqanizmini təşkil edən əksər somatik hüceyrələrdən, ölçüsünün nisbətən böyüklüyü, xeyli miqdarda qida maddələri və fermentlərlə zəngin olması ilə fərqlənir. İnsan cinsi hüceyrələri (yumurta hüceyrəsi və spermatozoid) digər hüceyrələrdən daha bir xüsusi əlaməti ilə fərqlənir. Daxilində 46 sayda xromosom olan digər bütün insan hüceyrələrindən (dəri, əzələ, sümük, müxtəlif orqan hüceyrələri və s.) fərqli olaraq, yumurta hüceyrəsi və spermatozoidin daxilində yalnız 23 sayda xromosom olur. Sual oluna bilər ki, bəs nə üçün bu belədir? İlkin olaraq xromosomun nə olduğunu izah edək. Belə ki, hər bir insan hüceyrəsinin nüvəsində xromosomlar yerləşir. Hər bir xromosom minlərlə sayda genlərə malikdir. Hər bir gen isə insanın yalnız bir əlaməti (məsələn, gözlərin, dərinin rəngi, maddələr mübadiləsinin xüsusiyyətləri və s.) barədə məlumatın daşıyıcısı olur. Deyildiyi kimi, insan orqanizminin bütün hüceyrələrində (dəri, əzələ, sümük, müxtəlif orqan və toxuma hüceyrələri) 46 sayda xromosom olur ki, onların da 22 cütü insanın müxtəlif əlamətləri və xüsusiyyətləri barədə məlumatların daşıyıcılarıdır. Bu hüceyrələrin daxilindəki sonuncu 1 cüt xromosom isə cinsi xromosomlardır. Qadınlarda cinsi xromosomlar eyni (X-iks və X-iks), kişilərdə isə müxtəlif (X-iks və Y-iqrek) olur. Beləliklə, qadın xromosom dəsti – 46, XX, kişi xromosom dəsti isə – 46, XY-dir.
Beləliklə, biz bilirik ki, yumurta hüceyrəsi və spermatozoidin hər birində 23 sayda olmaqla xromosom vardır. Qadın cinsi hüceyrəsi olan yumurta hüceyrəsi kişi cinsi hüceyrəsi olan spermatozoidlə uşaqlıq borusunda birləşərkən yeni orqanizm hüceyrəsinin əmələ gəlməsinə səbəb olurlar ki, onun da daxilində 46 sayda (23 sayda anadan və 23 sayda da atadan) xromosom olur.
Sual oluna bilər ki, bəs uşağın cinsi necə formalaşır? Birləşməyə (mayalanmaya) hazır olan cinsi hüceyrələr qamet adlanırlar. Qadın qametləri ancaq bir növə malik olur – 23, X. Kişi qametləri isə iki növ olur: 23, X və 23, Y. Qadın cinsi hüceyrəsini X-spermatozoid və ya Y-spermatozoid mayalandıra bilər. Buna görə də əgər qadın cinsi hüceyrəsini X-spermatozoid mayalandırarsa qız (23, X ana + 23, X ata = 46, XX) uşağı, Y-spermatozoid mayalandırarsa oğlan (23, X ana + 23, Y ata = 46, XY) uşağı doğulmuş olur.
Beləliklə, yumurtalıqda inkişaf edərək yetişmiş olan yumurta hüceyrəsi qarın boşluğuna düşdükdən sonra Fallopi borusunun saçaq şəkilli çıxıntıları öz hərəkətləri ilə onu borunun ucundakı qıf hissəyə ötürür. Fallopi boruları içəri temperatur göstəricisi daha 1 neçə 0,1 dərəcə aşağı düşür. Ovulyasiya günü düz bağırsaqda olan temperatur birdən-birə kəskin şəkildə 37°C-dən yuxarı qalxır. Bu kəskin yüksəliş fərqi 0,6°C-dən az olmamalıdır.
Qeyd etmək lazımdır ki, sadalanan bu üsullarla yalnız təxmini nəticələr əldə etmək olur. Ancaq bu göstəriciləri daha çox müddət ərzində, həm də kompleks şəkildə olmaqla qiymətləndirmək lazım gəlir.
Ovulyasiya anının müəyyən edilməsinin daha bir dəqiq üsulları vardır:
Follikulun böyüməsi və inkişafına, onun deşilməsi (ovulyasiyanın özü) prosesinə – follikulometriya prosesinə – ultrasəs aparatının köməkliyi ilə nəzarət etmək olur.
