Pərviz Ramiz oğlu İsaqov (15 iyun 1986, Siyəzən, Azərbaycan), PRoMete ləqəbilə tanınır. Azərbaycanlı reper və prodüser.
H.O.S.T Alliance (alyans)-ın yaradıcılılarından biri və HOST prodakşnın təsisçilərindəndir. Həmçinin Azərbaycan kino industriyasının tanınmış səs rejissorudur.
Professional rep karyerasına SRB-də (Sumqayıt Rep Birliyi) başlayıb[1].Mündəricat
1 Həyatı
2 Musiqi Karyerası
2.1 SRB (Sumqayıt Rep Birliyi) (2004-2006)
2.2 AzTurka (2006-2008)
2.3 H.O.S.T Alliance (2007-2012)
2.4 AlterEgo (2009-2010)
3 Prodüserlik karyerası
4 Səs rejissoru karyerası
5 Filmoqrafiya
6 Diskoqrafiya
7 İstinadlar
8 Xarici keçidlər
Həyatı
1986-cı ildə Siyəzən Rayonunda dünyaya gəlib. Ailəsi – atası, anası və bacısı ilə yaşamışdır. Atası Ramiz əvvəllər dəmiryolçu, sonralar isə dülgər işləyib. Anası isə evdar qadın idi. Uşaqlığdan çox aktiv həyat tərzi sürmüş Mete, məktəb yaşlarında bir çox müsabiqələrin iştirakçısı olub, ya tək, ya da topladığı komandalar ilə daim uğurlar qazanmışdır. Bir neçə şəhərdaxili və ölkədaxili müsabiqələrin diplomantı olmuşdur. Orta Məktəbi 2-ci sinfə kimi Sumqayıt şəhər 13 saylı orta məktəbdə, 3-cü sinfdən isə həmin şəhərdə yerləşən "Təfəkkür" liseyində təhsil almışdır. Uşaqlığı və ilk gənclik illəri Sumqayıtda keçib. Məktəbi bitirdikdən sonra 2004-cü ildə Azərbaycan Dövlət Memarlıq və İnşaat universitetinə qəbul olaraq, 2008-ci ildə "Sığorta işinin təşkili" fakultəsini bitirir.
Məktəb yaşlarından Ədəbiyyata həvəsli olan Mete aşağı siniflərdən başlayaraq şeirlər yazırdı. O vaxtlar yeni tərz olan repin Azərbaycandakı nümunələrini çox həvəslə izləyirdi. Anar Nağılbaz, Dəyirman qrupu, Elşad Xose ilə yanaşı digər Azərbaycan və xarici reperlərinin ifasını dinləmək və yenilikləri izləmək üçün daim pul toplayır və onların kassetlərini alırdı.
2000-ci ildən rep yazmağa, 2004-cü ildən peşəkar şəkildə replə məşğul olmağa başlayır.
Musiqi Karyerası
SRB (Sumqayıt Rep Birliyi) (2004-2006)
2004-cü ildə Space TV-də yayımlanan "Mən də varam" verilişinin iştirakçılarından olan Vüsal Jordan yaşadığı Sumqayıt şəhərində repin inkişaf etməsi istəyilə bir neçə nəfərlə görüşür. İlk olaraq MC Virusla və Samir adlı bir gənclə görüşən Jordan, o vaxtlar Sumqayıtda məşhur olan EIRA CAPOEIRA qrupunun üzvlərindən birinin vasitəsilə Mete ilə əlaqə qurur. İlk dəfə dörd nəfər birlikdə 2004-cü il noyabrın 1-də Sumqayıt Şəhər Cəfər Cabbarlı adına mədəniyyət sarayında toplaşırlar və SRB-nin yaranması günü kimi həmin gün qəbul olunur.
Məhz bu birliyin tərkibində 2005-ci ilin mart ayında ilk yazılışa gedərkən Mete öz istedadı ilə studiya rəhbərliyinin diqqətini cəlb edir və həmin yazılışın səhəri günündən o studiyanın işçisi olmağa dəvət alır.
Başladıqları ilk gündən Mete ilə Jordan çox yaxşı anlaşırlar və təşkilatçılıqla maraqlanmağa başlayaraq 2005-cı ilin aprel ayının 17-i ilk konsertlərini təşkil edirlər. Bu konsertdə "Mən Də Varam" 1 proyektinin bütün üzvləri SRB ilə bir səhnəni bölüşür. Bu konsertdən sonra onlar bir solo konsert də verirlər və Jordan yayda hərbi xidmətə gedir. Bununla da SRB-nin heyyəti dağılır.
