Müğənni. Aktyor. Filmlərdə mahnı ifa edən. Filmlərdə və arxiv kadrlarda iştirak edən.Mündəricat
1 Həyatı
2 İfa etdiyi məşhur mahnılar
3 Filmoqrafiya
4 Şəkilləri
5 Xarici keçidlər
6 Həmçinin bax
Həyatı
Azərbaycan estrada musiqisinin banilərindən biri Mirzə Babayev 1913-cü il iyul ayının 16-da Bakı şəhərində dünyaya gəlib. O, ilk təhsilini M. Əzizbəyov adına Sənaye İnstitutunun memarlıq fakültəsini alıb. Mirzə Babayev Bakıda ("Nizami" muzeyi) və Azərbaycanın digər şəhərlərində olan bir çox binaların və muzeylərin layihə müəllifidir. Mirzə Babayev müğənnilik fəaliyyətinə 40-cı illərin əvvəlində müharibədən qayıdan zaman – görkəmli bəstəkar Tofiq Quliyevin rəhbərlik etdiyi caz orkestrində başlayıb.
1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına, məşhur müğənni Bülbülün sinfinə daxil olub. Mirzə Babayev 30-dən artıq filmdə rol alıb. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasında çalışıb.
Azərbaycan Respublikasının Əməkdar Artisti, Azərbaycan Respublikasının Xalq Artisti, iki dəfə "Humay" mükafatı laureatı olub.
2003-ci il yanvarın 13-də, ömrünün 90-cı ilində vəfat edib.
İfa etdiyi məşhur mahnılar
Limanda
Saçlarına gül düzüm
Uzaq yaşıl ada
Kəpənək
Bahar sənsiz
Bir axşam
Dayan zaman
Gəlmədi
Kimlər gəldi, kimlər getdi
Möcüzələr adası
Naxçıvanım
Tanqo
Axı niyə danırsan?
Filmoqrafiya
Alma almaya bənzər (film, 1975)
Aygün (film, 1960)
Ayrılıq bir dənizmiş... (veriliş, 2002)
Bağ mövsümü (film, 1985)
Bəyin oğurlanması (film, 1986)
Bir ailə (film, 1943)
De ki, məni sevirsən! (film, 1977)
Dəli Kür (film, 1969)
Dərviş Parisi partladır (film, 1976)
Əzablı yollar (film, 1982)
Girişmə, öldürər! (film, 1990)
Gün keçdi (film, 1971)
Günlərin bir günü (kinoalmanax, 1976)
İstintaq (film, 1979)
İşarəni dənizdən gözləyin (film, 1986)
İyirmialtılar (film, 1966)
Kölgələr sürünür (film, 1958)
Qabil (film, 2001)
Qaraca qız (film, 1966)(film, kinoalmanax)
Qayınana (film, 1978)
Qəm pəncərəsi (film, 1986)
Qəmbər Hüseynli (film, 2007)
Qızmar günəş altında (film, 1957)
Qorxma, mən səninləyəm (film, 1981)
Mənsuriyyə sorağında (film, 2002)
Mirzə Babayev (film, 2001)
O dünyadan salam (film, 1992)
O olmasın, bu olsun (film, 1956)
Onu bağışlamaq olarmı? (film, 1959)
Payız melodiyaları (film, 1974)
Rənglərdə yaşayan kino (veriliş, 2009)
Romeo mənim qonşumdur (film, 1963)
Səhər (veriliş, 1995)
Sən niyə susursan? (film, 1966)
Səndən xəbərsiz (film, 1985)
Sualtı qayıq "T-9" (film, 1943)
Şir evdən getdi (film, 1977)
Telefonçu qız (film, 1962)
Toyda görüş (film, 1970)
Ulduz (film, 1964)
Ulduzlar sönmür (film, 1971)
Üzeyir ömrü (film, 1981)
Yorulmamışam. Rövşən Behcət (film, 2007)
Tarix: 21.01.2013 / 20:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 836 Bölmə: Bəstəkarlar Və Müğənnilər