Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oqtay Ağayev

Müğənni. Filmlərdə mahnı ifa edən. Filmlərdə və arxiv kadrlarda iştirak edən. Aktyor.

Həyatı

Oqtay Ağayev 1934-cü ildə Bakıda anadan olub. Babası Ədalət Partiyasının sədri olub. 1937- ci ildə partiyanın digər üzvləri kimi o da SSRİ-nin Komi bölgəsinə sürgün edilib. Digər "xalq düşmənləri" kimi onun da ailəsinin başına müsibətlər gəlib. Bütün var-dövlətləri, evləri əllərindən çıxandan sonra Bəhram Ağayevin ailəsi babalarının İçərişəhərdəki evində qalmalı olublar. O. Ağayevin uşaqlıq illəri müharibə dövrünə təsadüf etdiyi üçün çox çətin keçib. Sənətkar musiqini uşaqlıqdan sevib. 1953-cü ildə Asəf Zeynallı adına Musiqi texnikumuna daxil olub. Müəllimi Sofya İvanovna Xalfen olub. Təxminən 78 yaşlı bu qadın özü də müğənnilik edib. O, Oqtaya vokalın sirlərini öyrədib, onun vokalist kimi inkişafında böyük zəhmət çəkib. Əsgərlikdən qayıdandan sonra O.Ağayev Firudin Mehdiyevin sinfində təhsilini davam etdirib. Firudin Mehdiyev konservatoriyada ölməz Bülbülün sinfini bitirmişdi və texnikumda dərs deməyə başlamışdı. O. Ağayev Azərbaycanda olan iki böyük estrada orkestrinin hər ikisində solist kimi fəaliyyət göstərib. 1970-ci ilə qədər Rauf Hacıyevin, 1984-cü ilədək isə Tofiq Əhmədovun rəhbərliyilə Radio və Televiziya Estrada Orkestrinin solisti olub. O. Ağayev dünyanın bir sıra xarici ölkələrində (Əlcəzair, Mərakeş, Polşa, Çexoslovakiya, Bolqarıstan, Rumıniya və s.), keçmiş SSRİ-nin bütün respublikalarında qastrol səfərlərində olub, Kreml Sarayında 11 konsert verib. O. Ağayev kino sənətində də fəaliyyət göstərib. V.Mustafayevin "Yapon və yaponiyalı" filmində milis rəisi rolunda çəkilib. "O qızı tapın", "Dağlarda döyüş" və başqa filmlərdə mahnılar ifa edib. Oxuduğu mahnıların 200-dən çoxu lentə yazılıb. Ürək-damar xəstəliyindən əziyyət çəkən, xalq artisti Oqtay Ağayev 2006-cı il, noyabrın 14-də vəfat edib. Rəşid Behbudov adına Dövlət Mahnı teatrında vida mərasimi keçiriləndən sonra Yasamal qəbristanlığında torpağa tapşırılıb.

Filmoqrafiya
Abşeron ritmləri (film, 1970)(tammetrajlı musiqili-bədii televiziya filmi)-filmdə iştirak edən
Bakı bağları. Buzovna (film, 2007)
Dağlarda döyüş (film, 1967)
Xatirələr sahili (film, 1972)
Konsert proqramı (film, 1971) (I)
Mahnı qanadlarında (film, 1973)
O qızı tapın (film, 1970)
Oqtay Ağayev. Ötən günlər (film, 2004)
Şərikli çörək (film, 1969)
Toyda görüş (film, 1970)
"Yapon" və yaponiyalı (film, 1990)


Tarix: 22.01.2013 / 19:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 461 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...