AzTurka (2006-2008)
Mete SRB-nin tərkibində olan vaxtlarda qonşuluqlarında kirayə qalan türk tələbələrlə tanış olur. Onlardan birinin replə ciddi maraqlandığını görür və birlikdə bir trek yazmaq qərarına gəlirlər. Getdikcə qızışan əlaqələrin nəticəsi olaraq onlar (PRoMete, MC Kamuflaj(Oğuzhan Atik) və MC Oposite(Musap Tunçbilek)) birlikdə qrup yaratmaq qərarına gəlirlər. Qrup SRB-nin verdiyi bütün konsertlərdə və partilərdə çıxış edir və sevilərək qarşılanırdı. Bu qrup Azərbaycan Türkiyə dostluğunun əlaməti də sayılırdı. SRB fəaliyyətini dayandırdığı müddətdə də qrup fəaliyyətini Metenin prodüserliyi altında davam etdirirdi. İqtisadiyyat və Qafqaz universitetində tədbirlərdə iştirak üçün dəvət də almışdılar. 2007-ci ildə MC Oposite qrupu tərk edir və onun yerinə MC Heddam(İbrahim Albayrak) qrupa üzv olur. H.O.S.T yaranandan sonra da PRoMete AzTurkadakı fəaliyyətini dayandırmır və həm o, həm də bu qrupda tam gücüylə çalışırdı. 2008-ci ildə universiteti bitirdiyinə görə Kamuflaj və Heddam Türkiyənin İzmir Şəhərinə geri dönürlər və qrupun fəaliyyəti dayandırılır. Amma Türkiyəyə geri dönən mc-lər orda yeni bir qrup qurur və RapCoast adı ilə fəaliyyət göstərirlər. PRoMete 2009-cu ildə Türkiyəyə olarkən İzmirə də gedir və orda RapCoast-la duet yazdırır. Hal-hazırda da RapCoast fəaliyyətini davam etdirir.
H.O.S.T Alliance (2007-2012)
Qrupun yaranma tarixinə qədər də, üzvlər ayrılıqda rap fəaliyyəti ilə məşğul olub. PRoMete, eyni zamanda Qaraqan və Jamal Ali Alliance-a qədərki vaxt mərhələsində bir neçə treklər yazdırıb, konsertlərdə çıxış edib. Daha sonra Baku Clan adı altında çıxış edən üzvlər(Qaraqan, Jamal Ali, ErranT, Felon de Jure, feck) PRoMete ilə tanış olur və birlikdə sıx dostluq əlaqələri əmələ gəlir. 2007-ci il fevralın 13-də isə artıq bu dostluq əhatəsi yekdilliklə qərar verərək özünü – H.O.S.T Alliance adlandırır. Bu birliyə elə həmin dost əhatəsində olan Dərviş və AiD də daxil olur.
AlterEgo (2009-2010)
Hər şey forumların birində yayılan xəbərdən başladı. H.O.S.T qrupu mahnı yazmaq üçün rock ifaçıların axtarışına çıxır. Bu xəbərdən sonra Firus Salamzadə (bas gitara) proyektin nə olduğunu öyrənmək üçün qeyd edilən nömrəyə zəng eləmək qərarına gəlir. Bir neçə gün sonra Firuz H.O.S.T qrupunun üzvü olan PRoMete ilə görüşür. Aralarında gedən müzakirədən sonra, Firuz qrup yığmaq fikrinə gəlir və bir həftə vaxt istəyir. Vaxt gedirdi, amma çox adam qrupda iştirakdan imtina edirdi. Bunu nəzərə alaraq, Firuz gitarada ifa edən dostuna, Mikaya müraciət edir. Uzun danışıqdan sonra, Mika PRoMete ilə görüşməyə qərar verir. Görüş "Buta" studiyasında baş tutur. Mika və Firuz PRoMete`nin fikirləri ilə tanış olduqdan sonra, qrupun yaranmasına dəstək olurlar və işə başlanılır. Birinci hədəf – qalan musiqiçilərin axtarışı idi. Firuz təsadüfən bir qrupun məşqlərində Anar adlı solo gitaristi görür. Firuzun fikrincə Anar qrupa yaraşırdı. Anarnan baş verən söhbətdən sonra, Anar öz razılığını bildirir. Solo və ritm gitara sualı da artıq həll olunmuşdu, yerdə qalan yeganə problem zərb alətləri ifaçısını tapmaq idi. Qrup üzvləri yazılışa başlayırlar və yazılış zamanı drum maşınından istifadə edirlər. Bir neçə ay sonra Firuzun dostu Fəxri əsgərlikdən qayıdır və zərb alətlərdə fəal sürətdə məşqlərə başlayaraq, texnikasını artırır. Bu vaxt qrupa klaviş ifaçısı tələb olunur. Anarın ağlına vaxtında A.Zeynallı adına musiqi məktəbini bitirən dostu Turanı qrupa dəvət etmək fikri gəlir. Və Turan da qrupda fəal məşqlərə başlayır.
