Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Lüdviq van Bethoven

Lüdviq van Bethoven (Ludwig van Beethoven) (17 dekabr 1770 – 26 mart 1827) – dahi alman bəstəkarı.

Bethoven dünya musiqi tarixinin ən görkəmli bəstəkarlarından biri, Avropa klassik musiqisində klassisizmdən romantizmə keçid dövrünün həlledici fiqurudur. Bethoven musiqisi özündən sonra gələn bəstəkarlar nəslinin formalaşmasında misilsiz rol oynamışdır.

Adı daha çox bəstəkar kimi hallansa da, Bethoven dövrünün məşhur pianoçusu da olmuşdur. Almaniyanın Bonn şəhərində anadan olan Bethoven sonralar Vyanaya köçür. Burada dövrünün digər böyük bəstəkarı Yozef Haydnla birgə təhsil almış və tezliklə mahir pianoçu şöhrəti qazanmışdır. İyirmi yaşlarından etibarən eşitmə qabiliyyətini tədricən, sonralar isə tamamilə itirməsinə baxmayaraq, bu onu klassik musiqinin ən möhtəşəm əsərlərini yaratmaqdan yayındıra bilməmişdir. Bethoven abunəli konsertlər təşkil etməklə, yazdığı əsərləri naşirlərə satmışdır. Bir sıra zəngin insanlardan maliyyə dəstəyi almaqla tam asudə bir şəkildə yazıb yaratmış, heç vaxt saray və ya kilsədə işləməli olmamışdır.Mündəricat
1 Balaca istedad
2 Xəstəlik və vəfatı
3 Xarakteri
4 Sevgi münasibətlərində yaşadığı mürəkkəbliklər
5 Qəyyumluq uğrunda mubarizə
6 Etiqad və bunun yaradıcılığına təsiri
7 Yaradıcılığı
8 Üç mərhələ
9 Həmçinin bax


Balaca istedad

Lüdviq van Bethovenin anadan olduğu ev, Bonn şəhəri

Bethovenin ilk müəllimi atası, Bonn hakiminin saray tenoru Yohan van Bethoven olmuşdur. Sonralar atası Tobias Pifer adlı dostundan oğluna musiqi dərsləri verməsini xahiş etmişdir. Deyilənə görə atası və müəllimi evə gecə yarı içkili vəziyyətdə dönər və balaca Bethoveni yataqdan durğuzaraq səhər sübhə qədər məşq etməyə məcbur edirdilər.

Bethovenin musiqi istedadı özünü çox erkən yaşlarından göstərməyə başlayır. Bethoven artıq səkkiz yaşında piano ilə yanaşı, orqan və skripka dərsləri də alır. Bonnda Bethovenin formalaşmasında ən böyük rol oynamış şəxs, saray orqan ifaçısı Kristian Gotleb Nife olmuşdur. Nifenin köməkliyi ilə Bethoven özünün ilk əsərini – pianoda variyasiyalarını nəşr etdirir. 1787-ci ildə gənc Bethoven ilk dəfə olaraq dahi Motsartdan dərs almaq ümidi ilə Vyanaya yollanır. Lakin Bethovenin Motsartla görüşüb-görüşməməsi dəqiq məlum deyildir. Vyanaya gəlişindən cəmi iki həftə sonra anasının xəstələnməsi onu vətənə dönməyə məcbur edir, Bethovenin anası 1787-ci ilin 17 iyulunda vərəm xəstəliyindən vəfat edir. Belə ki, atasının getdikcə içkiyə aludəçiliyi səbəbindən o iki körpə qardaşının qayğılarını öz üzərinə götürür.

