Həyatı
Rzayev Ələsgər Alməmməd oğlu 1908-ci ildə indiki Lerik rayonun Rvarud kəndində dünyaya göz açmışdır.Sənətkar tar və saz ifaçısı olmuşdur.Ustad aşıq əsasən tar ifaçılığı ilə məşğul olmuşdur. Tarda özunə məxsus şəkildə Azərbaycanın milli muğamlarını böyük məharətlə ifa edirdi.Onun tarda ifa etməsi eyni zamanda ustadın sazda da öz sözunu deməyə şərait yaratmışdır.
Ustadın sazda böyük məharətlə ifa etməsini F.Rzayev belə açıqlayırki: “Bir gün qonşu kəndlərin birində üç gün üç gecə toy məclisi qurulur. Və həmin məclisə Şirvan ərazisindən ustad aşıqlardan biri dəvət olunur.Bu məclisdə eyni zamanda Aşıq Ələsgər də dəvətli olur.Şirvanlı Ustad aşıq, Ələsgərin sazda ifaçılığına şahid olmaqla yanaşı, məclis boyu onun ifaçılığına məftun olmuşdur”.
Aşıq Ələsgər həmdə yaradıcı sənətkar olmuşdur. Çox təəssüfflər olsun ki, ustadın yaratdığı aşıq yaradıcılığı üçün xarakterik janırda şerləri dövrumuzə gəlib çatmamışdır.
F.Rzayev nəvəsi olduğu ustadın insani keyfiyyətlərini belə açıqlayır: “Aşıq Ələsgər vətənini sevən çox böyük şəxsiyyət olub, sənəti özunə , özu sənətinə yaraşan mərd, səxavətli, sədaqətli bir kişi olmuşdur.
Ustad təkcə anadan olduğu kənddə tanınmamışdır, həmdə bütün elin toy məclislərində saz çalıb oxumaqla yanaşı, eyni zamanda tar çalmaqla cənub bölgəsində tanınmışdır.
Ustadın aşıq sənəti ilə məşğul olması, onun saz götürub öz elinin gözəllərinə nəğmə qoşması II dünya müharibəsindən əvvəlki dövrlərə təsadüf edir. Lerik rayonunda tar ifaçıların olmadığı bir dövrdə ustad sənətkar tarzən olmuşdur.
Aşıq Ələsgər eyni zamanda Şirvan aşıq məktəbinin ən tanınmış nümayəndələrindən olan Aşıq Mirzə Bilalın (1872-1937), müasiri olmaqla yanaşı, onlar dost olmuşlar, el şənliklərində bir səhnəni bölüşmüşlər.
Aşıq Ələsgər II dünya müharibəsinin başlamsaı ilə əlaqədər olaraq, müharibəyə getmiş və müharibədə itkin düşmuşdur. Ustadın aşıqlıq irsini araşdırmaq, aşıq yaradıcılığı baxımından vacib məsələlər sırasında gedə bilər.
Talış və Azərbaycan dillərin bədii xüsusiyyətlərinə yaxşı bələd olan ustad sənətkar hər iki dildə dastan oxumuşdur.
İndiki dövrdə ustadın qoyduğu musiqi irsini aşağıdakı sənətkarlar davam etdirir:
Famil Rzayev (ustadın nəvəsi-Qarmon ifaçısı)
Raqif Rzayev (—nəticəsi—nağara ifaçısı)
Fariz Rzayev (—nəticəsi—qoşa nağara ifaçısı)
Mubariz Rzayev(—nəticəsi—Qarmon ifaçısı)
Cəmil Məmmədli(-nəticəsi-Müğənni və Bəstəkar)
Tarix: 24.01.2013 / 18:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 335 Bölmə: Bəstəkarlar Və Müğənnilər