Əmirzadayev İslam Məhəmmədəli oğlu - Aşıq İslamMündəricat
1 Həyatı
2 Mənbə
3 Həmçinin bax
4 Xarici keçidlər
Həyatı
1910-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Yarpızlı kəndində anadan olub.
Anası Qaratel mahalın Daşkənd kəndində yaşamış Dərzilər nəslindən Məsimin qızı olmuşdur.
1943-cü ildə Aşıq İslam Böyük Vətən Müharibəsinə səfərbər olunmuş, İrana göndərilən hərbi hissənin tərkibində İrana getmiş və bir daha geri qayıtmamışdır.
Daşkəndli el şairi Muxayıl Göyçəli (1918-1944) Aşıq İslamın dayısı Budağın oğludur. Qeyd olunan qohumluq əlaqələrinə görə Aşıq İslam Daşkəndlə sıx təmasda olmuş, həftələrlə kənddə qalmış və toy məclisləri, el şənlikləri keçirmişdir. Elə bu səbəbdən də ustad aşıqlardan biri olan Aşıq İslam Yarpızlı Daşkənddən Aşıq Abbasəli Xəlilovun (1913-2007) və Aşıq Abbasəli Nəzərovun (1919-1992) ustadı olmuş, onların aşıq kimi yetişməsində əvəzsiz rol oynamışdır. Aşıq İslam Muxayıl Göyçəliyə də saz havalarını və ifaçılığı öyrətsə də, o aşıq kimi yox, el şairi kimi tanınmışdır.
Tarix: 24.01.2013 / 18:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 157 Bölmə: Bəstəkarlar Və Müğənnilər