Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Eşitmə qabiliyyətinin rolu

İnsan gözlərə nisbətən qulağı vasitəsilə daha çox informasiya alır. Müxtəlif səslər insana müxtəlif şəkildə təsir edir. Alçaqtezlikli səslər zil, fit və nərilti səsi insanda təşviş və qorxu hissi oyadır. Yüksək tezlikli səslər, məsələn zəng səsi də insan psixikasını pozur. Lakin tam bir səssizlik, də insanın sinir sisteminə mənfi təsir göstərə bilər. Əgər insanı səsdən təcrid edilmiş kameraya salsaq, o öz orqanizminin səslərini ürəyinin döyüntüsünü, damarlarda qanın necə axdığını, əzələlərin necə yığıldığını və s. dinləməyə başlayacaq.

“Yaz meşəsinin” səsləri, hətta səhrada külək əsimi sanan həyat tonusunu qaldırır. Yarpaqların pıçıltısı, quşların zəngüləsi, kolların xışıltısı insani ruhi dinclik gətirir, orqanizmin həyat gücünü bərpa edir. Məsələn, əriyən qarın damcı səsləri ürək ritmini qaydaya salır. Ağacların tacında xəfifcə səs salan ilıq yaz mehinin səsi təngnəfəsliyə dərman sayılır. Sevgilinin sözləri, pıçıltısı, səda və nidaları da insana bu cür ecazkar təsir göstərir. Məsələn, ucadan və ehtirasla deyilmiş sözlər qadınları bərk vəcdə gətirir. Bəm

səsin təsiri nisbətən az olur. Nə qədər qəribə görünsə də, bəzi hallarda ədəbsiz sözlər də qadınlarda cinsi oyanmaya, ehtirasa səbəb ola bilər.

“Başqa qadınları deyə bilmərəm, ancaq ərim yataqda vəcdə gəlib ehtirasla qulağıma ədəbsiz söyüş sözlərini pıçıldayanda şövqüm şiddətlənir. Və məni cuşa gətirir, elə bil utancaqlığın son “libaslarını” soyunur, özünü tam azad və sərbəst hiss edirsən. Ən maraqlısı odur ki, adi həyatda ərimin dilindən nəinki söyüş, hətta kobud söz belə eşitməzsən. Yataqda isə onun dilindən qopan ədəbsiz sözlər mənim üçün musiqi kimi səslənir…”

Kişinin vəzifəsi – qadınını özünə elə öyrəşdirməkdir ki, arada heç bir utancaqlıq, gərginlik olmasın. Qadın üçün intim münasibət məhəbbət təzahürünün ən ali ifadəsidi. O öz ehtirasını, sevgisini sənə bəxş etməyə hazırdı, lakin sən əvvəlcə öz nəvazişini, xoş sözləri, ürəyinin hərarətini ondan əsirgəməməlisən. O zaman seksual ünsiyyət hər ikiniz üçün xoş olacaq, özündən sonra qəlbinizdə pis hisslər, mənəvi çapıqlar qoymayacaq, əksinə xoşbəxtlik anları kimi xatırlanacaq.

Cinsi münasibət zamanı insanlardan müxtəlif intonasiyalı cürbəcür səslər, sədalar qopur. XVII əsrə aid Çin mənbələrindən birində sevgi səslərinin üçtərəfli təsnifatı verilmişdir:

“Sevgi Döyüşünün başlanğıcında, yəni sevgi ehtirasları hələ lazımınca alovlanmamış, qadınlardan “əzizim”, “həyatım”, “səni sevirəm” və s. bu kimi nidalar, ahlar qopur, onlar bu nidalar, ahlar, iniltilərlə öz məhəbbət və sədaqətlərini izhar etməyə çalışırlar, əslində isə bu tərəf-müqabili hərəkətə gətirmək, onda ehtiras oyatmaq cəhdidi.

Döyüş ərəfəsində qadın dodaqlarından qopan bu sözlərin hər birini aydınca seçmək, başa düşmək olur.

İkinci səs variasiyası Sevgi Döyüşü inkişaf etdikcə baş verir; bu zaman ehtiras qadının bütün cismini bürüyərək onu qıcıqlandırır, daxili orqanlarının beşini də, cinsiyyət üzvlərinin dördünü də, əl və ayaq barmaqlarının ucuna qədər lərzəyə gətirir. Qadın kəsik-kəsik nəfəs almağa başlayır, ürəyi şiddətlə çırpınır; onun Yuxarı nəfəsi Aşağı nəfəsi ilə kontakta girə bilmir, buna görə səslər bir-birinə qarışır, nitqi anlaşılmaz olur.

Nəhayət, ekstazın üçüncü, axırıncı mərhələsində, ehtiras zirvəsində qadın elə üzülür ki, onun təfəkkürü də, bədən üzvləri də büsbütün fəaliyyətdən düşür; belə bir vəziyyətdə səslər boğazda ilişib qalır və onun nə dediyini qətiyyən anlamaq olmur.

Ehtiraslı sevgi oyunu zamanı qadınlar qeyri-iradi olaraq qəribə sözlər pıçıldayır, inildəyir, gülür, ağlayır və ya qışqırırlar. Artıq dediyimiz kimi, bəziləri bu anda özləri də bilmədən söyüş söyür, öz hisslərini, məhəbbət və minnətdarlıqlarım ədəbsiz sözlərlə ifadə edirlər. Axırıncı halda pis heç nə axtarmayın, yəni tərəf-müqabilinizi açıq şəkildə, ya ürəyinizdə ittiham etməyə tələsməyin, çünki bu təbii haldır son həddə qədər gərilmiş emosiyaların boşalmasının ifadəsidir. Sevgi oyunu zamanı yaranan hisləri boğmaqdansa, açıq şəkildə ifadə etmək düzgündür. Əks halda, bu, sağlamlığa mənfi təsir göstərə, ruhi zədələrə səbəb ola bilər.


Tarix: 19.11.2013 / 02:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 172 Bölmə: Cinsel Bilgiler
loading...