Amil Həsənoğlu (d.1986, Səmərqənd, Özbəkistan) — azərbaycanlı müğənni.
Həyatı
Məmmədov Amil Həsən oğlu 1986-cı ildə Səmərqənd şəhərində (Özbəkistan) anadan olub. Bakı şəhəri Suraxanı rayonu 282 saylı orta məktəbdə orta təhsil alıb.
Bül-bül adına orta ixtisas musiqi məktəbində Orta ixtisas təhsili alıb.
Bakı Musiqi Akademiyasının solo oxuma kafedrasında Ali təhsil almışdır.
Uğur və Mükafatları
1997-ci il - Bakıda keçirilən “Dan ulduzu”mahnı müsabiqəsinin diplomantı, 1998-ci ildə isə qalibi;
1998-ci il - Albaniyada keçirilən beynəlxalq mahnı müsabiqəsində 1-ci yerin qalibi və “Büllur qönçə” mükafatının sahibi;
1998-1999-2000 -ci illər - Qırğızıstanda keçirilən beynəlxalq musiqi festivallarında çıxış;
1998-ci il - Azərbaycan Prezidenti Heydər Əliyevin London səfəri zamanı, Azərbaycan incəsənət ustaları ilə birlikdə Londonun böyük konsert salonlarında uğurlu çıxış;
1998 - ci il - Azərbaycan Prezidenti Heydər Əliyevin təsis etdiyi gənc istedadların “Qızıl kitabına” adı yazılmaqla prezident təqaüdünə layiq görülmə;
1999-cu il - Qazaxıstanda keçirilən “Bostorğay” Beynəlxalq mahnı müsabiqəsində 1-ci yerin qalibi,
1999-cu il - Ukraynanın Simferopol şəhərində keçirilən “Şəlalə” Beynəlxalq televiziya mahnı müsabiqəsində 1-ci yerin qalibi və “Qızıl mikrafon” mükafatının sahibi;
1999-cu il - Moskvada keçirilən Azərbaycan mədəniyyət günlərində uğurlu çıxış;
1999-cu il - ABŞ-nın Havay adalarında Amerika gənclərinin 1000 illik forumunda uğulu çıxış;
1999-cu il - ilk audio albomun təqdimatı;
2000–ci il - Şimali Kipr Türk Cümhuriyyətinin 26-cı ildönümü ilə bağlı konsertlərdə çıxış;
2001–ci il - Azərbaycanda keçirilən “Qızıl mikrafon” müsabiqəsində ilin “Gənc istedadı” nominasiyasının qalibi və “Qızıl mikrafon” mükafatının sahibi;
2001-ci il - Türkiyənin Antalya şəhərində keçirilən Beynəlxalq musiqi festivalının diplomantı;
2001-ci ilin 23 martı - ilk solo xeyriyyə konserti ilə kimsəsiz və əlil uşaqlar üçün Şəhriyar adına mədəniyyət sarayında çıxış;
2002-ci il - “Taleyimin şəhəri” adlı ikinci albomun işıq üzü görməsi;
2004 -cü il - Moskvada “Lukoyl” şirkətinin keçirdiyi musiqi müsabiqəsində “Qızıl Səs” diplomuna layiq görülmə;
2004-cü il - Azərbaycan Respublikasın Gənclər, İdman və Turizm naziri Əbülfəz Qarayevin adından Fəxri Fərmanla təltif edilmə;
2005-ci il - “Sülh Mədəniyyəti Naminə Gənclər” İctimai Birliyinin fəxri üzvü seçilməsi;
2005-ci ilin 30 iyunu - Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsertdə müvəffəqiyyətli çıxış;
2005-ci il - 843-saylı Hərbi hissə komandiri F.Məmmədov tərəfindən Fəxri Fərmanla təltif edilmə;
2005-ci il - C.Naxçivanski adına Hərbi liseyin rəisi M.Almasov tərəfindən Fəxri Fərmanla təltif edilmə;
2005-ci il - Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm naziri Əbülfəz Qarayev tərəfindən dövlət gənclər siyasəti sahəsində keçirilən tədbirlərdə fəal iştiraka görə Diplomla təltif edilmə;
2005-ci il - Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət Siyasəti və İdarəçilik akademiyasının rektoru tərəfindən Fəxri Fərmanla təltif edilmə;
2006-cı il - Gənclər təşkilatlarının inkişafı yolunda göstərdiyi xidmətlərinə görə Fəxri Diplomla təltif edilmə;
2006-cı il - Moskvada “Lukoyl” şirkətinin keçirdiyi musiqi müsabiqəsində Qrand – pri və “Billur mikrafon” mükafatının sahibi;
2007-ci il - “Sülh Mədəniyyəti Naminə Gənclər” İctimai Birliyinin İdarə Heyətinin üzvü seçilməsi;
2007-ci il - “Bizim Gənclik” İctimai birliyi və Bakı Musiqi Akadeyasının Tələbə-Gənclər təşkilatının birgə təşkil etdiyi “Gələcək Gənclərindir” adlı tədbirdə verdiyi dəstəyə görə Diplomla təltif olunma;
2008-ci il - Bakı musiqi akademiyasını müvəffəqiyyətlə bitirmək;
2008-ci il - Bakı şəhər Gənclər və İdman Baş idarəsi tərəfindən 2008-il ərzində Gənclər Siyasəti Sahəsində həyata keçirilən tədbirlərdə fəal iştiraka görə Fəxri Fərmanla təltif olunma;
2008-ci il - Bakı şəhər Gənclər və İdman Baş idarəsi tərəfindən 2008-il Ərzində Gənclər arasında Klassik müğənni adına layiq görülmə və Fəxri Fərmanla təltif olunma;
2009-cu il - “Sülh Mədəniyyəti Naminə Gənclər” İctimai Birliyinin Sədr müavini seçilməsi;
2009-cu il - Bakı şəhər Mədəniyyət İdarəsinin dəstəyi ilə keçirilən ”Bakı Gecələri” adlı mahnı müsabiqəsinin diplomantı;
2009-cu ildən bu günə qədər Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Nümunəvi Göstərici Hərbi orkertrinin Solisti;
2010-cu il - Rusiyanin Çelyabinsk şəhərində keçirilən Azərbaycan mədəniyyət günlərində iştirak və Dövlət İncəsənət Universitetində master dərslərinin keçirilməsi;.
2011-ci il - Turkiyənin TRT AVAZ telekanalının dəvəti ilə Konya şəhərinə səfər və bir həftə boyunca həmin kanalda Azərbaycan mədəniyyətinin təbliği.
Bunlardan əlavə bir çox yerli və xarici qəzet və jurnallarda haqqımda məqalələr yazılmış və bir çox dövlət konsetlərində və xeyriyyə tədbirlərində təmənnasız iştirak etmisdir.
Tarix: 23.01.2013 / 21:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 482 Bölmə: Bəstəkarlar Və Müğənnilər