Xəyalə Manaflı - Press-reliz, müğənni, televiziya aparıcısı.Mündəricat
1 Həyatı
2 Klipləri
3 Filmoqrafiya
4 İstinadlar
5 Həmçinin bax
Həyatı
1985-ci il martın 19-da Bakıda anadan olub. 1990-cı ildən böyük səhnədə çıxışlar edib. Azərbaycan estrada səhnəsində ilk uşaq estrada müğənnisidir.
1994-cu ildə Az. Dövlət Filarmoniyasında ilk solo konserti olub. 1991-1998-ci illərdə xüsusilə onun üçün yazılmış 40-ya yaxın mahnılar hələ uşaq ikən ona şöhrət gətirib. Uşaq mahnılarına çəkilmiş ilk kliplər də onundur. İlk uşaq televiziya aparıcısıdır.
1991-1999-cu illərdə Az. Televiziyasında “Bax belə”, “Xəzər”, studiyasında “7...17” telemüsabiqəsinin, “BMTİ” müstəqil televiziya kanalında “Xəyalə və dostları”, Az.televiziyasının 2-ci proqramında “Çərək, çərək, gəl görüşək” adlı musiqili, əyləncəli, uşaq və yeniyetmə proqramlarının aparıcısı olub.
1992-ci ildə “7...17” telemüsabiqəsinin qalibi olub.
1994-1999-cu illərdə Az. Dövlət Uşaq Filarmoniyasının solisti olub.
1992-2003-cü illərdə Bül-bül adına orta ixtisas musiqi məktəbində f-no və vokal ixtisasları üzrə təhsil alıb.
2003-2007-ci illərdə Bakı Musiqi Akademiyasında vokal ixtisası üzrə xalq artisti, professor Xuraman Qasımovanın sinfində təhsil alıб.
“Bakı payızı-2003” gənc estrada ifaçıları müsabiqəsinin 1-ci yer laureatı adına layiq görülərək diplomla təltif edilib. Nikoil bank və Mədəniyyət nazirliyinin xüsusi mükafatını alıb.
2003-cü ildən uşaq musiqi məktəbində vоkаl ixtisası üzrə dərs deyərək, müəllimlik fəaliyyətini davam еtdirir.
2006-cı ildə “İki sevgi” adlı ilk musiqi albomu işıq üzü görüb.
2007-2009-cu illərdə ATV kanalında “Bizdən Sizə” verilişinin aparıcısı olub.
2009-cu ildə ANS kanalında “AvtoBaz”verilişinin aparıcısı olub.
2009-cu ildən “Nurlu Həyat” könüllülərdən ibarət xeyriyyə qrupunun üzvüdür.
2011-ci ilde LIDER kanalinda " Creativ Time " reklam proqraminin aparicisi olub.
2012-ci ilden ANS kanalinda " RED STUDIO " maqazin proqraminin aparicisidir.
Sevimli məşğuliyyəti yaxşı musiqiyə qulaq asmaq, müxtəlif bəzək əşyalarını, səhnə aksesuarlarını öz əli ilə hazırlamaq, moda və dizaynla məşqul olmaqdır. Arzusu sevilən və professional müğənni olmaq, teleaparıcı kimi fəaliyyət göstərməkdir. 20 illik səhnə fəaliyyəti ərzində Azərbaycan və xarici estrada mahnıları, Azərbaycan xalq mahnıları, qədim romans və klassik əsərlərdən ibarət zəngin repertuarı yaranıb.
Klipləri
1. Gülümsə üzümə, Azərbaycanın. Rej: Natiq Qəzənfəroğlu
2. Küçədə oxunan mahnı, və ya Xəyalə, hara belə Rej: Asif Abramov
3. Harada qalır xoşbəxtlik. Rej: Natiq Qəzənfəroğlu
4. Dağlarda mahnı Rej: Asif Abramov
5. Nə isə gözləyirəm Rej: Natiq Qəzənfəroğlu
6. Bəlkə də Rej: Nərgiz Cabbarova
7. Nəğmələr-Yаlçın Rza-zadə ilə duet ABA telekanalı
8. İnan sabahlara-CRAZY qrupu ilə Rej: Samirə Cəfərova
9. İlk məhəbbət Rej: Kamran Məmmədov
10. Məhəbbəti duymayım heç Rej: ELRƏNG
11. Ürəyimdə sözüm var Rej: Хаnlar Аğayev
12. Cücələrim-Can Bala qrupu ilə Rej: Hüseyn Cavad-zadə
13. Sevgiye bir addim - feat Ramil Klan-A-Plan Rej: Nail Naiboglu
14. SEN Rej: Kenan Musayev
Filmoqrafiya
Kişiləri qoruyun (film, 2006)
Bizdən sizə (veriliş)
Tarix: 22.01.2013 / 19:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 515 Bölmə: Bəstəkarlar Və Müğənnilər