Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

C. C. Catch

C. C. Catch[1] (alm. Caroline Catharina Müller, Oss şəhəri , Şimali Brabant, Niderland, 31 iyul 1964) – Alman Sinti pop ifaçısı və Bəstəkarıdır.[2] 1980-cı illərdə məşhur olmuşdur. Karolina I Can Lose My Heart Tonight (azərb. Mən bu axşam ürəyimi itirə bilərəm) mahnısı ilə məşhurluq qazanmışdır. Onun Strangers By Night (azərb. Naməlum gecədə) və Heaven And Hell (azərb. Cənnət və Cəhənnəm) kimi mahnıları bütün Avropa hit-paradlarında səslənirdi.[3]

Karaolina "C. C. Catch" ləqəbi ilə Diter Bolenin sayəsində 1985-1988-ci illər ərzində məşhurluq qazanmışdır. Lakin mahnılarının sözlərini yazmaq niyyəti ilə Diter Bolenlə əməkdaşlığını pozmuş və yeni musiqi karyerasına başlamaq istəmişdir. Bundan sonra Karolina uğur qazanmayaraq musiqi səhnəsini 1991-ci ildən etibarən tərk etmişdir. C. C. Catch ilə Diter Bolen arasında yaranan mübahisədən sonra onlar bir-birlərinə nifrət edirdilər. 1998-ci ildə isə yenidən musiqi səhnəsinə qayıdır. Maraqlısı burasında idi ki, Karolinanı səhnəyə yenədə məhz Diter Bolen gətirmişdir. Diter onun albomundakı mahnılarının Remiks formasını çıxarmışdır. 2007-ci ildən bəri Böyük Britaniyanın paytaxtı London şəhərində yaşayır.Mündəricat
1 Gənclik illəri
2 Solo karyerası
3 Tərəflər arasında bərabərsizlik
4 C. C. Catch Böyük Britaniyada
5 Səhnəyə qayıdış
6 Səhnəni tərk etməsi
7 Şəxsi həyatı
8 Mükafatlar
9 Maraqlı faktlar
10 Diskoqrafiya
10.1 Səhnə Albomları
10.2 Mahnıları
11 Həmçinin bax
12 İstinadlar
13 Xarici keçidlər
14 Mahnıların klipləri
15 Rəsmi saytlar
16 Qalereya


Gənclik illəri

Karolina Katarina Müller[4] saat 9:30 tarixində[5] 31 iyul 1964-cü ildə Niderlandın Oss adlanan kiçik şəhərində anadan olmuşdur.[6] Uşaqlıq illərindən anası onu Karo deyə çağırırdı. Onun valideynləri müxtəlif ölkələrin vətəndaşları idi. Onun atası alman Yurgen və anası isə holland Korri idi. Ailə böhranı nəticəsində Karolina 14 yaşından müvəqqəti olaraq Hollandiyada anası Korri ilə yaşamışdır. Anası ailəni barışdırmaq məqsədilə 1979-cu ildə Almaniyanın Bünde adlanan kiçik şəhərinə köçürlər.

Karolina paltar üzrə dizayner peşəsini öyrənmiş və öyrəndikdən sonra bir neçə il ağır şəraitdə tikiş fabrikində işləmişdir. Boş vaxtlarında gitara çalır və dünya ulduzlarının mahnılarını ifa edirdi. Karolina bir axşam musiqiçilər qrupu ilə görüşür.[7]Karolina onlardan musiqini öyrətməyi xahiş etmişdir. Həmin andan başlayaraq gitara və rəqs dərslərini öyrənməyə başlamışdır. Onun ilk ləqəbi "Karol Din" olmuşdur.

Solo karyerası

C. C. Catch və Diter Bolen

Məşhur alman prodüserlərindən biri olan Piter Kent Karolinanı "Optimal" qrupuna cəlb edir. Onun parlaq səsi ilə valeh olan Diter Bolen Karolinanı Aprel ayında 1985-ci ildə Hamburqa dəvət edir.[8][9]

Bu qrupu tərk etdikdən sonra Diter Bolen ilə çalışmağa başlamışdır. Karolina "C. C. Catch" ( Si Si Ketç , C.C. – adının ilk hərfləridir ) ləqəbi ilə 1985-1988-illər arası populyarlıq qazanmışdı. 1985-ci ildə onun ad günündə yazılmış I Can Lose My Heart Tonight[10] (azərb. Mən bu axşam ürəyimi itirə bilərəm) mahnısı ona ilk uğurunu gətirir.[11] Lakin onun haqqında informasiya həmin ildə heç kimə məlum deyildi. Nəhayət, Fevral ayında 1986-cı ildə ilk albomu Catch the Catch (azərb. Mənfəəti tutun) işıq üzü görür.[12] Albomun üzərində onun sevimli Ev pişiyi təsvir edilmişdir. Həmçinin, albomda bütün Avropada və SSRİ-də məşhur olan Cause You Are Young (azərb. Ona görə ki, gəncsən) və Strangers By Night (azərb. Naməlum gecədə) kimi hit mahnılar var idi.[13]