Sidikdə LH – lyüteyinləşdirici hormonun təyin edilməsi. Bu üsul çox sadə olduğu üçün ev şəraitində də tətbiq edilə bilər. Bu məqsədlə ovulyasiyanın müəyyən edilməsi üçün xüsusi testlərdən (onları hamiləliyin təyin edilməsi testləri ilə qarışdırmayın) istifadə olunur. Ovulyasiya testlərini onun təxmin olunan vaxtından 5-6 gün əvvəl, qeyd olunan qaydalara uyğun olaraq, gündə iki dəfə olmaqla aparmağa başlayırlar.
3-cü mərhələ. Mayalanma
Kişi və qadın cinsi hüceyrələrinin (spermatozoid və yumurta hüceyrəsi) birləşməsi nəticəsində yeni orqanizmin yaranması prosesi başlayır.
Yuxarıda qeyd etdiyimiz kimi, yumurta hüceyrəsinin özü hərəkət etmək qabiliyyətinə malik deyil. Ovulyasiyadan sonra Fallopi borusunun saçaq şəkilli çıxıntıları öz hərəkətləri ilə onu borunun içinə doğru hərəkət etdirir.
Spermatozoidlər (onun quruluşu haqda 23-cü səhifədə oxuya bilərsiniz) isə əksinə olaraq, öz quyruqları hesabına tam sərbəst şəkildə hərəkət etmək qabiliyyətinə malikdirlər. Eyakulyasiyadan (spermanın xaric olması) sonra spermatozoidlər uşaqlığın yığılması nəticəsində tez bir zamanda cinsi yollarla qalxmağa başlayırlar. Quyruğunun köməkliyi ilə hərəkət etmək qabiliyyətindən isə spermatozoidlər yolun son hissəsində, uşaqlıq borusunda və mayalanma prosesində istifadə edirlər.
Yumurta hüceyrəsinə qədər ancaq bir neçə yüz ən güclü və sağlam spermatozoid çatır. “Zəif” (quruluşunda çatışmazlığı olanlar, xromosom mutasiyalarına məruz qalanlar və s.) spermatozoidlər qadın cinsi yolların-da məhv olurlar.
Cinsi hüceyrələrin birləşməsi (mayalanma) uşaqlıq borularının yalnız müəyyən olunmuş ampula hissəsində baş verir. Optimal şəraitdə spermatozoidlər bu hissəyə eyakulyasiyadan (spermanın xaric olması) sonra 1,5-2 saat sonra gəlib çata bilirlər. Əgər burada onları “gözləyən” yumurta hüceyrəsi (o, ovulyasiyadan sonra yalnız 24 saat müddətində yaşayır) olarsa mayalanma prosesi baş verir. Əgər “görüş yerində” yumurta hüceyrəsi olmazsa, mayalanma qabiliyyətini tam şəkildə saxlamaqla, spermatozoidlər 3 gün ərzində burada onu “gözləyə” bilərlər.
Mayalanma zamanı qadın cinsi hüceyrəsi, həmçinin spermatozoidləri “özünə cəlb edən” və öz yerini tapmaqda onlara köməklik edən xüsusi maddə ifraz edir. Bir yumurta hüceyrəsini eyni zamanda xeyli sayda spermatozoidlər “tapır”. Ancaq onun daxilinə keçmək o qədər də asan olmur. Belə ki, yumurta hüceyrəsinin ətrafında şüalı çələng adlanan hüceyrələrdən ibarət özünəməxsus maneə qişası olur. Çoxlu sayda olan spermatozoidlər yumurta hüceyrəsinin qişasına birləşərək öz quyruqlarının hərəkətləri ilə onu fırlatmağa başlayırlar. Bu yolla yumurta hüceyrəsinin qişasını yumşaltdıqdan sonra spermatozoidlər özlərinin baş hissələrindən ifraz etdikləri xüsusi fermentlərin köməkliyi ilə onun qişasını əridirlər. Bir (nadir hallarda iki-üç) spermatozoid yumurta hüceyrəsinin içərisinə daxil olduqdan sonra yumurta hüceyrəsinin qişası digərləri üçün keçilməz olur. Spermatozoid və yumur-ta hüceyrəsinin nüvələri birləşdikdən sonra ata və ana xromosomları vahid bir xromosom dəsti yaradırlar.
