Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Samir Cavadzadə

Samir Cavadzadə (d. 16 aprel 1980) — azərbaycanlı müğənni. "Şeron" qrupunun keçmiş üzvü, 2008-ci ildə Elnur Hüseynovla birlikdə Azərbaycanı Avroviziya Mahnı Müsabiqəsində ilk dəfə təmsil etmişdir. Həmin müsabiqədə Elnur və Samir dueti 8-ci yeri tutmuşdu.

Karyerası

Samir Cavazadə 16 aprel, 1980 ilində Bakıda anadan olmuşdu. Uşaqlıqdan oxumağa başlamışdı. 1992-ci ildə 9 nömrəli musiqi məktəbində oxumağa başlamışdı. Azərbaycan xalq musiqisinin ifaçısı, xanəndə sayılır. 1997ci ildə Biznes Universitetinə "Xarici əlaqələr" fakültəsinə daxil olur. İnstitutu bitirdikdən sonra 5 il muğam kurslarında oxuyur. 1 il hərbi xidmətdən sonra "Şeron" qrupunun üzvünə çevrilir. 2006-cı ildə qrupu tərk edir və solo karyeraya başlayır. Onun Röya ilə oxuduğu "Deyin Ona" mahnısı uzun müddət Azərbaycanda hit oldu. Bu mahnıya klip də çəkildi.

Avroviziya 2008
Əsas məqalə: Azərbaycan 2008 Avroviziya Mahnı Müsabiqəsində

2008-ci ildə Samir Cavadzadə Azərbaycanı ilk dəfə olaraq Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək üçün milli seçimdə iştirak edir. 2 fevral tarixində keirilən milli finalda Elnur Hüseynov əvvəlcə Eldar Mansurovun "İf You Never Back" mahnısını ifa edir. Daha sonradan Samir Cavadzadə ilə duetdə Day After Day mahnısını ifa edir. Münsiflər heyətinin səsverməsindən sonra o Samir ilə duet şəklində qələbə qazandı. 2008 Avroviziya Mahnı Müsabiqəsi Belqrad şəhərində Serbiyada keçirildi. İlk yarınfinalda duet 96 balla 6-cı yeri tutdu və finala çıxdı. Finalda təmsilçilərimiz 132 balla 8-ci oldular. Day After Day sinqli bir çox xarici ölkələrdə tanındı. Mahnıya çəkilmiş klip isə uzun müddət Azərbaycan çartlarında birinci yerdə qaldı. İyul ayında Samir Elnur və digər müğənnilər ilə birlikdə Neolit restoranının reklam çarxında çəkilir. Lakin daha sonradan onun barədə yayılan şayələrə görə uzun müddət efirdən uzaqlaşır və istirahət edir.Əvvəlki:
-
Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində
(Elnur ilə)
2008Sonrakı:
Aysel & Arəş


Hazırkı karyerası

2008 Avroviziya Mahnı Müsabiqəsindəki iştirakından sonra Samir Cavadzadə efirdən uzaqlaşır. Bu zaman ərzində o əsasən toylarda iştirak edir. 2010-cu ildə Samir "Quci, Quci", "İnsafsizlar", "Son görüş", "Bu da Son" adlı mahnılar yazır və toylarda çıxış etməyə, televiziya kanallarında qonaq qismində gəlməyə başladı. 2011-ci ilin yanvarında müğənninin prodüseri onun ilk solo konsert verməyi planlaşdırdığını bildirdi. Lakin daha sonrdan bu konsertin ilin sonunda keçirələcəyi bildirildi.


Tarix: 27.01.2013 / 15:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 336 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...