Andrea Mantea -
Həyatı
Əsl soyadı Kərimli olan Andrea Mantea 1986-cı il sentyabrın 20-də Rumıniyanın paytaxtı Buxarest şəhərində Azərbaycandan bu ölkəyə köç etmiş milliyyətcə azərbaycanlı olan ailədə doğulmuşdur.
Andrea modellik həyatına hələ yeniyetmə olarkan başlamışdır. Yerli gözəllik müsabiqələrinin qalibi olmuş Andrea Kərimli "Maxim", "Playboy" kimi jurnalların üz qabığına çəkilib. O, "Miss Playboy" yarışmasında ikinci yeri tutub. Andera Kərimlinin boyu 1,7 metr, çəkisi 51 kiloqramdır. Bədən ölçüləri 91-61-90-dır.
O, 18 yaşına çatmamış İspaniyaya gedir. İspaniya paytaxtında müxtəlif striptiz klublarda ofisiant və rəqqasə olaraq çalışıb. Elə o klublardan birində məşhur ispaniyalı iş adamı Fransisko Roiqlə tanış olub və onunla bir müddət görüşür. Andrea Kərimli Fransisko Roiq vasitəsilə ispaniyalı modelyer Pako Rabbanı tanıyıb. O, Rabanla işlədiyi müddətdə bir sıra İspaniya jurnallarına çəkilib.
Andrea Mantea 20 yaşında məşhur geofizik Mioar Mantea ilə tanış olub və ona ərə gedib. Bir müddət sonra ispan kinorejissor Pedro Almedovar onu kinoya çəkilməyə dəvət edir. Andrea onun filmlərindən birində italiyalı fahişə roluna çəkilməyə razılıq verir. Sonradan sərfəli təklif alan Andrea Kərimli Rumıniyaya qayıdır.
O, 2008-ci ildə Playboy-un ən cazibədar qızı seçilmişdir. Andrea 2009-cu ilin iyulunda özünün ilk musiqili albomunu buraxmışdır.
Tarix: 23.01.2013 / 21:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 210 Bölmə: Bəstəkarlar Və Müğənnilər