1792-ci ildə Bethoven yenidən Vyanaya qayıdır və burada bir müddət Jozef Haydndan musiqi dərsləri alır. Bethoven Motsartla görüşmək, ondan musiqi dərsləri almaq istəsə də, Motsartın bir il öncə vəfatı Bethovenə bu arzusunu həyata keçirməyə imkan vermir. Bu müddətdə Bethoven Yohan Georg Albrextsbergerden (Vyananın tanınmış kontrapunkt ifaçısı və pedaqoqu) və Antonio Salyeridən musiqi dərsləri alır. 1793-cu ildə Bethoven Vyanada mahir pianoçu kimi ad qazanır. Bethoven tədricən o vaxtlar hamının üz tutduğu kilsə və kral saraylarından tamamilə uzaqlaşıb müstəqil fəaliyyətə başlayır. Yaşayışını isə illik təqaüd və ayrı-ayrı əyanların təltif etdiyi mükafatlar, konsert və verdiyi dərslərdən gələn gəlirlə təmin edə biliir.

Bethovenin hamiləri onun musiqisinin vurğunları olsalar da, dahi bəstəkarın qayğılarına çox vaxt etinasızlıq göstərirdilər. Bethoven daha çox qraf Franz Jozef Kinski, Şahzadə Jozef Franz Maksimilian Lobkovits və Karl Aloiz Yohann-Nepomuk Vinsenzlərin himayəsinə bel bağlayırdı. Hamiləri həyatdan köçdükcə və ya sözlərinə dönük çıxdıqca Bethoven borclara düşürdü.

1807-ci ildə şahzadə Lobkovits Bethovenə Kral Teatrında yenicə açılmış bəstəkar postuna müraciət etməsini məsləhət görür, lakin teatr rəhbərliyi dahi bəstəkara cavab məktubu belə yazmır. Bu vaxtlarda Bethoven Vyananı tərk etmək barədə düşünür. 1808-ci ilin payızında ona Vestfaliya kralı Jerom Bonapartin sarayında xor kapellasına rəhbər vəzifə təklif olunur və o bu təklifi qəbul edir.

Dahi bəstəkarın Vyanadan gedişinin qarşısını almaq üçün bəstəkarın dostları Hersoq Rudolfu, Qraf Kinskini və Şahzadə Lobkovitsi bəstəkarı 4000 florin illik təqaüdlə təmin etməyə razı sala bilirlər. Lakin bəstəkara vəd edilmiş təqaüd lazımınca ödənilmir, yalnız Hersoq Rudolf öhdəsinə düşən məbləği sona qədər ödəyir. Qraf Kinski sonralar orduya çağrılır və təqaüdün ödənişini dayandırır və bir qədər sonra həlak olur. Lobkovits isə təqaüdü yalnız 1811-ci ilin sentyabrına qədər ödəyir, Bu əyanların xələfləri isə təqaüdün ödənilməsindən tamamilə imtina edirlər. Bethoven əsərlərinin müəlliflik hüquqlarını satmaq və 1815-ci ildən onun üçün ayrılmış cüzi təqaüdlə dolanmalı olur.

Təxminən 1796-ci ildən etibarən Bethoven eşitmə qabiliyyətini yavaş-yavaş itirməyə başlayır. Qulaqlarındakı kəskin cingilti səsləri ona musiqi səslərini ayırd etməkdə maneçilik törətməyə başlayır. Bethoven tədricən insanlardan ünsiyyətdən də yayınmağa başlayır. O bir müddət Vyananı tərk edib Heylingestad adlı şəhərcikdə yaşayır və burada eyniadlı əsərini – "Heylingestad vəsiyyəti" əsərini yazır. O tezliklə bütün çətinliklərə baxmayaraq sənəti üçün yaşamağa qərar verir. Bəstəkarın eşitmə qabiliyəti vaxtaşırı kəskin pisləşir, hətta bununla bağlı mötəbər bir məlumatda bir qeydə də rast gəlmək olar. Doqquzuncu simfoniyasının premyerasının sonunda Bethoven tamaşaçıların atəşli alqışlarını görmək üçün geriyə dönür. Lakin heç nə eşitmədiyini anlayıb hönkür-hönkür ağlamağa başlayır. Eşitmə qabilliyəti onun istedadına heç cür təsir edə bilməsə də, əsas gəlir mənbəyi olan konsertlərinin təşkilini həddən artıq mürrəkkəbləşdirir.

