Qeorq Fridrix Handel (alm. Georg Friedrich Händel, 1685-1759) – dahi alman bəstəkarı, barokko musiqi janrının ən görkəmli nümayəndələrindən biri. Həyatının böyük əksəriyyətini İngiltərədə yaşamışdır.Mündəricat
1 Həyatı
1.1 Yaradıcılıq irsi
1.2 Filmoqrafiya
1.3 İstinadlar
Həyatı
Handel 1685-ci ilin 23 fevralında Almaniyanın Saksoniya əyalətinin Halle şəhərində anadan olmuşdur. Yeddi yaşından musiqi ilə intensiv şəkildə məşğul olmağa, doqquz yaşından isə bəstəkarlıq fəaliyyətinə başlamışdır.
İlk operaları olan "Ameliya" və "Neron" əsərlərini 1705-ci ildə yazmışdır. 1707-1710-cu illərdə bəstəkar İtaliyaya səfər etmiş və burada musiqi təhsili almışdır. Bu illərdə o italyan operasının mahir bilicisi adını qazanır.
1710-cu ildə Handel sonralar İngiltərə kralı olacaq Hannover kurfüristi Georqun sarayında kapelmeyster təyin olunur. Elə həmin il Londona yollanan Handel iki il sonra yenidən, lakin qısa müddətə Almaniyaya qayıdır. Hannoverdə olduğu bu qısa müddət ərzində Böyük Britaniyanın gələcək şahzadəsi Karolinaya bir neçə vokal duetlər bəstələyir.
1712-ci ildən etibarən bəstəkar demək olar ki, həmişəlik İngiltərədə məskunlaşır. Britaniyaya gəldiyi ilk illərdə Surrey qraflığının Barns Elmsin yaradıcılığına pərəstiş edən zəngin tacirlərindən birinin evində yaşayır. Sonradan iki ilə yaxın müddətdə Berlinqton qrafının London yaxınlığındakı malikanəsində qonaq qalır – bu müddətdə Handel şahzadə Anna tərəfindən 200 funt sterlinq məbələğındə ömürlük təqaüdlə dəyərləndirəcəyi iki opera bəsətələyir.
1714-cü ildə kurfürist Qeorq Britaniya sahillərinə yaxınlaşır və tezlıklə kral olur. Handel yeni kralın sarayina ithaf olunmuş və ifası bayram günlərinə nəzərdə tutulmuş "Suda nəğmə" əsərini bəstələyir.
1720-ci ildən 1728-ci ilə qədər Handel Kral Musiqi Akademiyasının direktoru vızifəsində çalışır. 13 fevral 1726-cı ildə bəstəkar Britaniya vətəndaşlığını qəbul edir.
1720-1730-cu illdərdə Handel çoxlu sayda operalar yazmağa davam edir, 1740-cı illərdə isə bəstəkarın yaradıcılığında əsas yeri oratoriyalar tutmağa başlayır ("Məsihə", "Samson", "Saul", "İsrail Misirdə")[1]. 1750-ci illərin astanasında dahi bəstəkarın görmə qabillyəti kəskin pisləşir. 1752-ci ilin 3 may tarixində gözlərindən əməliyyat olunur. Lakin heç bir müsbət nəticə hasil olmur və xəstəlik daha da şıddətlənir.
1753-cu ildə Handel dünya işığından birdəfəlik məhrum olur. Bu hadisədən altı il sonra, yəni 1759-cu ilin 14 aprelində Handel Londonda keçinir. Bəstəkarın cənazəsi Vestminster abbatlığında torpağa tapşırılır.
Yaradıcılıq irsi
Həyatı ərzində Handel 50-yə yaxın opera, 23 oratoriya, çoxsaylı kilsə xor musiqisi, orqan üçün konsertlər bəstələmiş, həmçinin bir sıra əyləncə səpgili əsərlər də yaratmışdır.
Filmoqrafiya
Payız sonatası (film, 1978)
Tarix: 25.01.2013 / 19:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 403 Bölmə: Bəstəkarlar Və Müğənnilər