Bu məqalənin azərbaycan dili əlifbasının ərəb qrafikası ilə qarşılığı vardır. Bax: توفیق قولییئوTofiq Quliyev
Ümumi məlumatlar
Doğum tarixi7 noyabr 1917-ci il
Bakı, Rusiya İmperiyası
Vəfatı4 oktyabr 2000-ci il (82 yaşında)
Bakı, Azərbaycan
PeşələriBəstəkar, pianoçu, dirijor
IMDb səhifəsi
Quliyev Tofiq Ələkbər oğlu (7 noyabr 1917, Bakı, Rusiya İmperiyası — 4 oktyabr 2000, Bakı, Azərbaycan) — bəstəkar, pianoçu, dirijor, bir çox simfonik əsərlərin, kantataların, fortepiano əsərlərinin müəllifi. Azərbaycan SSR-in xalq artisti (1964), Azərbaycan caz və estrada musiqisinin banilərindən biri.
Həyatı
Tofiq Quliyev 12 yaşında Azərbaycan Dövlət Konservatoriyası yanında peşə məktəbinə, 1934-cü ildə Konservatoriyaya daxil olub. Həm İ.S. Aysberqin sinfində fortepiano, həm də S.Q. Ştrasserin sinfində dirijorluq dərsi alıb və 1936-cı ildə Konservatoriyanı bitirib.
1931-ci ildə Asəf Zeynallının məsləhəti ilə M.Ə.Sabirin sözlərinə "Məktəbli" mahnısını bəstələyib. 1935-ci ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında dirijorluğa başlayıb. 1936-cı ildə bəstəkar Z.Baqnrovla birgə "Rast", "Segah", "Zabul", "Dügəh" muğamlarını fortepianoda hazırlayıb.
Üzeyir Hacıbəyovun təşəbbüsü ilə təhsilini davam etdirmək üçün Moskva Dövlət Konservatoriyasına göndərilib. Tezliklə orada A. Tfasmanın rəhbərlik etdiyi orkestrdə pianoçu işləməyə başlayıb.
1939-cu ildə Bakıya qayıdıb və 1941-ci ildə "Qırmızı ordu" ansamblını yaradıb. 402-ci diviziyanın tərkibində çalışan ansambl üçün müxtəlif patriotik mahnılar yazıb. 1943-cü ildə iki yerə bölünən ansamblın "Qırmızı flot" hissəsinin rəhbəri olub.
Müharibədən sonra M. Əzizbəyov (dram), S. Vurğun (rus dram), M. Qorki (gənc tamaşaçılar) teatrları ilə əməkdaşlıq edib. XX əsrin 40-cı illərindən həm də kino sahəsində işləməyə başlayıb. 1948-ci ildə Moskva Dövlət Konservatoriyasında təhsilini davam etdirib. 1951-ci ildə aspiranturaya daxil olub və A.Qaukun rəhbərliyi altında elmi iş müdafiə edib. Həmin il "Azərbaycan xalq rəqsləri" toplusunu hazırlayanlardan biri olub.
1954-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb. 1956-1958-ci illərdə bir neçə mahnısı "Azərbaycan mahnıları" musiqi cildinə salınıb. 1958-ci ildə Filarmoniyanın bədii rəhbəri, sonra direktoru olub. 1960-1970-ci illərdə bir çox beynəlxalq konfrans, festival, incəsənət günlərində iştirak edib.
XX əsrin 70-ci illərinin sonlarında bir çox uşaq və gənc musiqi müsabiqələrini, o cümlədən "Bakı payızı"nı yaradıb. 1969-cu ildən 1979-cu ilə qədər Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik edib. 1990-cı ildən ömrünün sonuna kimi Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyətinin sədri vəzifəsində çalışıb.
Ailəsinə hədsiz dərəcədə bağlı olan Tofiq Quliyevin nəvəsi – Cəmilə Muradasilovaya həsr etdiyi fortepiano üçün "Cəmilənin albomu" uşaq pyesləri məcmuəsindən uşaq musiqi məktəblilərinin repertuarında geniş istifadə edilir. Bundan başqa, Cəmilə Muradasilova Tofiq Quliyevin bəstəkarı olduğu 2 filmdə – "Şir evdən getdi" və "Musiqi müəllimi" filmlərində çəkilib.
Tofiq Quliyev 2000-ci ildə Bakı şəhərində dünyasını dəyişib.
Kinorejissor Eldar Quliyevin atasıdır.
Ssenarist Nərminə Quliyevanın babasıdır.
Cəmilə Muradasilovanın babasıdır.
