Qalina Vişnevskaya (rus. Гали́на Па́вловна Вишне́вская; d. 25 oktyabr 1926 - ö. 11 dekabr 2012) — Sovet və rus opera müğənnisi.Mündəricat
1 Həyatı
2 Karyerası
3 Ailəsi
4 Xarici keçidlər
5 İstinadlar
Həyatı
25 oktyabr 1926-cı ildə Leninqradda anadan olmuşdur. Leninqrad blokadasını yaşayıb. 16 yaşında Hava Hücumundan Müdafiə qoşunlarında hərbi xidmət olub. 18 yaşında Leninqrad vilayəti operettasına daxil olub. Tez bir zamanda sol partiyaların ifaçısı kimi çıxış edib. Üç dəfə ərdə olub. Üçüncü əri tanınmış violonçelist Mstislav Rostropoviç idi.[1] 1974-cü ildə onlar o vaxtkı SSRİ-dən mühacirət ediblər. Onlar Aleksandr Soljenitsını dəstəklədikləri üçün təqib olunublar. 1978-90-cı illərdə onlar sovet vətəndaşlığından məhrum ediliblər. Bu illər ərzində bu iki sənətkar ABŞ-da yaşayıb, dünyanın çeşidli tanınmış teatrlarında çıxışları olub.[1]
11 dekabr 2012-ci ildə vəfat etmişdir[2].
Karyerası
1944-1945-ci illərdə Leninqrad Operetta teatrında, 1952-ci ildən isə "Bolşoy" teatrda fəaliyyət göstərmişdir. 1952-74-cü illərdə SSRİ Böyük Tetarında 30 yaxın operada əsas partiyaları oxuyub
Tarix: 27.01.2013 / 15:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 112 Bölmə: Bəstəkarlar Və Müğənnilər