Zülfiyyə Xanbabayeva — müğənni; Azərbaycan Respublikasının xalq artisti (2008)[1].Mündəricat
1 Həyatı
1.1 Uşaqlıq illəri - Bakı Payızı
1.2 Aypara qrupu - bugün
1.3 Ailə həyatı
2 Diskoqrafiyası
3 Videoqrafiyası
4 Filmoqrafiya
5 Mükafatları
6 Həmçinin bax
7 Mənbə
8 İstinadlar
Həyatı
Uşaqlıq illəri - Bakı Payızı
Zülfiyyə Güloğlan qızı Xanbabayeva 16 oktyabr 1967-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ailədə üç uşaq idilər: iki qız, bir oğlan. Uşaqlıqdan incəsənətə marağı olan Zülfiyyə babasını, nənəsini və qohumlarını bir yerə yığaraq onlar üçün kiçik "konsertlər" verirdi.
Zülfiyyə xanım və qızı Dəniz OK jurnalının üz qabığında
Zülfiyyə 161 nömrəli məktəbdə oxuyurdu. Məktəbi qədər çox sevməsə də musiqini, ədəbiyyatı və biologiyanı çox sevirdi. Artıq o vaxtlar Əfsər Cavanşirovun xorunda oxuyurdu. İlk dəfə qəzetlər Zülfiyyə haqqında onun 12 yaşı olanda yazdılar. O zaman o Üzeyir Hacıbəyovun ev muzeyində Füzulinin "Şəbi-Hicran" şeirini oxumuşdu. Məktəbdə oxuduğu zaman Cəfər Cabbarlının eyni adlı əsərində Sevil rolunu oynamaqla o özünü aktrisa amplusanda da sınadı. Zülfiyyə anasından xalq mahnıları ifa etməyi öyrəndi. Eyni zamanda müasir rus estradasına, əsasən Alla Puqaçovanın, Sofiya Rotarunun yaradıcılığa böyük maraq göstərirdi. Bu vaxtlar o bilirdi ki, ya aktrisa, ya da müğənni olacaq. Atasının Zülfiyyəni Xarici Dillər İnstitunun tələbəsi görmək arzusuna baxmayaraq, məktəbi bitirdikdən sonra Zülfiyyə İncəsənət İnstitutunun "Teatr rejissorluğu" fakültəsinə daxil oldu. Məktəbdə oxuduğu vaxtlar arası onu fars, ingilis dilləri kursuna aparsa da onun dilə heç bir marağı yox idi. Zülfiyyə İncəsənət İnstitutuna daxil olmaqla öz qarşısına qoyduğu məqsədə nail oldu. İnstitutda oxuduğu dövrdə o, Mirzə İbrahimovun "Mahnı dağlarda gəzər" pyesində oynamış və bir neçə tamaşa qurmuşdur. Zülfiyyə ilə bir kursda indi onun prodüsseri olan Nigar adlı bir qız –Nigar Hacızadə oxuyurdu. Məhz o 1987-ci ildə öz rəfiqəsini Brilliant Dadaşova ilə tanış etdi. Brilliant Zulyanı dinləmiş və onun ifasından məmnun qalmışdı. O, bəstəkar Cavanşir Quliyevə yeni addımlar atan müğənninin ifasına qulaq asmağı tövsiyə etmişdir. Bəstəkar Zülfiyyəni istedadını layiqincə qiymətləndirmiş və onunla işləməyə başlamışıdr. Zülfiyyə 1989-ci ildə "Bakı Payızı-88" musabiqəsində iştirak edir və Vaqif Gərayzadənin "Səni xatırlayarkən" mahnısını ifa etməklə finala çıxır.
Aypara qrupu - bugün
1994-cü ildə Zülfiyyə Vaqif Gərayzadənin "Aypara" qrupunda iştirak etmişdir. Qrupdan ayrıldıqdan bir müddət sonra Zülfiyyə solo karyerasına başlamışdır. 2005-ci ildə "Canım məmlətim " adı altında Azərbaycanın dilbər güşələrinə öz konsert proqramları ilə turneyə çıxmışdır. İndiyə kimi Zülfiyyənin 14 klipi və 5 albomu işıq üzü görüb. 2003-cü ildə Zülfiyyə Azərbaycan Respublikasının Əməkdar Artisti adına layiq görülüb. 2008-ci il 17 sentyabr tarixindən isə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Xalq Artisti adına layiq görülüb. 2009-cu ilin oktyabrına qızı Dənizin ad gününə planlaşdırılan 5-ci albom biraz gecikərək dekabr ayında dinləyicilərin ixtiyarına buraxıldı. Albom "Dəniz" adlandırıldı.
Ailə həyatı
Zülfiyyə xanım 2-ci dəfə OK jurnalının üzündə, oktyabr,2009
Xalq artisti Zülfiyyə Xanbabayevanın ilk evliliyi ötən əsrin 90-cı illərinə təsadüf edir. Xanım sənətçi Aydın adlı şəxslə ailə həyatı qurub. Sonradan ilk ailə həyatına rəsmi şəkildə son qoyan Z.Xanbabayeva uzun müddətdən sonra ikinci evliliyə imza atıb. O, "Simurq" futbol klubunun prezidenti Zaur Məmmədovla evlənib. Hazırda da davam edən bu evlilikdən xalq artistinin bir qızı var.[2] 26 oktyabr 2007-ci il tarixdə qızı Dəniz dünyaya gəlib. Qızı ilə birlikdə şəkilləri ilk dəfə OK Azərbaycan jurnalında yayımlanıb.
Diskoqrafiyası
Əsas məqalə: Zülfiyyə Xanbabayeva diskoqrafiya
2000 Gecə
2001 Sən Gedən Gündən
2003 Qəlbinə Yol
2005 Sənsiz
2009 Dəniz
Videoqrafiyası
Zülfiyyə Xanbabayevanın bütün videolarına Rəsmi YouTube Kanalında izləyəbilərsiz http://www.youtube.com/user/Zu ... ayeva
Filmoqrafiya
Qış nağılı. I film (film, 2001)
Qış nağılı 2(film,2002)
Sirr (serial, 2012)
Mükafatları
2000 Humay mükafatı İlin Ən Yaxşı Proyekti - Aləm Oyansın
2001 Humay mükafatı İlin Ən Yaxşı Klipi - Sən Gedən Gündən
2002 Humay mükafatı İlin Ən Yaxşı Konserti - Heydər Əliyev adına Sarayda solo konsert
2012 Qrand Müstəqil Milli - İctimai Mükafatı - 2011 Estrada musiqisinə verdiyi əvəzsiz töhfələrinə görə
2012 Qrand Müstəqil Milli - İctimai Mükafatı - 2011 İlin hit mahnısı - Unut Getsin
Tarix: 22.01.2013 / 19:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 561 Bölmə: Bəstəkarlar Və Müğənnilər