Musiqi əsərlərinin notları PDF
Sənə də Qalmaz
Ağacda Leylək
Fəxri adları və mükafatları
Azərbaycan SSR Xalq Artisti (1964)
Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi (1958)
Azərbaycan SSR Dövlət Mükafatı Laureatı
SSRİ Qırmızı Əmək Bayrağı Ordeni ( iki dəfə )
SSRİ "Şərəf nişanı" ordeni
Xəzər Universiteti nin fəxri doktoru
Filmoqrafiya
İyirminci bahar (film, 1940)
Səbuhi (film, 1941)- bəstəkar
Qayğı (film, 1943)
Bakı döyüşür (film, 1944)
Qardaşlıq köməyi (film, 1944)
Şəfa nəğməsi (film, 1944)
Əbədi odlar ölkəsi (film, 1945)
İran Azərbaycanının paytaxtında (film, 1945)
Qələbə bayramı (film, 1945)
Çağırışa cavab (film, 1947)
Sovet Azərbaycanı (film, 1948)
Sovet Azərbaycanı (film, 1950)
Doğma xalqıma (film, 1954)
Alagöz yaylağında (film, 1955)
Bəxtiyar (film, 1955)- bəstəkar
Görüş (film, 1955)- bəstəkar
Qızmar günəş altında (film, 1957)- bəstəkar
Bakı və bakılılar (film, 1958)
Ögey ana (film, 1958)- bəstəkar
Onu bağışlamaq olarmı? (film, 1959)- bəstəkar
Telefonçu qız (film, 1962)- bəstəkar
Möcüzələr adası (film, 1963)- bəstəkar
Əbədi qardaşıq (film, 1965)
Sən niyə susursan? (film, 1966)- bəstəkar
Azərbaycan elmi (film, 1969)
O qızı tapın (film, 1970)- bəstəkar
Sovet Azərbaycanının 50 illiyi (film, 1970)
Mahnı qanadlarında (film, 1973)
Nəsimi (film, 1973)- bəstəkar
1001-ci qastrol (film, 1974)(tammetrajlı bədii film)
Dərviş Parisi partladır (film, 1976)- bəstəkar
Xoşbəxtlik qayğıları (film, 1976)- bəstəkar
Şir evdən getdi (film, 1977)- bəstəkar
Qayınana (film, 1978)- bəstəkar
Əlavə iz (film, 1981)- bəstəkar
Nəğməkar torpaq (film, 1981)
Əzablı yollar (film, 1982)- bəstəkar
Musiqi müəllimi (film, 1983)- bəstəkar
Damğa (film, 1984)
Layiqli namizəd (film, 1984)
Tənha narın nağılı (film, 1984)- bəstəkar
Cinayətin astanası (film, 1985)
Sökmək asandır... (film, 1985)
Xüsusi vəziyyət (film, 1986)- bəstəkar
Küləyapardı (film, 1986)
Mən Bakıda yaşayıram (film, 1986)
Sürəyya (film, 1987)- bəstəkar
Ürək nəğməsi (film, 1989)
Nakəs (film, 1991)- bəstəkar
Özüm və zaman haqqında (film, 1991)
Qayıdış (film, 1992)
Göylər sonsuz bir dənizdir. II film. Züleyxa (film, 1995)
Hər şey yaxşılığa doğru (film, 1997)
Tikdim ki, izim qala. II film (film, 1997)
Kədərimiz... vüqarımız... (film, 1998)
Tikdim ki, izim qala. III film (film, 1998)
Məhv olmuş gündəliklər (film, 1999)
Hər şey olduğu kimi. Beşinci film. Rəşid Behbudov (film, 2000)
Mirzə Babayev (film, 2001)
Musiqişünas (film, 2001)
Abşeron lövhələri (film, 2004)(qısametrajlı sənədli film)(Aztv)-musiqisindən istifadə edilən bəstəkar
Heydər Əliyev. Səkkizinci film. Professional (film, 2004)
Oqtay Ağayev. Ötən günlər (film, 2004)
Azərbaycan naminə (film, 2005)
Unudulmuş qəhrəman (film, 2005)
Ailəm (film, 2006)
Bakı bağları. Qala Xaşaxuna qala (film, 2007)
Bakı bağları. Mərdəkan (film, 2007)
Bakı bağları. Türkan (film, 2007)
Qəmbər Hüseynli (film, 2007)
Absurdistan (film, 2008)(tammetrajlı bədii film)-musiqisindən istifadə edilən bəstəkar
Ürək Yaman Şeydir... (????)
İstanbul reysi (film, 2010)
Tarix: 11.01.2013 / 14:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1518 Bölmə: Bəstəkarlar Və Müğənnilər