Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

“Sevgi məharəti” sözü

“Sevgi məharəti” sözünü siz neçə dərk edirsiniz?

İntim əlaqənin elə təşkil edilməsidir ki, bu zaman ər-arvadın hər ikisi ondan yüksək dərəcədə nəşələnsin və süni vaxtda baş verən orqazm vəziyyətinə çatsınlar.

Düzgün təşkil olunmuş intim yaxınlıq ən azı öpüşmələr, bir-birinə yaxın təmasla məhəbbət hissləri, orqazmla nəticələnən cinsi əlaqə və neçə deyirlər, ehtirasın sakitləşməsi” komponentlərini özündə cəmləşdirir.

Lakin bu komponentləri diqqətlə nəzərdən keçirməzdən əvvəl ailə münasibətlərində nəyin mümkün olduğunu, nəyinsə tamamilə yaramadığını, nəyin normal, nəyinsə pozğunluq kimi hesab olunacağını prinsipial cəhətdən həll etmək lazımdır.
Almaniyanın məşhur seksopatoloqu Şnabl bu barədə yazır:

Norma haqqında bir neçə anlayış vardır:
Statistik norma o şeydir ki, adamların çoxu tərəfindən olunur, azlığın elədiyi normadan kənardır. Bu münasibət, əlbəttə, düzgün hesab oluna bilməz, misal üçün kişilərin əksəriyyəti papiros çəkir, məgər bu, normadır?

Əxlaqi norma odur ki, müqabil tərəflərin tələb və arzularına müvafiqdir, onlardan hər biri üçün həm əxlaqi, həm də fiziki cəhətdən zərərsizdir, düzgündür və norma hesab olunmalıdır.
Tibbi-psixi norma — ailənin mənəvi, fiziki və ictimai xeyrinə şərait yaradan sağlam münasibət norma hesab olunmalıdır.

Obyektiv (şəxsi) norma — mən nə edirəmsə, nəyi mən düzgün hesab edirəmsə, mənə nə xoş gəlirsə, o da normadır. Kim başqa cür hərəkət edirsə düz, normal hərəkət etmir. Aydındır ki, norma haqqında yuxarıda göstərilən birinci və dördüncü anlayışlar bizim əxlaq qanunlarına münasib deyil və Şnablın dediyi kimi cinsi əlaqə müqabil tərəflərin hər ikisinə nəşə və həzz gətirdikdə, onlardan heç birinə əzab-əziyyət vermədikdə və ailənin mənəvi, fiziki və ictimai xeyri üçün şərait yaratdıqda normal hesab olunur.

Ər-arvad arasında, xüsusilə gənc ər-arvad arasında seksə tələbat və arzu çox vaxt müxtəlif olur ki, bu da yeniyetməlik dövründə cinsi əlaqə (seks) məsələləri haqqında alınmış məlumatların səviyyəsindən asılıdır.

Hər bir şəxs intim həyata başlamazdan xeyli əvvəl seksual əlaqənin özü üçün mümkün olan formasını zehnində formalaşdırır. Ədəbiyyatın, incəsənətin, mühazirələrin verdikləri və böyük yaşlı kənar şəxslər üzərində şəxsi müşahidələr kişi və qadın arasındakı münasibət, o cümlədən cinsi münasibət haqqında şəxsi mülahizə yaradır.

Əzizləmənin müxtəlif formaları, onların müxtəlif erogen zonalara təsirinin mümkün olub-olmaması, cinsi əlaqə aktında ona mümkün ola biləcək pozalar həmin şəxsin imkan diapazonunu təşkil edir. Başqa sözlə desək, seksual münasibətdə müəyyən bir şəxsə əxlaq-etika baxımından mümkün olan (icazə verilən) şey elə onun imkan diapazonudur. Buradan da aydın olur ki, bu diapazon müxtəlif şəxslərdə, xüsusilə kişi və qadınlarda eyni ölçüdə ola bilməz. Elə bu səbəbdən yalnız süni imkan diapazonu olduqda ər-arvadın seksual uyğunluğundan (harmoniya) danışmaq olar.