May ayında 1986-cı ildə Karolinanın 2-ci albomu Welcome to the Heartbreak Hotel (azərb. Sınmış qəlblər mehmanxanasına xoş gəlmisiz) çıxır. Bu albomdakı Heaven And Hell (azərb. Cənnət və Cəhənnəm) Avropada və SSRİ-də ən yaxşı mahnılar sırasında idi.

1987-ci ildə Like a Hurricane (azərb. Qasırğa kimi) albomu çıxır. Bu albomun ən yaxşı mahnıları Good Guys Only Win in Movies (azərb. Yaxşı oğlanlar yalnız filmlərdə qalib gəlir) və Are You Man Enough (azərb. Sən əsl kişisən?) mahnılarıdır. Artıq Karolina bütün Avropa ölkələrində tanınırdı. Karolina SSRİ-də Maykl Cekson və Madonna ilə bir səviyyədə idi. Onun mahnıları Skandinaviya ölkələrində də məşhur idi. Bu illərdə bütün mahnılarının sözlərini Diter Bolen (1985-1988-illər arası mahnılarının prodüseri) yazmışdır. Soul Survivor (azərb. Ruhun xilaskarı) və Summer Kisses (azərb. Yay öpüşləri) kimi mahnıları Böyük Britaniyanın hit paradında səslənirdi.[14]

1987-ci ildə Diamonds (azərb. Almazlar) albomu işıq üzü görür. Bu albomda Karolinanın ən yaxşı mahnıları toplanmışdır. Albomun ilk mahnısı olan House Of Mystic Lights (azərb. Mistik işıqlar evi) mahnısı Avropada ən məşhur mahnılardan biri idi.Bu albomun digər mahnısı Soul Survivor (azərb. Ruhun xilaskarı) mahnısıdır. Həmin mahnı Karolinanın Böyük Britaniya hit-paradına düşən ilk mahnısı idi.Lakin bu albomun çıxarılmasından başlayaraq Karolina ilə Diter Bolen arasındakı əməkdaşlıq münasibətləri pisləşməyə başlayır.

1987-ci ildə Modern Talking qrupu dağıldıqdan sonra hamı elə düşünürdü ki, Karolina Tomas Andersin yerini tutacaqdır.[15] Lakin bu zaman Diter ilə Karolina arasında mübahisə başlayır. 1988-ci ildə Big Fun (azərb. Böyük əyləncə) albomu çətinliklədə olsa, işıq üzü görür. Səbəbi isə Diter Bolenin bu alboma prodüserlik etməmək istəyi idi.

Tərəflər arasında bərabərsizlik

Karolina mahnıların sözlərini yazmaq istəyirdi. Diter isə ona icazə vermirdi. Diter söyləyirdi ki, Karolina heç bir vaxt onsuz məşhurluq qazanmayacaqdır. Lakin Karolina Diterlə qəti olaraq, razılaşmaq istəmirdi. Bu səbəbdən Karolina Diter ilə əməkdaşlığını pozmaq istəyirdi. Lakin Diter Bolen onun prodüseri olduğu üçün Karolinaya bir sıra şərtlər irəli sürürdü. Həmin şərtlərdən biri də belə idi: "Karolina Diterdən ayrıldıqdan sonra daha "C. C. Catch" ləqəbini daşımayacaqdır."

Karolina məhkəmədə Diterə bir neçə milyon verdikdən sonra əməkdaşlığını təmamilə bitirərək, yeni solo karyerasına başlayır. Diter Bolen isə Blue System qrupu yaradaraq, solo karyerasına başlayır. Karolina 1988-ci ildə Diter Bolen ilə əməkdaşlığını bitirdikdən sonra mahnılarının sözlərini özü yazmağa başlamışdır. Bunu Karolina çoxdan arzulayırdı. Lakin bundan sonra Katarina öz əvvəlki müvəffəqiyyətini qazana bilməmişdir. Məhz həmin ildən başlayaraq ifa etdiyi mahnıların janrı, əvvəlki ifa etdiyi mahnıların janrından fərqli idi.