Bethoven konsertləri zamanı səsləri ayırmaq üçün pianosunun səs lövhəsindən asdığı xüsusi çubuqdan istifadə edirdi. Bəstəkarın konsertlərində istifadə etdiyi bu cür köməkçi vasitələr onun Bonn şəhərindəki ev muzeyində nümayiş olunmaqdadır. 1814-cü ildə Bethoven eşitmə qabiliyyətini tamamilə itirir. Tamaşaçılar bəstəkarın uca səslə ifa etdiyi arpeciosunu eşidib biri birlərinə "Ist es nicht schön?" ("Gözel deyilmi?") deyə heyrətlərini və dahi Bethovenə dərin məhəbbətlərini ifadə edir, onun cəsarət və yumor hissinə heyran qalırdılar.

Bethovenin eşitmə qabiliyyətinin itməsi günümzə olduqca qiymətli tarixi yazıların gəlib çıxmasına səbəb olmuşdur. Bu danışıq kitablarında bəstəkarın dostları ilə musiqi və başqa mövzularda apardığı müzakirələr əks olunmaqla bəstəkarın düşüncələrini duymaq baxımından olduqca qiymətli mənbə hesab olunur. Müasir günümüzdə belə, bu danışıq kitabları bəstəkarın musiqini necə ifadə etmək və onun sənətə münasibətini öyrənmək baxımından baza-material rolunu oynayır. Bu kitablardan bəziləri sonralar Anton Sindler adlı şəxs tərəfindən ya təhrif edilmiş, ya da tamamilə məhv edilmişdir.

Xəstəlik və vəfatı

Qardaşı oğlu üzərindəki qəyyumluq hüququnu itirdikdən sonra Bethovenin səhhəti pisləşməyə başlayır və bu bəstəkarın 26 mart, 1827-ci il tarixində vəfatı ilə nəticələnir.

Vyana patoloqu və məhkəmə eksperti Kristian Röyter (Vyana Tibb Universitetinin məhkəmə ekspertizası fakultəsinin rəhbəri ) bəstəkarın ölümünə Andreas Varvux adlı həkimin diqqətsizliyini əsas səbəb kimi gətirmişdir. Röyterin fikirincə Varvux qurğuşundan zəhərlənmiş Bethovenə qarın boşluğunun yuyulması əməliyyatından sonra qarın nahiyəsi üzərinə isti qurğuşun qoymaqla vəziyyəti daha da ağırlaşdırmışdır. Bethovenin qurğuşundan necə zəhərlənməsi faktını isə müəyyən etmək uçün saysız-hesabsız cəhdlər edilmişdir.

Xarakteri

Bethovenin insanlarla tez-tez pis rəftar etməsi məlumdur. Tədqiqatçılar bəstəkarın zəhərlənmədən qaynaqlanan qarın ağrılarının törətdiyi əsəbi gərginlikdən də əziyyət çəkə bilməsi ehtimalını irəli sürürlər. Bununla belə dahi bəstəkar heç də tamamilə dost əhatəsinden məhrum olmamış, əksinə bəstəkarın şəxsiyyətinin əzəməti ona həddən artıq yaxın və sədaqətli dost qazandırmışdır. Ömrünün sonlarına yaxın dostları onun məruz qaldığı bir çox məhrumiyyətlərin qismən də olsa, aradan qaldırılması üçün böyük səylər göstərmiş, ölümündən sonra isə dahi bəstəkarın ad-sanına xələl gətirə biləcək bütün danışıq kitablarını məhv etmişlər.

