Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maykl Cekson

Maykl Cozef Cekson (Michael Joseph Jackson, 29 avqust 1958, Qari, İndiana — 25 iyun 2009, Los-Anceles, Kaliforniya) — amerikalı pop müğənisi, rəqqas, mahnılar müəllifi, filantrop. Pop Kralı (ing. King Of Pop) kimi bilinirdi. 13 Qremmi və s. mükafatların sahibi. 13 dəfə Ginnesin rekordlar Kitabına yazdırılıb; dünyada satılıb albomların kapyaların sayı 750 milliondan çoxdur. Uşaq yaşlarından "Jackson 5" qrupunun üzvü kimi tanınmış, sonradan solo artisti kimi şöhrət qazanmışdır.

1958-ci il 29 avqustda İndiana ştatının Qari şəhərində anadan olmuşdur. Onun müvəffəqiyyətli karyerası və mübahisəli, anlaşılmaz şəxsi həyatı demək olar ki, 40 il pop mədəniyyətinin bir hissəsi olmuşdur.

2009-cu il 25 iyun tarixində 50 yaşında qəfil vəfat etmişdir. İstintaq tibb testlərinin nəticəsinə əsaslanaraq Ceksonun güclü ağrıkəsici sayılan propofolu ölümcül dozada qəbul etməsindən vəfat etdiyini bildirib. Pop kralı Los-Ancelesin "Forest Lawn" xiyabanında dəfn edilib.Mündəricat
1 Həyatı
1.1 Off The Wall: 1978 – 1982
1.2 Thriller: 1982-1987
1.3 Bad: 1987 – 1990
2 "Exeter City"nin azarkeşi
3 Albomları
4 Xarici keçidlər
5 İstinadlar


Həyatı

Doqquz uşaqlı ailənin yeddinci üzvü olaraq dünyaya gələn sənətçinin tam adı, Maykl Cozef Ceksondur. Müğənninin fabrik işçisi olan atası, Cozef Cekson, musiqiyə ehtiras dərəcəsində bağlı idi və boş zamanlarında gitara çalərdı.Həyat yoldaşı Katherine (Scruse) ilə evlənib cox uşaqlı bir ailə halına gəldikdən sonra, musiqi maraqını uşaqlarına da aşıladı 60-ci illərdən etibarən böyük qardaşları, Jackie, Tito və Jermaine, ataları tərəfindən təşkil edilən "The Jackson Brothers" adında bir qrup quraraq, klublarda mahnı oxumağa və yarışmalara qatılmağa başladılar. Ceksonun sahib olduğu səs və rəqs qabiliyyəti, qısa zamanda fərq edildi. Hələ yaşı kiçik olmasına baxmayaraq, xüsusilə solo mahnılardakı performansı səbəbiylə, 1964-cü ildə, digər qardaşı Marlonla birlikdə qrupa daxil edildi. Artıq beş üzvdən ibarət olan qardaşlar, qrupun adını "The Jackson 5" olaraq dəyişdirdi.

1968-ci ildə qədər keçən müddətdə, həvəskar işlərinə gecə klublarında və barlarda davam edən qrup, Harlem-New Yorkda olan Apollo Teatrında təşkil edilən bir yarışmada birinci oldular, dövrün ən məşhur R&B val şirkəti Motownun qurucusu Berry Gordyun diqqətini çəkdi. 1968-ci ildə Motownla imzaladıqları müqavilədən sonra Kaliforniyaya daşınan qrupun ulduzu sürətlə parlamağa başladı.

O-Jays qrupu və Ceyms Brown kimi soul musiqinin öndərlərinin izindən gedən (The Jackson 5) 1970-ci illərin başında zənci pop və soul vokal qruplarının dünya səviyyəsində bir nömrəli nümayəndəsi halına gəlmişdi. Maykl Cekson isə, bu yeni musiqi tərzini öz içərisində, rəqsiylə birlikdə möhtəşəmləşdirərək, xüsusi bir tərzə çevirəcəkdir . Qrupun bu sürətli yüksəlişindən sonra, güclü səsiylə, fərqli rəqsiylə olduqca seçilən və önə çıxan Maykl Cekson, 1971-1976-cı illər arasında hələ də (The Jackson 5) ilə əlaqədar olaraq, yenə Motowndan, "Got To Be There", "Ben", "Music and Me" və "Forever Michael" adlı ilk solo albomlarını çıxardı. Artıq Cekson üçün zirvəyə catmağın yolu açılmışdı.

"Walt Disney Pictures" tərəfindən, 1971-ci ildə cizgi filmi çəkildi və yayımlandı. Şöhrətini bütün dünyaya eşitdirən Cekson qardaşları, beynəlxalq konsertlər ardıcıllığına 1972-ci ildə İngiltərədən başladılar və getdikləri hər yerdə konsertlər fantastik izdihamla kecdi.. 1973-cü ildən etibarən qrupun satış rəqəmlərinin düşmə meyli göstərməsiylə birlikdə, Motown idarəsi ələ alaraq, bundan belə şirkət tərəfindən seçiləcək mahnıların səsləndirilməsi mövzusunda Ceksonlara təzyiq etməyə başladı. Çətin günlər günlər keçirən qrup, 1976-ci ildə şirkətdən ayrılma qərarı alaraq, Epic Recordsla müqavilə imzaladı.

