Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qəndab Quliyeva

QULİYEVA Qəndab Həbib qızı (d. 10.8.1949, Füzuli ş.) – Azərb. müğənnisi. Azərb. Resp. xalq artisti (1992). Müğənni. Aktrisa. Verilişlərdə iştirak edən.Mündəricat
1 Həyatı
2 Partiyaları
3 Repertuarında muğamlar
4 Filmoqrafiya
5 Həmçinin bax


Həyatı

Quliyeva Qəndab Həbi qızı 1949-cu il avqust ayının 10-u Füzuli rayonunun Dilağarda kəndində anadan olmuşdur. 1976-1980 cı illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində , 1991-1996 cı illərdə Azərbaycan Dövlət Musiqi və İncəsənət Universitetində təhsil almışdır. İlk muğam müəllimi Nəriman Əliyev olmuşdur.

Eyni zamanda, o, Vahid Abdullayevin muğam sinifində dərs almış və onun sənətini təkmilləşdirmişdir. 1981 ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərmişdir. Bu teatrın səhnəsində Leyli, Əsli (Üzeyir Hacıbəyov-“Leyli-Məcnun”, “Əsli və Kərəm”), Ərəbzəngi (Müslüm Maqomayev-“Şah İsmayıl”), Şahcənəm (Z.Hacıbəyov-“Aşıq Qərib”), Gülbahar (Ş.Axundova-“Gəlin qayası”), Xanəndə qız (R.Mustafayev-“Vaqif”) rollarını yaratmışdır.

Qəndab Quliyeva bir çox xarici ölkələrdə - Almaniyada, Kanadada, Yaponiyada, Fransada, İsveçdə, Türkiyədə, İranda, İraqda qastrol səfərlərində olmuş, Azərbaycan muğam sənətini inkişaf etdirmişdir. Xanəndənin repertuarına muğam dəstgahlar və təsniflər daxildir. Onun ifasında “Xaric Seygah”, “Şahnaz”, “Mahur-Hindi”, “Bayatı-Şiraz”, “Şur” muğamlarının səsyazıları AzTR Fondunda saxlanılır.

Xanəndənin ifasında “Çahargah” muğamının səsyazısı isə Fransada “Muğam antologiyası” CD diskinə daxil edilmişdir. Qəndab Quliyeva pedoqoji fəaliyyətlə də məşğul olur. Azərbaycan Dövlət və Mədəniyyət Universitetində muğamatdan dərs deyir.

A.Zeynallı ad. Bakı Musiqi Məktəbini bitirmişdir (1980). 1982 ildən Azərb. Opera və Balet Teatrının solistidir.

Partiyaları

Leyli, Əsli, ("Leyli və Məcnun", "Əsli və Kərəm"; Ü.Hacıbəyli), Ərəbzəngi ("Şah İsmayıl", M.Maqomayev), Şahsənəm ("Aşıq Qərib", Z. Hacıbəyli), Xanəndə qız ("Vaqif", R.Mustafayev), Gülbahar ("Gəlin qayası", Ş.Axundova) və s.

Repertuarında muğamlar

(Şahnaz, Cahargah, Bayatı-Şiraz, Qarabağ şikəstəsi, Mahur-hindi, Heyratı və s.), xalq mahnıları ("Apardı sellər Saranı", "Qaçaq Nəbi", "Gül açdı", "Bağçada güllər", "Əlində sazın qurbanı", "Qara xal yar") və Azərb. bəstəkarlarının mahnıları geniş yer tutur.

Xarici ölkələrdə (Yaponiya, Almaniya, Finlandiya, Avstraliya, İsveç, Kanada, Əfqanıstan, Tunis, Əlcəzair, İraq və s.) çıxış etmişdir.

Filmoqrafiya
Qəzəlxan (film, 1991)
Bu səs Qədirin səsidir (film, 2007)


Tarix: 22.01.2013 / 19:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 453 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...