Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məmməd Cavadov

Cavadov Məmməd Kərim oğlu — bəstəkar, prezident təqaüdçüsü.

Həyatı

Məmməd Cavadov 1912-ci il sentyabrın 15-də Füzuli şəhərində anadan olmuşdur. O, 1930-cu ildə Bakı Musiqi Texnikumuna daxil olmuş, həmin Texnikumu əlaçı kimi bitirdiyi üçün imtahansız Azərbaycan Dövlət Konservatoriyasına götürülmüş və orada iki sənət üzrə (bəstəkarlıq və nəfəs alətləri) təhsil almışdır. Konservatoriyada Ü.Hacıbəyov ona "Azərbaycan xalq musiqisinin əsasları" fənnindən dərs demişdir. Məmməd Cavadov 1931-ci ildə Ü.Hacıbəyovun təşəbbüsü və rəhbərliyi ilə yeni yaradılmış xalq çalğı alətləri orkestrində çalışmış, bu kollektivlə Moskvada 1-ci ədəbiyyat və mədəniyyət ongünlüyündə iştirak etmişdir.

M.Cavadov 1941-1942-ci illərdə Azərbaycan Dövlət Caz Orkestrində solist işləmiş, 1943-cü ildə Azərbaycan İncəsənət İdarəsinin göndərişi ilə Naxçıvan Dövlət Dram Teatrına dirijor və musiqi məktəbində müəllim kimi çalışmışdır. Naxçıvanda 10 il müddətində eyni zamanda xalq çalğı alətləri orkestrində dirijor işləməklə yanaşı, orada "Sazçı qızlar" ansamblını da yaratmışdır. Naxçıvan Muxtar Respublikasının 25 illik yubileyi ilə əlaqədar M.Cavadov 120 nəfərdən ibarət xor təşkil edib, orkestrlə birlikdə yubiley konsertində uğurla iştirak etmişdir. 1960-ci ildən Ağdam, 1977-ci ildən isə Füzuli şəhərlərindəki musiqi məktəblərində müəllim, orkestr rəhbəri işləmişdir. Qarabağ müharibəsi başladıqdan sonra 1992-ci ildə ailəsi birlikdə Lənkəran şəhərinə köçmüşdür. Burada yaşadığı altı il müddətində 1 saylı Lənkəran Musiqi Liseyində müəllimlik etmişdir. Burada da insanların hörmətini qazanmış, yerli şairlərin şeirlərinə mahnılar bəstələmişdir. "Lənkəran" adlı musiqi əsəri yaşadığı şəhərə həsr olunmuşdur. Şəhər ictimaiyyəti tərəfindən daim maraqla qarşılanan bəstəkarın burada yaradıcılıq gecəsi və bir çox sayda konsertləri təşkil olunmuşdur. Bəstəkar 86 yaşında olarkən 1998-ci ildə yenidən tələbəlik illərini keçirdiyi Bakı şəhərinə köçür. Burada bəstəkarın Üzeyir Hacıbəyovun Ev Müzeyində həyat və yaradıcılığını işıqlandıran kitabın təqdimat mərasimi keçirilmişdir. Ömrünün son anlarına qədər musiqi fəaliyyətindən uzaqlaşmamışdır.

2 oğul və 3 qız atası olmuşdur.

Məmməd Kərim oğlu Cavadov 10 dekabr 2002-ci ildə 90 yaşında vəfat etmişdir.

Fəaliyyəti

M.Cavadov 55 il bəstəkar kimi fəaliyyət göstərmişdir. Onun iri əsərlərindən xalq çalğı alətləri orkestri üçün "Qarabağ lövhələri"ni, klarnet və

Cavadov (3)

orkestr üçün "Konsert"i, 2 tar və 2 kamança üçün "Kvartet" əsərini, Naxçıvan, Ağdam, Füzuli Dövlət Dram Teatrlarında tamaşaya qoyulmuş bir sıra pyeslərə musiqilərni, a'capella xoru üçün mahnılarını, tar, kamança, skripka, nəfəsli alətlərlə fortepiano üçün "Pyeslər"ini və çoxlu mahnılarını göstərmək olar. M.Cavadov 1946-cı ildə Naxçıvanda işlədiyi dövrdə xalq arasında məşhur olan "Barı Naxçıvan" mahnısını bəstələmişdir. M.Cavadov 70 ildən artıq bir müddətdə Azərbaycan musiqisinin təbliğində əzmlə çalışmış, estrada və xalq çalğı alətləri orkestri üçün yazdığı əsərlərlə musiqimizi zənginləşdirmişdir.


Tarix: 26.01.2013 / 13:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 393 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...