Bu inkişafdan sonra Motown, Ceksonlar əleyhinə, müqaviləni pozmaq tezisiylə iddia açdı. Eyni il, qrupun məlumatı olmadan "The Jackson 5 Anthology" adıyla qarışıq bir albom hazırlandı və kütləvi satışa cıxarıldı. Bu inkişaf iplərin yaxşıca gərilməsinə səbəb oldu. Şirkətin sahibi Berry Gordyun qızıyla evli olan Jermen Cekson, tərəflər arasındakı bu ixtilafdan ötəri, qrupdan ayrılaraq Motownda qaldı. Ad haqqını itirən Cekson qardaşları isə, Jermainenin yerinə ən kiçik qardaşları Randyı qrupa daxil edərək, The Jacksons olaraq adını dəyişdirdi. Yenilənən qrup üçün artıq yeni bir dövr başlayır; Maykl isə zirvəyə doğru addımlayırdı. The Jacksons qısa zamanda öz şöhrətini geri qaytara bildi və 1976 – 1984 illəri arasında, öz parçalarından meydana gətirdikləri albomlar və singelar ilə yüksəlməyə davam etdi. Yeni şirkətlərindən altı yeni albom çıxaran qrupun, 1978-ci ildəki Destiny çalışması az qala şoka səbəb oldu və Cekson qardaşlarının ən müvəffəqiyyətli albomlarından sayılırdı. Bu albomun Maykl üçün də ayrı bir əhəmiyyəti oldu. Çünki öz bəstələdiyi mahnılar, dünya səviyyəsində böyük bəyənmə yığdı və qrupun klassikləri arasına girməyi bacardı. Beləcə Mayklın musiqi bəstələmək kimi başqa bir qabiliyyəti daha ortaya çıxmış oldu. Bu albom iki milyondan çox tirajla satilaraq, qrupun və xüsusilə də Mayklı daha da məşhurlaşdırdı.

Off The Wall: 1978 – 1982

Off The Wall albomunun hit mahnılarından She's Out Of My Life 1978-ci ilə gəlindiyində isə, Maykl üçün fərqli təcrübələr söz mövzusu olacaqdı. Cekson, qorxuluğu canlandırdığı "The Wiz" adlı müzikldə, aralarında eşq şayiələri yayılan Dayana Ross ilə birlikdə çəkildi. Tam da bu dövrdə, müzikalda istifadə ediləcək olan mahnıları aranje edən Kuinsi Consla Mayklın yolları kəsişdi. Cons məşhur pop ulduzun gələcəkdəki müvəffəqiyyətinin ortaqlarından biri olacaqdı. Çünki, film istehsal mərhələsində ikən, Ceksonla Cons olduqca uyğun bir işbirliyi qurdular və Mayklın müstəqil ilk solo albomunu birlikdə hazırlamaq üçün razılaşdılar. Beləcə 1979 da, məşhur müğənninin ilk müstəqil solo albomu olan "Off the Wall", Consun prodüserliyində Epic Recordsda çıxdı. "Don't Stop 'Til You Get Enough", "She's Out Of My Life", "Off The Wall", "Rok With You" kimi dünya səviyyəsində səs gətirən bir çox hit parçanı içində saxlayan bu albom, inanılmaz satış rəqəmlərinə çataraq, Mayklı pop musiqi və əyləncə dünyasının talismanı halına gətirmişdir. 1980-ci ildə, American Music Awards tərəfindən 3 janrda mükafata layiq görülən albom (Ən Yaxşı Soul/R&B Albomu – Off the Wall, Ən Yaxşı Soul/R&B Kişi Müğənni, Ən Yaxşı Soul/R&B Mahnı – Don't Stop 'Til You Get Enough), bir çox siyahı müvəffəqiyyət mükafatının da sahibi oldu. Eyni ilin Fevral ayına gəlindiyində, Maykl yenə "Don't Stop 'Til You Get Enough"la "Ən Yaxşı R&B Kişi Vokal" janrında ilk Grammy mükafatını almışdir Bir caz musiqiçisi olan Jonesin, albomdakı parçalarda bu musiqi növünü infrastruktura yerləşdirməsi təbii qarşılanarkən, bununla kifayətlənilməyib disco və funky tərzi ritimlərə də yer vermiş olması, yalnız Maykla xas yeni bir musiqi növünün ortaya çıxmasına səbəb oldu. Əlbəttə bu da, Ceksona bənzərsiz və universal bir şöhrət gətirdi. İlk olaraq yaxın yoldaşı, Elizabeth Taylor tərəfindən özünə həsr edilən və sonraları məşhur bir ifadə şəklini alan "King of POP" (pop kralı) bənzətməsi, xüsusilə bu dövrlərdə xatırlanmağa başlandı.

