Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tünzalə Ağayeva

Tünzalə Ağayeva - tanınmış Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının Əməkdar Artisti.Mündəricat
1 Həyatı
1.1 Ailə həyatı
2 Albomları
3 Mənbə


Həyatı

Tünzalə Ağayeva 1976-cı il oktyabrın 21-də Tovuz şəhərində doğulub. Gəncə şəhərində H.Hüseynli adına musiqi məktəbini bitirib. Məktəbi bitirəndən sonra bir neçə il Tovuz rayonunda musiqi müəlliməsi işləyib. 2001-ci ildə "Bakı payızı" gənc ifaçılar müsabiqəsinin qalibi olub. Həmin vaxtdan estrada mahnılarının bəstəçisi və ifaçısı kimi professional yaradıcı fəaliyyətlə məşğuldur. 2002-ci ildə "Türksoy" Beynəlxalq müsabiqəsinin laueratı, 2003-cü ildə Beynəlxalq "Yalta-2003" müsabiqəsinin Qran-pri mükafatçısı olub.

Ailə həyatı

Tünzalə Ağayeva da bir dəfə rəsmi ailəli olub. Müğənninin boşanması isə böyük qalmaqalla yaddaşlarda qalıb. Sənətçinin həyat yoldaşı Rəhman T.Ağayevanın evli ola-ola başqası ilə birgə yaşadığını hətta televiziya ekranlarından söyləyib. Həmin evlilikdən T.Ağayevanın bir qızı var.[1]

Albomları
Sevdi can səni
Bir də baxım
..oxu..
Özümü bilirəm


Tarix: 22.01.2013 / 19:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 155 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...