Mənbələr Bethovenin hakim təbəqəyə və sosial rütbəcə özündən üstün olan şəxslərə nifrət etdiyini göstərir. O konsert zamanı tamaşaçıların musiqiyə qulaq asmaq əvəzinə aralarında söhbət etdiyini və ya konsertə lazımı diqqət yetirmədiyini gördükdə musiqini yarımçıq saxlayıb konserti tərk edərdi. Ziyafətlərdə isə birisinin ona gözlənilmədən nə isə ifa etmək sifarişini dərhal rədd edərdi. Tədricən, bu kimi bir çox qarşıdurmalardan sonra hersoq Rudolf saray etika qaydalarından bəzilərinin Bethovene tətbiq olunmaması haqqında fərman verməli olur.

Sevgi münasibətlərində yaşadığı mürəkkəbliklər

Bethovenin şəxsi həyati olduqca ağır keçmişdir. Karlığının günü-gündən ağırlaşması onu özünə intihar etməyə belə sürükləmişdir. Qadınlarla münasibətlərinə gəldikdə isə, onu həmişə "əlçatmaz" qadınlar (evli və ya zadəgan) cəlb etmişdir. Culiyyetta Quiçiardi adlı qadınla nişanlansa da, ona evlənməmişdir. Bu izdivaca əas maneə doğma atası olmuşdur.

Culiyyeta sonradan bir əsilzadə ilə evlənsə də heç vaxt xoşbəxt olmamış və 1822-ci ildə həyat yoldaşından ayrılmışdır. Qadın uğursuz səylər göstərərək Bethovenə qayıtmaq istəsədə bu baş tutmamışdır. Onun son eşq macərası 1805-ci ildə Qraf von Deym adlı zadəganın gənc dul qadını Jozefin von Brunzviklə olmuşdur. Bu münasibətlərin 1807-ci ildə Bethovenin şəxsi qərarasızlığı və Jozefinin zadəgan ailəsinin bu münasibətlə mənfi yanaşması səbəbindən sonuclanması ehtimal olunur.

1812-ci ildə Bethoven yalnız "Əbədi Sevgim" kimi təqdim etdiyi qadına uzun məhəbbət məktubu yazmışdır. Bir neçə qadın namizəd bu məktubun potensial alıcısı kimi irəli sürülsə də onun kimliyi sübuta yetirilməmişdir. 1994-cu ildə çəkilmiş "Əbədi Sevgim" filmi məhz bu məktubun süjeti əsasında hazırlanmışdır.

Bethoven bu dövrdə yaxın qohumları və tanışları ilə olduqca pis münasibətlərdə olmuşdur.

Qəyyumluq uğrunda mubarizə

1815-ci ilin 15 noyabırında Bethovenin qardaşı Karl van Bethoven vərəm xəstəliyindən vəfat edir. Qardaşının yetim qalmış Karl adlı oğluna Bethoven bir əmi kimi əvvəllər çox az maraq göstərdi. Lakin qardaşının ölümündən sonra Bethovendə 9 yaşlı uşağı öz himayəsi altına götürmək arzusu baş qaldırır və Bethoven tamamile bu istəyinin əsirinə çevrilir. Belə ki, qardaşı oğlunu elə keçirmək uğrunda mubarizəsi Bethovenin xarakterindəki ən pis cəhətləri biruzə verir və uzun çəkən məhkəmə proseslərində Bethoveni istəyinə çatmaqdan heç nə saxlaya bilmir. Uzun müddətə Bethoven musiqi bəstələməkdən də uzaq düşür.

