Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kino (qrup)

Kino (rus. Кино́) — 1980-ci illərdə fəaliyyət göstərmiş sovet rok-qrupudur.Mündəricat
1 Qrupun tarixi
2 Qrupun üzvləri
3 Diskoqrafiya
4 Xarici keçidlər


Qrupun tarixi

1981-ci ildə "Piliqrim", "Abzats", "Palata Nomer 6", komandalarının bazasında "Qarin və Hiperboloidi" triosu yaradılır. Bir neçə aydan sonra trio Viktor Soy və Aleksey Rıbindən ibarət olan duetə çevrilir və qrupun adı "Kino"-ya dəyişdirilir. Onlar bir ara "Akvarium" və "Zoopark" qruplarının konsertlərində debüt edir və "Qırx beş" adlanan albomlarını buraxırlar. 1984-cü ilin mayında qrup 11-ci Leninqrad rok-festivalında çıxış edərək sensasiya yaradır və həmin rok festivalın ən əsas kəşflərindən biri olur. Qrupun o zamankı heyəti belə idi: Viktor Soy (gitara, vokal); Yuri Kasparyan (gitara); Aleksandr Titov (bass) və Georgi Quryanov ("Qustav")(zərb). Titovu sonradan İqor Tixomirov əvəzləyir. Bundan sonra bəzi gitarist, klavişnik və perkussionistlərin epizodik çıxışlarını nəzərə almasaq qrupun heyəti demək olar ki, dəyişməz qalır. 1990-cı ildə qrupun vokalisti olan Viktor Soy avtomobil qəzasında dünyasını dəyişir. Qrup bundan sonra öz fəaliyyətini dayandırır.

Qrupun üzvləri

Qrupun daimi üzvləri aşağıdakılar idilər:
Viktor Soy (21.06.1962 Leninqrad, SSRİ - 15.08.1981 Riqa, Leninqrad)
Yuri (Georgi) Kasparyan (24.06.1963)
Georgi (Qustav) Quryanov (1961 Leninqrad)
İqor Tixomirov (17.05.1961, Leninqrad)

Viktor Çoy divarı. Moskva, Arbat küçəsi

Diskoqrafiya

Qrupun inidyə kimi buraxdığı albomlar:
45 (Qırx beş)
Kamçatkanın rəisi
Bu sevgi deyil
Gecə
Qan qrupu
Günəş adlı ulduz
Qara albom
İlk səs yazmaları. "Qarin və Hiperboloidlər"
Qırx altı
Sonuncu qəhrəman
Sonuncu səs yazmaları. "Ağ albom"
Akustuk konsert
Akustika
Rok-klubda konsert
Bu dünyanın tarixi
Rus rokunun əfsanələri - "Kino"
"Kinoda kino"
Naməlum nəğmələr


Tarix: 26.01.2013 / 13:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 448 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...