Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslam Rzayev

İSLAM RZAYEV - Azərbaycanın görkəmli xanəndəsi, xalq artisti

Həyatı

Rzayev İslam Tapdıq oğlu 11 noyabr 1934-cü ildə Füzuli rayonu, Sərdarlı kəndində anadan olmuşdur. Qarabağ xanəndəlik məktəbinin layiqli davamçılarından biri olmuşdur.

İslam Rzayev professional musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiq Məktəbində almış (1951-1956) Seyid Şuşinskinin sinifində muğam dəsgahlarını mükəmməl öyrənmiş, xanəndəlik sənətinin sirrlərinə dərindən bələd olmuşdur.

O, həmçinin Zülfi Adıgözəlovdan və Həqiqət Rzayevadan muğam dərsləri almış, sənətini təkmilləşdirmişdir. Daha sonra o , Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirmiş, həmin illərdən də Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyətə başlamışdır.

İslam Rzayev yaradıcılığı geniş və çoxşahəlidir. O, geniş diapozonlu, zəngin çalarlı səs tembrinə malikdir.

Onun böyük məharətlə oxuduğu “Çahargah”, “Bayatı-Kürd”, “Mahu-Hindi”, “Rast” muğam dəsgahları Az TR Fonuduna daxil edilmiş, Azərbaycan musiqi xəzinəsini zənginləşdirmişdi. İslam Rzayev çox mahnılarda bəstələmiş, onlardan “Gəl inad etmə”, “Dağlar başı”, “Almadərən” mahnıları geniş yayılmışdır.

Xanəndə öz yaradıcılığında bəstəkar əsərlərinə də müraciət etmiş, Cahangir Cahangirovun “Nəsimi”, “Aşıq Alı” və s. kantatalarında solo partiyanı ifa etmişdir.

İslam Rzayev 70-dən artıq qastrol səfərlərində olmuş, Kolumbiya, Peru, Kuba, Yaponiya, Hindistan, Nepal kimi ölkələrdə Azərbaycan mədəniyyətini təmsil etmişdir. İslam Rzayev pedoqoji işlə də məşğul olmuş, onun yetirdiyi tələbələr xanəndəlik məktəbinin layiqli davamçıları kimi tanınmışlar.

İslam Rzayev müğam teatrının yaradıcılarından olan xanəndə Asəf Zeynallı adına Bakı Musiqi Asəf Zeynallı adına Musiqi Tibb Texnikumunu bitirdikdən sonra uzun illər ərzində Azərbaycan Dövlət Filormoniyasının solisti olub.

İyirmi ilə yaxın idi İslam Rzayev Muğam Teatrının bədii rəhbəri vəzifəsində də çalışırdı. 120-ə yaxın gənc ifaçı yetişdirən xanəndə incəsənətin inkişafındakı xidmətlərinə görə 2004-cü ildə ölkə prezidenti tərəfindən Şöhrət ordeni ilə təltif olunmuşdu.

Filmoqrafiya
Azərbaycan elləri (film, 1976)
Bakı bağları. Türkan (film, 2007)
"Hacı Mail" nağılı... (film, 2005)
Havalansın Xanın səsi (film, 2001)
Sevil (film, 1970)
Şur (film, 1967)
Yorulmamışam. Rövşən Behcət (film, 2007)


Tarix: 21.01.2013 / 20:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 351 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...