Bu dovrdə Avstriya məhkəmə sitemi zadəganlar ( The Landsrexte) ve umumi palatadan (Tha Magistracy)ibaret idi. Bethoven mehkemede bilerekden soyadindaki holland mənşəli " van " sozunun onun zadegan nesline aid olmasına dəlalət etmediyini gizledir. (Alman soyadlarinda istifade olunan " von " sozu sexsin zadegan nesline mensublugunu gosteterir) .Bununla da o ishe Zadeganlar palatasinda baxilmasina nail olur ve mehkemede malik oldugu yaxshi elaqe ve tesir sayesinde ona serfeli neticeni evelceden temin edir. Bethoven ushagin yegane hamisi elan olunur. Usagin anasi , siravi alman ve varli olmayan dul qadin, Yohannaya ise neinki oglunu gormek, bezi mustesna hallar istisna olunmaqla, hetta Bethovenin ondan oglunun tehsil pulunu da vermesi telebe ile qarşılaşir. Lakin Landsxrete verdiyi ifadelerden birinde ozu de bilmeden esilzade mensubiyyeti olmadigıni etiraf edir ve neticede ishi ashagi palataya gonderilir ve Bethoven burada usagin müstesna hamisi statusundan mehrum olunur.

Lakin Bethoven appelyasiya məhkəmesinə yeniden muraciet edir ve yeniden Karlin yegane hamisi huququnu berpa edir . Edalet ve insan huquqlarinin " hamisi " olan Imperator ali hezretlerine ediləcək muraciət bele ana ve balasini bir birine qovusdura bilmeyecekdi. Ana ve balaca Karl uzun iller erzinde neinki ayriliqdan hem de ad-sanlarina deymish lekeden eziyyet cekmeli oldular. Bethoven ise onlarin ad-sanini her cur yollarla lekelemeye calishirdi. Sonda zulmkar əmisinin reftarina dozmeyen kicik Karl 182-ci il 31 Iyul tarixinde basina gulle caxmaqla özune qesd etmeye cehd gosterir. Lakin o möcüzə sayəsində xilas edile bilir ve arzusu ile anasinin yanina goturulur.Yalnız bu dehsetli hadise Karli emisinin caynaqlarindan xilas ede bilir.

Etiqad və bunun yaradıcılığına təsiri

Beethoven Maariflenme ve hemin dovr Avropada yukselmekde olan Romantizm ideaalrina inairdi. Oznun ucuncu simfoniyasi olan Eroicani (italyavnca "Qehremenaliq") Napaleona hesr etmisdi. Buna sebeb bestekarin Napelenun Fransa nqilabnin demokratiya ve respublika kimi deyerlni qoruyacagina iami idi. Lakin 1804-cu ilde Nsapeolonun imperialstik ambisiyilarumelum olduqdan sonar Bethoven Napelonun titul vereqindeki adini o derecede qezeble silir ki, vereqin ortainda delik emeli mgleir. Sonrlalr Bethoven bu simfoniyanin adini deyiserek "Sinfonia Eroica, composta per festeggiare il sovvenire di un grand Uomo" , yeni " Boyuk insnalrin xatiresine ithaf olunan Qehremanli Simfoniyasi). Doqquzunu simfoniyanin dorduncu hisseinni Sillerin "Sadliga medhiyye" eserinin sijeti zueinde yazmaqla beseriyyetiin qardasligini ugrunda mubarizeye cagiran himn yazır. 1972-ci ilden etibaren dorduncu hisessenin orkestra versiyasi Avropa Birliyiin resmi himnidir.

Tedqiqatcilar Bethovenin dini gorusleri ve bunun onun musiqi fealiyyetinde tesiri ile bagli razligi agele bilmirler. Bethevenin mason oldugu fikir ireli surulse de bu hele tam tesdiqini tapmayib.

Diger dahi laan bestekari Handel kimi Bethoven de abuna konserlet teskil etmekle , bestlerini asirlerle satmaqla, ve varli sexlerden aldigi maliye desteyi ile serbest , hec kimide asiili olamayan yaradicilqla mesgul olmusudur. O hec vaxt kilsede ve ya zadegan saraylarinda daimi ishle maraqlanmamishidir.

Yaradıcılığı

Bethoven Qerb klassik musiqsinin neheng simlarindan biri kimi anilir. Bezen "uc B-lerden biri" de (Bax ve Bramsla birlikde) kimi de taninir. O hemcnin 18 esr klassik musiqisinden 19 esr rokantik musiqisine keçidin əsas fiquru sayilir. Bthovenin ozunden sonra gelen musiqiciler neslinin yetişməsinə güclü təsir gostermishdir.