Ailə qurulan gündən ər-arvadın imkan diapazonunun bərabərləşdirilməsi, uyğunlaşdırılması (özü də ən çox qadında) prosesi başlanır. Əkər qadın bu prosesə aktiv şəkildə müqavimət göstərişə (belə vəziyyət ən çox sevmədən verilmiş və ya çox sərt tərbiyə almış qızlarda olur) onun ərində tədricən cinsi əlaqədən kifayətlənməmək hissi və həmin qadına qarşı cinsi soyuqluq hissi yaranır. Deməli, bu qadın onu daha cəzb etməyəcəkdir.
Əgər kişi kobudluqla qadının imkan diapazonunu pozarsa (bu ən çox gənc ailələrdə, kişinin yalnız ehtirasını təmin etmək istədiyi vaxt və arzu etdiyi qədər həyata keçirmək arzusu ilə

yaşadığı dövrdə baş verir), bu qadın tərəfindən cinsi əlaqə hissi kimi deyil, onun qadınlıq mənliyini təhqir edib alçaldan bir hərəkət kimi qəbul olunur, əri isə onun gözündə pozulmuş, əxlaqsız bir şəxs kimi görünür. Aydındır ki, belə hərəkətlər qadında seksual arzunun inkişafım dayandıracaqdır.
Ər-arvadın imkan diapazonunu uyğunlaşdırmaq hər bir şəxsin hisslərinə hörmətli münasibət, diqqət və qarşılıqlı inam tələb edir. Yalnız o zaman intim əlaqə ər-arvadı birləşdirən cazibədar bir qüvvə olur, onlara nikahda xoşbəxtlik tapmağa imkan verir.
İmkan diapazonunun genişlənməsi gənclər arasında onların ər-arvad olmalarından başlanır. Ən əvvəl baxışlar, təbəssüm, əllərin bir-birinə təması, yüngülcə tumarlamaq, (əlləri, saçlan, üzü və s), daha sonralar qulaqlaşmaq, öpüşmək onların hisslərində tarazlıq, yaxşılıq yaradır. Mütəxəssislər hesab edirlər ki, bu cür yaxınlıq (mazaqlaşma) və ya sevgi oyunu, qadını cinsi əlaqə zamanı fizioloji orqazma çatmağa hazırlaşdırır, əks təqdirdə qadınların əksəriyyəti bu məsələdə tamamilə təcrübəsiz qalaraq seksual cəhətdən inkişaf etməzlər.

İmkan diapazonunun daha da genişləndirilməsi boyun, döşlər, döş gilələri və s. kimi erogen sahələrə toxunma, onları əzizləməklə həyata keçirilir. Bu sahələrdə yerləşmiş sinir uclan mehribançılıq təmaslarını, qıcıqlarını qəbul edərək bütün sinir sistemini təlatümə gətirir, psixoloji sahə isə bu qıcığı erotik (cinsi əlaqəyə həvəs) tonlarla “rəngləyir”. Bədəndəki bu nöqtələr erogen zonalar adlanır. Bəzi hallarda belə sevgi oyunları — mehribançılıq, əzizləmək və s. qadında erotik arzu yaratmır. Lakin evləndikdən sonra imkan diapazonu genişlənibsə cinsi əlaqədən əvvəl sevgi mehribançılığının lazım olmadığını fikirləşmək də səhv olardı.
Adətən, evlənən kişi və qadının imkan diapazonları müxtəlif olur. Bir qanun kimi bu imkan kişilərdə daha genişdir və ona görə də onlar cinsi əlaqəyə hazırlıqda, mehribançılıqda, əlaqə üçün müxtəlif pozalar seçməkdə özlərini daha sərbəst aparırlar.

Qadında utancaqlıq və özünü tərbiyənin çatışmazlıqları ərinin bütün təkliflərini birdən-birə qəbul etməyə mane olur. Sevən və sevilən ərin bütün təkliflərini qəbul elən qadınlar azlıq təşkil edirlər. Əksər hallarda isə kişilərə bütün həyat boyu arvadlarının imkan diapazonunu öz imkanlarına bərabərləşdirmək lazım gəlir.


Tarix: 19.11.2013 / 02:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 235 Bölmə: Cinsel Bilgiler
loading...