Gülarə Əziz qızı Əliyeva (7 oktyabr 1933, Bakı — 27 iyul 1991, Bakı) — Azərbaycan musiqiçisi, pianoçu, əməkdar incəsənət xadimi (1977). Sənətşünaslıq elmləri namizədi (1966).Mündəricat
1 Həyatı
2 Həmçinin bax
3 Mənbə
4 Xarici keçidlər
Həyatı
Əliyeva Gülarə Əziz qızı 7 oktyabr 1933-cü ildə Bakıda anadan olub. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrində, eləcə də Ə.Dadaşov adına xalq çalğı alətləri ansamblında çalışmışdır. 1966-cı ildən özünün təşkil etdiyi "Dan ulduzu" instrumental ansamblının rəhbəri idi.
Eyniadlı muğamlar əsasında "Şüştər" rapsodiyası, "Humayun" süitası, "Bayatı-kürd", "Şur" fantaziyalarının müəllifidir; ansambl üçün bir sıra xalq mahnısını aranje etmişdir. Ansambl ilə Əlcəzair, Suriya, Livan, Anqola, İtaliya, Bolqarıstan, Efiopiya, İsveçrə, Hindistan, Finlandiya və s. xarici ölkələrdə çıxış etmişdir. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərmiş, 1966-1988 illərdə musiqi nəzəriyyəsi kafedrasının müdiri olmuşdur. "Dan ulduzu" ansamblına onun adı verilmişdir. [1]
Həmçinin bax
Flora Kərimova
Hüseynağa Hadiyev
Akif İslamzadə
Tarix: 25.01.2013 / 19:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 273 Bölmə: Bəstəkarlar Və Müğənnilər