Beləliklə, cüt xromosom dəstinə malik (50% ana və 50% ata) birhüceyrəli rüşeym olan ziqota əmələ gəlir. Mayalanmış yumurta hüceyrəsi 4 gün ərzində uşaqlıq borusu ilə hərəkət edərək uşaqlıq boşluğuna çatdıqdan sonra burada daha 3 gün ərzində sərbəst qalır. Mayalanmadan 7 gün sonra onun endometriuma daxil olması (impantasiya) baş verir: 0,5 mm ölçüsündə olan rüşeym uşaqlıq divarına bitişərək 2 gündən də az bir müddət ərzində tamamilə onun daxilinə keçir.
Mayalanma baş vermədikdə isə yumurta hüceyrəsi uşaqlıq boşluğuna daxil olaraq burada məhv olur.
Menstruasiya
Yuxarıda qeyd etdiyimiz kimi ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan “sarı cisim” əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altında uşaqlığın divarı (endometrium) getdikcə qalınlaşmağa, böyüməyə başlayır, ödemləşir, qan damarları ilə zənginləşir ki, gələcəkdə lazım olduqda mayalanmış hüceyrənin qidalandırılması üçün burada münbit şərait yaranmış olur.
Ovulyasiyadan 10-14 gün sonrakı müddət ərzində hamiləlik baş vermədiyi halda sarı cismin dağılması baş verir. Hamiləliyin baş hormonu olan progesteron məhz sarı cisim tərəfindən hazırlandığı üçün, onun dağılmasından sonra bu hormonun hazırlanması prosesi də dayanmış olur. Bunun nəticəsində qalınlaşmış endometrium qatı kifayət qədər qan ilə təchiz olunmur ki, bunun da nəticəsində bu qat məhv olaraq xaricə axmağa başlayır. Bu, məhz menstruasiyadır.
Beləliklə, hər menstruasiyanın sonunda uşaqlığın içərisində bir əl səthi qədər açıq yara sahəsi əmələ gəlir. Bundan sonra bu sahə təbii yolla bərpa olunaraq digər menstruasiyaya qədər yenidən inkişaf etməyə başlayır.
Normal halda menstruasiya zamanı qanaxma 3-7 gün davam edir. Bu zaman qadın orta hesabla 50-100 qram həcmində qan itirir. Menstruasiya dövrü 3 gündən az, 7 gündən çox davam etmiş olarsa, bu zaman baş verən qanaxma çox az və ya həddindən artıq çox olarsa, tez bir zaman ərzində həkim-ginekoloqa müraciət etmək tövsiyə edilir.
Menstruasiya zamanı ifraz olunan qan öz görünüşünə görə nisbətən daha tünd olur. Bu qan həmçinin tərkibinə görə, qan damarlarında dövr edən qan kütləsindən də fərqli olur.
Menstrual (aybaşı) tsikl zamanı qadın orqanizminin hormonal fonunda olan dəyişiklik ancaq cinsi sistemdə deyil, qadının digər orqan və sistemlərində də baş verir. Bəzi qadınlarda menstruasiya zamanı ürəkbulanma, ümumi zəiflik, baş gicəllən-məsi, əsəbilik, süd vəzilərinin bir qədər bərkləşməsi və ağrılı olması baş verir. Bu zaman həmçinin, qan dövranı sistemində, arterial təzyiq göstəricilərində, tər ifraz edilməsində, həzm sisteminin bir sıra funksiyalarında da müxtəlif dəyişikliklər baş verir. Aybaşı günlərində vegetativ sinir sistemi də daha tez qıcıqlanma dərəcəsində olub, digər günlərə nisbətən daha gec sakitləşmiş olur.
Bütün bu əlamətlər, bir daha onu sübut edir ki, cinsiyyət hormonları yalnız cinsi orqanlara deyil, bütünlükdə qadın orqanizminin digər üzvlərinə də təsir edir.
Aybaşı zamanı qadın intim gigiyena qaydalarına da diqqətlə riayət etməlidir. Bu dövr ərzində cinsi əlaqələr qəti şəkildə yolverilməzdir! Əks halda, qadın cinsiyyət üzvlərində ağır iltihabi proseslər baş verə bilər.
Tarix: 19.11.2013 / 02:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 623 Bölmə: Cinsel Bilgiler