AŞIQ UMBAY - ustad aşıqMündəricat
1 Həyatı
2 Kitabları
3 İstinadlar
4 Mənbə
Həyatı
Umbay Sadıq oğlu Axundov 1940-ci il mart ayının 21-də Laçın rayonunun Qarakeçdi kəndində kolxozçu ailəsində anadan olub.
1946-1953-cü illərdə 7 illik Qarakeçdi kənd məktəbini, 1953-1959-cu illərdə isə Minkənd kənd orta məktəbini bitirmişdir.
1968-ci ildə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedoqoji İnstitutunun tarix fakultəsinə daxil olmuş və 1974-cü ildə həmin institutu müvəfəqiyyətlə bitirmişdir.
Gənc yaşlarından aşıq sənətinə böyük maraq göstərən Umbay Gəncəli Aşıq Maisdən 2 il aşıqlıq sənətinin sirlərini mənimsəmişdir.
1971-ci ildə rayonlararası "Gənc Aşıqlar Festivalı"nda birinci yerə çıxmışdır.
1976-cı ildə ümumittifaq festivalının laureatı olub qızıl medal alan Aşıq Umbayın 1989-cu ildə 2 qramafon valı yüksək tirajla satışa buraxılmışdır.
1992-ci ildə "Laçında dillənən saz" adlı şeirlər kitabı 7 min tirajla nəşr edilmişdir.
Azərbaycan Dövlət Televiziyasında "Şah İsmayıl" və "Laçın həsrəti" dastanlarını danışmışdır.
1984-cü ildə IV aşıqlar qurultayının üzvü olan Aşıq Umbay 2008-ci ildə keçirilən V aşıqlar qurultayının idarə heyətinin üzvü seçilmişdir.
Dövlət tədbirlərində mütamadi iştirak edən Aşıq Umbay hal-hazırda yazıb-yaratmaqla məşğuldur.
Kitabları
"Laçında dillənən saz", 1992-ci il, 7 min tiraj.
Tarix: 24.01.2013 / 18:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 254 Bölmə: Bəstəkarlar Və Müğənnilər