C. C. Catch Böyük Britaniyada

1989-ci ildə İspaniyada Böyük Britaniya Menecmenti Simon Napyer Bellon ilə tanış olur. Simon Napyer Bellon Karolina ilə yaxından maraqlanmağa başlayır. Onun sayəsində 1989-cu ildə Hear What I Say (azərb. Eşidin mən nə deyirəm) albomunu çıxarır. Həmçinin, albomun yeni prodüserləri Endi Teylor (Duran Duran musiqi qrupunun prodüseri), Deyv Kleyton və Co Duorniek kimi prodüserlər idi. Bu albomun ən yaxşı mahnısı Big Time (azərb. Böyük vaxt) mahnısıdır. Karolina istəyirdi ki, fanatlar Diter Bolenin nə demək istədiyini yox, məhz özünün nə demək istədiyini eşitsinlər. Həmin ildə BMG musiqi kompaniyası Baby I Need Your Love (azərb. Beybi mənə sənin sevginin ehtiyacı var) mahnısını istehsal edir.Diter Bolen Good Guys Only Win In Movies (azərb. Yaxşı oğlanlar yalnız filmlərdə qalib gəlir) mahnısını çıxarmağa razılıq verir. Bu vaxtda Karolina albomun 2-ci mahnısı olan Midnight Hour (azərb. Gecə yarısı) mahnısını çıxarır. 1990-cı ildən başlayaraq Karolina Katarina Müller musiqi karyerasına ara verir.[16][17][18][19]

Səhnəyə qayıdış

1991-ci ildə Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən "Çernobılın uşaqları – bizim uşaqlardır" adlanan xeyriyyəçilik konsertində C. C. Catch iştirak etmişdir. Bu konsertdən sonra onun haqqında məlumat çox az idi. Lakin Karolina 1998-ci ildə musiqi səhnəsinə qayıdaraq bir çox mahnıları Remiks formasında ifa edir və bir çox uğurlar qazanır.[20] 2003-cü ildə Almaniyada Karolina Shake Your Head (C. C. Catch) (azərb. Başınızı silkələyin) mahnısını yazır. Bu mahnı bir sıra hit-paradlarda, o cümlədən Belçika və Norveç kimi hi-paradlarında uğur qazanır. 2010-cu ildə Xuan Martinezlə duet oxuyur və bu duet ifası ona müvəffəqiyyət gətirir. Onların ifa etdiyi Unborn Love adlı mahnının sözlərini C. C. Catch və Xuan Martinez yazmışdır.

Səhnəni tərk etməsi

2012-ci ildə C. C. Catch Alman saytında verdiyi rəsmi məlumata görə musiqi səhnəsini tərk edir.[21]

Şəxsi həyatı

C. C. Catch 1985-ci ildə Strangers By Night (azərb. Naməlum gecədə) klipinə çəkilən zaman bu klipdə iştirak edən oğlanla bir neçə müddət yaşayır və ayrılır. 1998-ci ildə öz yoqa müəllimi ilə ailə həyatı qurur. Onlar bir neçə müddət keçdikdən sonra ayrılırlar. Sonrakı kliplərindəki repləri ifa edən repçi ilə münasibət qurur. Lakin C. C. Catch ondan da ayrılır.

MükafatlarİlMükafat
1988"RSH-Gold" mükafatı
19891989-cu ilin müğənnisi "Qızıl Şir" mükafatı
2006"Rusiya Sülh Yaradan Orqanizasiya" mükafatı[22]


Maraqlı faktlar
Onun Heaven And Hell (azərb. Cənnət və Cəhənnəm) mahnısı Hansa alman səs yazma kompaniyasının ən yaxşı mahnısı sayılır.
Karolina 1985-ci ildə məşhurluq qazandıqdan sonra atası ilə birgə kiçik avtomobil qəzası keçirmişdir.[23]
Karolina Müllerin boyu 169 sm-dir.
Karolina Müllerin çəkisi 55 kq-dır.
Karolina Müllerin ailəsi bunlardır: Anası Katarina (Korri), atası Piter və 3 qardaşı (Marcel, Marko, Yurqen)
Karolina Müllerin ən sevdiyi müğənnilər: Madonna, Devid Boui, Lionel Riçi, Hipsuey, Tina Törner, Annie Lenoks, Devis Hobbi.
Karolina Müller bir sıra xeyriyyəçi konsertlərdə iştirak edib.
Karolina Müllerin gözləri Yaşıl rəngdədir.
Karolina Müller "Şir" bürcündəndir.


Tarix: 24.01.2013 / 19:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 645 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...