Abbasov Cəlal Əşrəf oğlu — Azərbaycan bəstəkarı, BMT Mükafatının laureatı (1998), Azərbaycan Gənclər İttifaqının Mükafatı laureatı (1990).[Mənbə göstərin]
Həyatı
1957-ci il mayın 8-də anadan olub. Azərbaycan Milli Konservatoriyasi və Bakı MusiqiI Akademiyasının dosenti vəzifəsində çalışır. Musiqinin müxtəlif janrlarında bəstələnmiş və geniş dinləyici kütləsi tərəfindən rəğbət qazanmış bir çox əsərlərin müəllifidir. Elmi-nəzəri tədqiqat və məqalələrin müəllifidir. Əsərləri ABŞ, Almovruzaniya, Avstriya, İndoneziya, Gənubi Koreya, Rusiya, Fransa, Özbəkistan, Gürcüstan və b. ölkələrdə müvəffəqiyyətlə səslənmişdir. Əsərləri sirasinda dörd simfoniya (I -1980, II - 1984, III, "Sülhün səsi" - 1985, IV (Şuşaya həsr olunmuş) - "If I could see you again..."1997), simfonik orkestr üçün "Where are you, Ulysses?", 2 simli kvartet, orqan üçün "Qara Qarayevin xatirəsinə Postlüdiya"(1983, postlüdiya janrının Azərbaycanda ilk nümunəsi), 5 kantata ( o cümlədən "Bahar mərasimi"1986,Novruz mövzusunda ilk əsər), "Şən bahar" uşaq operası, solo alətlər üçün üç "Münacat" və s.
Görkəmli Azərbaycan bəstəkarı və musiqi xadimi Əşrəf Abbasovun oğludur.
Əsərləri
"Mərdlik". 2 qarışıq a'capella üçün, xalq məntlərinə kantata (1992); Solo kontrabas üçün "Münacat-1" (1993); "Rübailər" kantatası, mətni - M. Füzulinindir (1994). Solo alt üçün "Münacat-2" (1994); "Sergey Yeseninin iki şeri" vokal silsiləsi (1995); Uşaq xoru və soprano üçün "Düzgülər" kantatası (1996); "Şən bahar" uşaq operası, libr. A. Axundovanındır (1997); BSO üçün "Where are you, ulysses" (1997); 15 ifaçı üçün 4 №-li simfoniya (1997);
Qadın xoru üçün 80 işləmə (1998-2000); Musiqi folkloristikası üzrə elmi məqalələr və məruzələr, dövrü mətbuatda yazılar.
Tarix: 24.01.2013 / 19:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 304 Bölmə: Bəstəkarlar Və Müğənnilər