Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rəna Qədimova

Rəna Kamil qızı Qədimova — bəstəkar.



Həyatı

Rəna Qədimova 10 yanvar 1958-ci ildə Bakı şəhərində doğulub. 1961-ci ildən 1964-cü ilədək Bülbül adına orta ixtisas musiqi məktəbində Regina Siroviçin sinifində fortepiano öyrənib. 1965-ci ildən 1976-cı ilədək orta təhsilini davam etdirib. 1976-cı ildən 1983-cü ilədək Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət konservatoriyasında (Fərəc Qarayevin sinifində) bəstəkarlıq ixtisası üzrə oxuyub. Rəna Qədimova 1983-cü ildən Soltan Hacıbəyov adına Sumqayıt şəhəri orta ixtisas musiqi məktəbində müəllim kimi fəaliyyətə başlayıb. 1997-ci ilədək bu məktəbdə çalışıb. 1997-ci ildən bu günədək Bülbül adına orta ixtisas musiqi məktəbinin müəllimidir.

Yaradıcılığı

Rəna Qədimova peşəkar bəstəkardır. Xeyli musiqi bəstələyib. 1963-1964-cü illərdə: Fortopiano üçün kiçik əsərlər (“Qız qalası”, “Qəmli mahnı”, “Balaca at”, “Pioner marşı”). Fortopiano üçün bəstələdiyi 11 prelyudiya uğur qazanıb.

1979-cu ildə özünün bəstələdiyi əsərləri ilə ilk dəfə çıxış edib. 1-ci Zaqafqaziya festivalının pianoçu diplomunu alıb. Aşxabad-Azərbaycan gənc bəstəkarlar forumunun iştirakçısı olub. “Üzü zirvəyə” beynəlxalq bəstəkarlıq festivalında öz əsəri ilə çıxış edib. ( Faqot və fortopiano üçün sonata) Bu illərdə keşirilən Azərbaycan Respublikası Bəstəkarlar İttifaqının qurultaylarında, plenumlarında öz əsərləri ilə konsertlər, müxtəlif televiziya kanallarındakı verilişlərdə iştirak etmişdir.

2006-2007-ci illərdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi xor əsərləri və nəfəs alətlər üçün əsərlər müsabiqəsinin mükafatçısı olub. Gənclər Festivalında münsiflər heyyətinin üzviləri cərgəsinə qatılıb.

2008-ci ildə Bəstəkarlar İttifaqının konfransında məruzə edib, dövrü mətbuata, eləcə də “Musiqi dünyası” jurnalına məqalələr yazıb, radioda çıxışları ilə yadda qalıb. Rəna Qədimova 2008-ci ilin sentyabrında 3-cü müəllimlər qurultayına nümayəndə seçilib.


Tarix: 27.01.2013 / 15:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 284 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...