Lütfiyar İmanov (17 aprel 1929-cu il, Petropavlovka — 21 yanvar 2008, Bakı) — opera müğənnisi.
Həyatı
Lütfiyar İmanov 1929-cu il aprelin 17-də Sabirabad rayonunda anadan olub. Lütfiyar İmanov ilk rolunu 1943-cü ildə Sabirabad Dövlət Musiqi Teatrının səhnəsində "5 manatlıq gəlin" tamaşasında oynayıb. 18 yaşında ilk dram dərnəyini yaradır. 1957-ci ildə A.Milovanovun sinfində musiqi təhsilini bitirir və Dövlət Estrada Orkestrində, daha sonra isə Musiqili Komediya Teatrında fəaliyyətə başlayır. 1959-cu ildə Moskvada tamaşaya qoyulan Koroğlu operasında baş rolu – Koroğlu rolunu oynayır. 1968-ci ildə İncəsənət Universitetini bitirir və bundan sonra 30-dan çox operada baş rolun ifaçısı olur. 1975-ci ildə 6 ay İtaliyanın Milan şəhərində, La-Skala teatrında təcrübə keçir. 1991-1995-ci illərdə İstanbul və İzmir şəhərlərinin opera teatrlarında vokal dərsləri verir. 1995-ci ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin yubileyi münasibətilə Tehranda keçirilən festivalda, 1996-cı ildə İtaliyada Vivaldinin xatirəsinə həsr edilən konsertdə, Almaniyada "Milleniumun mahnısı" festivalında çıxış etmişdir. "Karmen", "Faust", "Otello", "Trubador", "Aida", "Riqoletto" və s. klassik opera əsərlərində rollar oynayıb. Uzun müddət Bakı Musiqi Akademiyasında müəllim-professor kimi çalışmışdr. 1980-1990-cı illərdə iki dəfə Azərbaycan Ali Sovetinin deputatı olmuşdur.
İki övlad atası olan böyük sənətkar 21 yanvar 2008-ci ildə Bakı şəhərində vəfat edib.
Filmoqrafiya
Azərbaycan elləri (film, 1976)
Görüş (film, 1955)
Xalq nəğməkarı (film, 1979)
Koroğlu (film, 1960)
Lütfiyar İmanov (film, 2002)
Maestro (film, 2002)
Nəğməkar torpaq (film, 1981)
Sevil (film, 1970)
Səhər (film, 1960)
Səni tərənnüm edirəm, Vətən! (film, 1975)
Ulduz (film, 1964)
Tarix: 12.01.2013 / 16:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 523 Bölmə: Bəstəkarlar Və Müğənnilər