Bethoven musiq tertibatinin en boyuk ustalarindan bir sayilir. Bezen o movzu seciminden evvel simfoniyalarinin ayri ayri parcalrinin qurlushunu mueyyen ederdi. O uzuzn kompozisiyalarda parcalar arasi vahid sujet xettini gozlemek ucun bir-birine bagli tematik aletlerin ve ya "ruseym-motivlerin"den sistematik ve davamli sekilde istifade eden ilk bestekarldan biri olmushdur. Eynile hertet doguran cehetlerden biri de bir cox esererinde de rast gelinin ve butun eserlrlene vahid xett bexs etmish "menbe’motivlerden" istifade olmushdur. O toxundugu butun muisiq janrlarında bir yeniliye imza atmishdir. Meselen, o artiq o dorde konkret tertibata salinmish rondo janrini daha da elastik ve hecmli etmekle onu sonata formasina yaxinlashdirmishdir.

Bethoven rengareng janrlarda : simfoniya, konsert, pioano ve diger aletler ucun sonatalar, simli aletler ve diger kamera musiqilaeri, opera musiqsi, romanslar, ve s. Eserler yaratmishidr. Bu eserlri ile Bethoven dnya musiq tarixinde Klassik msuiqden Roanntik misiri merhelesine kecid , korpu rolunu oynamishir.

Üç mərhələ

Bethovenin yaradiciligi bir qayda olaraq üç mərheleye-İlkin, Orta ve Son merhelelere ayrilir. İlkin merhlele 1770-1802-ci, Orta merhele 1803-1814, Son merhele ise 1815-ci ilden 1827-ci ile qederki dovry ehate edir.

İlkin merhelede Bethoven esasen dahi selefleri olan Haydn ve Mozartin teqlid etmekle eyni vaxtda, oz sexsi yaradiciliginda da yeni istqametli kesf etmish ve tedricen eserlerinini miqyas ve hedeflerini de genishlendirmisdhir. Bu dovre aid olan muhum eserlrindedn birinci ve ikinic simfoniyalari, ilk alti simli küartetlerini, ilk uc piano kenserletinin ve ilk iyimi piano ucun sonatlarni ( buraya meshur "Ay ishigi" və "Potetik" sonataları da daxildir)

Orta merhele Bethovenin siddetlenmekde olan karliq itirablarindan bir qeder sonraki dovrde baslayir. Bu period qehremanliq ve mubariz haqqinda boyuk hecmili eserlerle xarakterize olnur. Bu dovre alti simfoniya, dorduncu ve besinic piona ucun konserler, uclu ve violenç ucun konsertler, bes simli küartetler, novbeti yeddi pioano sonatlaari ( "Valdşteyn" ve "Appasionata" sonatalri da bu dovrde yazilmsihdir) ve Bothevenin yegane operasi olan "Fidelio" aiddir.

Bethoven yaradiciliginin son merheli 1815-ci ilden baslayir. Bu dovrde yaratmiş oldugu eserleinde derin inttelekt, intensi,Ş yuske sexi ifadelri, yenililieri ile seciyyelenidi ( meselen, Simli Kvarteti, Op. 131 eserinde yeddi birleşmiş parçalardan istifade etmiş ve doqquzuncu simfoniyasinda sonunucu sehnede orkestri xorla guclendirmishir.) Sonunucu dovr eserleri seriyasina " Missa Solemnis " , " Grosse Fuge " adlı neheng kvarteti də daxil olmaqla beş simli kvarteti, ve sonunucu beş piano sonataları (məşhur " Grobe Sonate fur das Hammerklavier " sonatası də daxil omaqla) daxildir.


Tarix: 26.01.2013 / 13:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1340 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...