Covanni Rota Rinaldi (Nino Rota) (it.: Nino Rota) — İtaliya bəstəkarı, bir çox kinofilmlərin musiqisinin müəllifi.
Həyatı
Nino Rota 1911-ci ildə Milanda musiqiçi ailəsində anadan olmuşdur. Uşaqlıq illərində Romaya gəlmiş, həmin şəhərdə konservatoriyaya daxil olmuş və 1929-cu ildə oranı bitirmişdir. Hələ konservatoriyada təhsil alarkən Nino Rota fövqəladə qabiliyyətli uşaq – vunderkind hesab olunurdu. O, özünü bəstəkar və orkestr dirijoru kimi təsdiq etmişdi. Hətta onun ilk oratoriyası olan "L’infanzia di San Giovanni Battista" artıq 1923-cü ildə Milanda və Parisdə səsləndirilmişdi.
1930-1932-ci illərdə o, ABŞ-da yaşamışdır. İtaliyaya qayıdandan sonra Milan Universitetində ədəbiyyatı öyrənmişdir. 1937-ci ildə isə Nino Rota müəllimlik fəaliyyətinə başlamışdır. 1950-ci ildən ömrünün sonuna kimi (1979) Bari konservatoriyasının direktoru vəzifəsində çalışmışdır.
Nino Rota bir sıra opera və baletlərin, o cümlədən, "Ariodante" (1942), "Torquemada" (1943), "I due timidi" (1950), "Il capello di paglia di Firenze" (1955), "La notte di un nevrastenico" (1959-1960), "Aladino e la lampada magica" (1968), "La visita meravigliosa" (1970), "Napoli milionaria" (1977) kimi operaların və "La rappresentazione di Adamo ed Eva" (1957), "La Strada" (1965), "Aci e Galatea" (1971), "Le Molière imaginaire" (1976) və "Amor di poeta" (1978, xüsusi olaraq Moris Bejar üçün yazılmışdır) kimi baletlərin müəllifi olmuşdur. Bundan başqa, bəstəkar bütün dünya musiqisevərlərinin rəğbətini qazanmış orkestr üçün musiqilər də yazmışdır.
1940-cı illərdən başlayaraq Nino Rota müxtəlif kinofilmlərə də musiqi bəstələmişdir. O, Federiko Fellini, Renato Kastelliani, Lukino Viskonti, Franko Zeffirelli, Mario Moniçelli, Frensis Ford Koppola kimi kino rejissorları ilə çalışmışdı. 1974-cü ildə Nino Rota "Xaç atası-2" filminə yazdığı musiqiyə görə ən yaxşı musiqi nominasiyasında nüfuzlu "Oskar" mükafatına layiq görülmüşdür.
Nino Rota 10 aprel 1979-cu ildə Romada vəfat etmişdir.
Filmoqrafiya
Roma günəşi altında (film, 1948) / Sotto il sole di Roma
Büllur dağ (film, 1949) / The Glass Mountain
Qarabasma (film, 1949) / Obsession
Kapri piratları (film, 1949) / Pirates of Capri
Anna (film, 1951) / Anna
Ağ şeyx (film, 1952) / Lo Sciecco Bianco
Böyük arzu (film, 1954) / La Grande speranza
Yol (film, 1954) / La Strada
Fırıldaqçılar (film, 1955) / Il Bidone
Müharibə və sülh (film, 1956) / War & Peace
Bəyaz gecələr (film, 1957) / Le Notti bianche
Qanun qanundur (film, 1957) / La Loi C'Est La Loi...
Kabiriyanın gecələri (film, 1957) / Le notti di Cabiria
Fortunella (film, 1958) / Fortunella
Böyük müharibə (film, 1959) / La Grande Guerra
Şirin həyat (film, 1960) / La Dolce Vita
Rokko və onun qardaşları (film, 1960) / Rocco e i Suoi Fratelli
Bokaçço-70 (film, 1962) / Boccaccio '70
Bəbir (film, 1963) / Il Gattopardo
Səkkiz yarım (film, 1963) / 8 ½
Tərsin yola gətirilməsi (film, 1967) / The Taming Of The Shrew
Romeo və Cülyetta (film, 1968) / Romeo and Juliet
Klounlar (film, 1970) / I Clowns
Vaterloo (film, 1970) / Waterloo
Roma (film, 1972)
Xaç atası (film, 1972) / The Godfather
Amarkord (film, 1973) / Amarcord
Xaç atası-2 (film, 1974) / The Godfather Part II
Orkestrin məşqi (film, 1978) / Prova d’orchestra
Nildə ölüm (film, 1978) / Death on the Nile
Tufan (film, 1979) / Hurricane
Xaç atası-3 (film, 1990) / The Godfather Part III
Tarix: 27.01.2013 / 14:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 460 Bölmə: Bəstəkarlar Və Müğənnilər