O vaxt qrupun tərkibi belə idi:
Mika – ritm gitara / Anar – solo gitara / Turan – klaviş / Fəxri – zərb alətləri / PRoMete – vokal/rep / Firuz – bass gitara
Uzun müddətli albom məşqlərindən sonra, qrupa "40-cı Qapı" adlı filmə soundtrack yazmaq təklifi gəlir. Mikanın bəstəsi ilə mahnı yazılır. AlterEgo qrupu H.Əliyev adına Respublika Sarayında "40-cı Qapı" filminin nümayişinə dəvət alır. Burada qrup iki mahnısını uğur ilə ifa edir: "40-cı Qapı" filminə yazılan soundtrack`i və Alim Qasımovla olan duetlərini. Biraz vaxt keçir. İş ilə əlaqədər yaranan problemlərdən Fəxri məşqləri buraxır və bu qrupun inkişafını ləngidirdi. Bunu nəzərə alaraq, qrup zərb alətləri ifaçısını dəyişmək fikrinə gəlir. Eyni zamanda Elvira adlı vokal ifaçısını tapır və qrup üzvləri onu qrupa bekvokal ifaçısı kimi götürürlər. Çox vaxt keçmir və zərb alətlərinə çoxlu namizəd toplanır. Onların arasından Sabir adlı zərb alətləri ifaçısı seçilir. Qrupda perspektiv görən Sabir, xarakterinə görə qrupu tamamlıyırdı. Qrup fəal sürətdə məşq edir. Qrup ilk işləri kimi internet`ə "40`cı Qapı" adlı musiqilərini və o mahnıya çəkilən klipi buraxır.
Qrupun indiki tərkibi belədi:
Mika – ritm gitara / Anar – solo gitara / Turan – klavişlər / Sabir – zərb alətləri / PRoMete – vokal/rep / Elvira – vokal / Firuz – bas
Prodüserlik karyerası
Prodüser kimi bir neçə yerli qrup və reperlərlə çalışıb. (Coco, Offside və sairə). Həmçinin bir çox sinql və sairə treklərin prodüsinqini öz üzərinə götürüb. Ümumi albom kimi isə Əli Xəyyamın "Xamuş" adlı albomunu işləyib. Hazırda isə PicMus Production-un baş prodüseridir.
Səs rejissoru karyerası
Səs rejissoru kimi həm kino, həm musiqi, həm də reklam sahəsində çalışır. Kino sahəsində son illər çəkilmiş filmlərdə səs rejissoru, səs mühəndisi, səs dizayneri kimi fəaliyyət göstərmişdir. Ayrıca səs rejissoru kimi bir çox telekanallarda da fəaliyyət göstərmişdir. (ATV, ANS, Bakıfilm, Space, AzTV)
Filmoqrafiya
İşlədiyi filmlər:
Xarı bülbüllər (film, 2005) Rejissor: Arif Qazıyev
Cavid ömrü (film, 2007)
Sirat körpüsü (film, 2007)
Qanadlarıma sığal çək (film, 2008)
"Mozalan"
Yalançılar (film, 2008)
Kişiləri qoruyun (film, 2006)
"Daşdəmirin nağılı"
Qızlar (film, 2007)
Xalq parad (veriliş, 2007)
Niyyət (film, 2010) Rejissor: Samir Kərimoğlu
Diskoqrafiya
"14" adlı albomu 2011-ci il 14 fevral tarixində dinləyicilərə təqdim olunub. Albom 14 trekdən ibarətdir.
Tracklist:
Utopiya (PRoMete) (skit: Chester (Ziya) Hosted)
Sən qanadsan (PRoMete)
2012 (PRoMete, Qaraqan) (skit:Vuqar Hosted)
Aciz insan (PRoMete, Qaraqan)
Oyan (Günəş, PRoMete)
Sus (Günəş, PRoMete)
Uçan oğlan (Mc Virus, Uşaq Xoru, PRoMete) (skit: Əli Xəyyam)
Bu nə zibildir?! (Mc Heddam, Mc Kamuflaj, PRoMete)
Maraqlı (PRoMete) (skit:Günəş)
Adsız mahnı (PRoMete)
Stop kadr (PRoMete)
Sual (PRoMete) (Lead vokal: Vüsal Nazimoğlu, skit: Rəşad Kərimi)
14 (PRoMete) (skit: Nərgiz Səfərova, Vüsal Nazimoğlu)
İntro (Dj Shock ilə)
Tarix: 27.01.2013 / 15:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 998 Bölmə: Bəstəkarlar Və Müğənnilər