Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəstəkarlar Və Müğənnilər → Amatory

Amatory əsl adı «[AMATORY]» Rusiyanın məşhur alternative metal qruplarından biridir.2001-ci ildə Sankt Peterburqda yaradılıb.2005-ci ildə isə Rock Alternative Music Prize ilinin qalibi adına sahib olmuşlar.Və həmən ildə Rock Alternative Music Prize tərəfindən "Черно-белые дни" adlı mahnılarına klip çəkdirildi.
[redaktə]
Albomları
2003 — «Вечно прячется судьба»
2004 — «Неизбежность»
2006 — «Книга мёртвых»
2008 — «VII»
2010 — «Инстинкт обречённых»
[redaktə]
Klipləri

Осколки (2004)
Черно-белые дни (2005)
Преступление против времени (2006)
Преступление против времени (альтернативная версия) (2006)
Эффект бабочки (2007)
Дыши со мной (2008)
Багровый рассвет (2009)
Стеклянные люди (2011)
Сквозь закрытые веки (2011)
Осколки 2.011 (2011)
[redaktə]
2012 qrup haqqında

[AMATORY] qrupu bəzi səbəblərdən dolayı qrup kariyerasına son qoyacaqdır.Onların son konsertləri 2012-ci il 7 oktyabrda Sankt Peterburq Kosmonavt club-da olacaq. Ardı »

Bəstəkarlar Və Müğənnilər → Denni O'Donohyu

[color=#fe5e5e]Denni O'Donohyu — 1980-ci il oktyabr ayının 3-də[1] İrlandiyanın paytaxtı Dublində anadan olmuşdur. Hələ uşaq yaşlarından onun musiqiyə böyük həvəsi var idi. 6 yaşında olarkən atası onu musiqi məktəbinə yazdırır. Musiqi məktəbində oxuyurkən bir sıra musiqi yarışlarında mükafat qazanır və musiqiyə olan bu böyük sevgisi onu 1996-cı ildə qrup yaratmağa vadar edir. O, "Mark Sheehan" və 2 digər dostu ilə "MyTown" adlı pop qrupu yaradır. Bu qrupun fəaliyyəti cəmi 5 il olur. Bu 5 il ərzində "MyTown" qrupu cəmi 2 albom buraxır. 2001-ci ildə artıq "MyTown" dağıldıqdan sonra o, dostu "Mark Sheehan"ı yanına alır və 2001-ci ildə "The Script" pop-rock qrupunu Ardı »

Bəstəkarlar Və Müğənnilər → Ququş

Ququş (əsl adı Faiqə Atəşin) — milliyətcə Azərbaycanlı olan İranın ən məşhur müğənnisi və aktrisası. Keçən əsrin 60 və 70-ci illərində İranın ən tanınmış və sevilən müğənnilərindən biri olmuşdur. İrandan əlavə Qafqazda, Orta Şərqdə və Mərkəzi Asiyada da böyük şöhrət qazanmışdır.

1945-1946-cı illərdə Seyid Cəfər Pişəvərinin yaratdığı Milli Ordunun polkovniki, əslən gəncəli olan Qulu Sübhinin nəvəsi. İran İslam İnqilabından öncə onu "İran musiqisinin qızıl (şah) balığı («شاه‌ماهی موسیقی ایران») adlandırmışdılar.


Həyatı

Ququş 1950-ci ildə Tehranın Sarıçeşmə küçəsində, kasıb bir məhəllədə dünyaya gəlib. Azərbaycanlı mənşəli valideynləri İrana Bakıdan köçmüşdülər. Ququş hələ uşaq ikən, valideynləri bir-birindən ayrılır. Canbaz və əyləndirici artist olan atası Sabir yaşı üçün Ardı »

Bəstəkarlar Və Müğənnilər → Araş (müğənni)

Araş Ləbaf - müğənni.

Həyatı

Araş Ləbaf 1977-ci ildə İranın paytaxtı Tehran şəhərində anadan olub. Əslən azərbaycanlı olduğunu bildirsə də[1][2][3] [4] öz rəsmi internet səhifəsində fars mədəni irsinin daşıyıcısı kimi təqdim olunur[5] və Avroviziya Mahnı Müsabiqəsində çıxış edən ilk fars olduğu bildirilir.[6]

10 yaşına qədər Tehranda yaşayıb. Sonra ailəsi ilə birlikdə İsveçin Uppsala şəhərinə, 5 il sonra isə Malmöyə köçüb.

Araşın əvvəllər BBC və Əl-Cəzirə telekanallarına verdiyi müsahibələrdə[7] anasının əfqan, atasının fars mənşəli olduğunu bildirdiyinə dair iddialar da mövcuddur.[8] Bu fikirlər GAMOH tərəfindən səsləndirilir.

35 yaşlı Araş hazırda Malmödə yaşayır. Bəstəkar, prodüser və müğənni kimi ixtisaslaşıb. Dayvinq, basketbolla maraqlanır, şlyapa kolleksiyası toplayır. 2004-cü il sentyabrın 22-də Ardı »

Bəstəkarlar Və Müğənnilər → Əhməd Bakıxanov

Əhməd Bakıxanov - tarzən, pedaqoq, musiqi xadimi, Azərbaycanın əməkdar müəllimi (1943), Azərbaycanın xalq artisti (1973).
[redaktə]
Həyatı

Əhməd Bakıxanov Azərbaycanın Dövlət Konservatoriyasında dərs demiş (1929-1973), Azradiokomitənin nəzdində (sonralar radio və televiziya) xalq çalğı alətləri ansamblının təşkilatçısı və rəhbəri (1941-1973) olmuşdur.

"Azərbaycan ritmik muğamları" (1968), "Muğam, mahnı, rəng" (1975) əsərlərinin müəllifidir. Ansamblın tərkibinə bas tar, saz, ud, kanon, qoşa-nağara, həmçinin qoboy və fortepiano daxil etmişdir. Ardı »

Bəstəkarlar Və Müğənnilər → Frans Şubert

Frans Piter Şubert (31 yanvar, 1797 – 19 noyabr, 1828) – Avstriya bəstəkarı. Vyana musiqi məktəbinin ən görkəmli nümayəndələrindən biri və musiqidə romantizmin banilərindən biri. 600-ə yaxın Leyder (Leider), səkkiz tamamlanmış simfoniya, məşhur "Tamamlanmamış simfoniya", liturgik musiqi, opera və çoxsaylı kamera və solo piano musiqisinin müəllifidir. O, xüsusilə orijinal melodiyalı və harmonik musiqisi ilə məşhurdur.

Sağlığında yaxın dostları və tanışlarından ibarət kifayət qədər pərəstişkarı (buraya müəllimi Antoniyo Salyeri və tanınmış ifaçı Yohan Mixael Vogl da daxil idi) olsa da, Şubert musiqisi geniş kütlələrin qəlbini ölümündən bir neçə onilliklər sonra ala bilmişdir. Onun heç vaxt daimi işi olmamış və bəstəkar dostları və ailəsinin Ardı »

Bəstəkarlar Və Müğənnilər → Natiq Şirinov

Natiq Şirinov — Azərbaycan musiqiçisi, bəstəkar.Mündəricat [gizlə]
1 Həyatı
2 Avroviziya 2012
3 Diskoqrafiya
4 Filmoqrafiya
5 İstinadlar
6 Xarici keçidlər

[redaktə]
Həyatı

Natiq Bahadur oğlu Şirinov 1975-ci ildə Bakı şəhərində anadan olub. Əslən Göyçə mahalındandır. Orta təhsilini 1993-cü ildə bitirib. 1985-1989-cu illərdə indiki Tofiq İsmayılov adına musiqi məktəbində ustadı Azər Əliyevdən dərs almış, eləcə də 6 saylı musiqi məktəbində təhsil almışdır. Kiçik yaşlarından "Cücələrim" ansamblı ilə keçmiş SSRİ-nin bir çox şəhərlərində qastrolda olmuşdur.

1993-cü ildən etibarən professional sənətə qədəm qoymuş və bir çox sənətkarlarla işləmişdir. 1999-cu ildə Alim Qasımov tərəfindən birgə işləməyə dəvət almış və Azərbaycan muğamında ilk dəfə "Üçlük"lə bərabər nağara sənəti fəaliyyət göstərmişdir. Alim Qasımovu müşayiət Ardı »

Bəstəkarlar Və Müğənnilər → Qədir Rüstəmov

Qədir Çərkəz oğlu Rüstəmov, (1935, Ağdam - 14 dekabr 2011-ci il, İstanbul, Türkiyə) — xanəndə, muğam ifaçısı, Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndələrindən biri, Azərbaycan Respublikasının Xalq Artisti (1992), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2002).Mündəricat [gizlə]
1 Həyatı
2 Filmoqrafiya
3 Mənbə
4 Xarici keçidlər
5 Həmçinin bax

[redaktə]
Həyatı

Qədir Rüstəmov 1935-ci ildə Ağdam rayonunda anadan olmuş, burada xanəndə kimi yetişmişdir.

Əvvəlcə Azərbaycan Dövlət Musiqi Məktəbində ustad-xanəndə Hacıbaba Hüseynovdan muğam dərsləri almış, sonradan Ağdamda təhsilini davam etdirmişdir. Məlahətli səsi və özünəməxsus ifa tərzi ilə xalqın rəğbətini qazanan Qədir Rüstəmov xanəndə kimi məşhurlaşmışdır.

Qədir Rüstəmovun ifasında bir sıra muğam dəstgahları – “Rast”, “Çahargah” lentə alınaraq radionun fondunda saxlanılır. Onun ifasında Ardı »