İlk solo albomunun gətirdiyi müvəffəqiyyətlərlə yanaşı, Cekson qardaşları ilə də işə davam edən Maykl, 1980-ci ildə qrupla birlikdə "Triumph" albomunu çıxardı. Bəstələdiyi mahnılar və bunlara yazdığı sözlərlə Triumpha damğasını vuran yenə Maykl oldu. "Can You Feel It"ə çəkilən fərqli klip də böyük səs gətirdi və sənətçinin rəqs qabiliyyəti milyonlarla müsiqi sevəri tərəfindən xoş qarşılandı. 1982-ci ildə isə, məşhur pop ulduzuna Ən Yaxşı Uşaq Albomu janrında Grammy mükafatı qazandıracaq olan "E.T." (Extra-Terrestrial) filminin orijinal saundtreki "Someone in the Dark" mahnısını səsləndirdi.

Thriller: 1982-1987

1982-ci ilin məşhur pop ulduzu üçün haradasa bir dönüş nöqtəsi oldu. Ceksonu az qala bu gün olduğu nöqtəyə gətirən və əfsanələşdirən albom, "Thriller", Epic Recordsdan yenə Quincy Jones prodüserliyində təqdim edildi. Ümumiyyətlə arxa arxaya, təkli halında bazara cıxan albomun "Wanna Be Startin' Somethin'", "Billie Jean", "Beat It"i də ehtiva edən hər mahnısı hit oldu və musiqi tarixində bütün zamanların ən yüksək satış rəqəminə çataraq rekord qırdı.

Mahnıların yanında, dörd hit parça üçün qısa film çəkilmiş, güclü və geniş büdcəli istehsal tələb edən maraqlı kliplər də böyük əks-səda oyandırdı. MTV, Billie Jeanla, ilk dəfə zənci bir müğənninin video klipini nəşr etmiş oldu. Fantastik bir mövzuyla hazırlanmış və rəqslərlə vizual bir mərasimə çevrilmiş Thriller mahnısının 13 dəqiqəlik klipi isə, partlama etdi və gələn tələblər üzərinə VHS formatında bazara təqdim edilərək, yenə fantastik bir rekord qırdı.

Klipdə Mayklın nümayiş etdirdiyi xüsusi rəqs xoreoqrafiyaları, bir çox gəncə ilham qaynağı oldu. Xüsusilə Cekson qardaşlar olaraq qatıldıqları Motownun 25-ci ildönümündə, Billie Jean mahnısını səsləndirərkən sərgilədiyi "Moonwalk" (Ay yerişi) adlandırılan ayaq sürüşdürmə hərəkəti, Ceksonun imzasıyla tarixə keçdi.Maykl Ceksonun məşhur Ay yerişi

Maykl Ceksonun Billie Jean mahnısını ifa edərkən yerinə yetirdiyi "Ay yerişi" (Moonwalk)
Bu faylın oxunmasında problem var? Bax media kömək.


37 həftə zirvədə qalan və Billboard albom siyahısında 122 həftə keçirən Thriller, əlbəttə bir çox mükafatı da özü ilə gətirdi. 1984-cü ildə, 12 janrda namizəd göstərildiyi Grammydan 8 mükafatla ayrılan Cekson, bir gecədə ən çox mükafat alan sənətçi ünvanını, 2000-ci ildə Carlos Santana egale edənə qədər əlində tutmağı bacardı (Mükafatların yeddisi Thrillerə gedərkən, biri də, 1982-ci ildə səsləndirdiyi "Someone in the Dark"a verildi). Albom eyni il, 8 Amerikan Musiqi Mükafatı, 4 Amerikan Video Mükafatı, 3 MTV Video Musiqi Mükafatı və Üstün Müvəffəqiyyət Mükafatı almışdır. Bu sırada, Pepsi-Colayla sponsorluq razılaşması imzalayan və qardaşlarıyla birlikdə şirkətin reklam filmlərində rol alan Ceksonun başına talehsiz bir hadisə gəldi. Reklam çəkilişində, hava fişəng nümayişi əsnasında saçları alov götürərək dərisində ciddi ziyan meydana gəldi. Cekson gördüyü fiziki zərərdən şirkəti məsul tutdu və təzminat iddiası açdı. Lehinə nəticələnən iddiadan qazandığı astronomik məbləği isə, müalicəsini icra edən xəstəxanaya bağışladı.

1984-cü ildə, Thriller yuxusu davam edərkən, qardaşlarıyla təkrar bir yerə gələrək "Victory" albomunu çıxardılar. Bu albomda da Michael tərəfindən yazılmış və bəstələnmiş hit parçalar vardı. Jackson qardaşların ən müvəffəqiyyətli albomu olan Victory üçün 5 aylıq beynəlxalq nəhəng bir festival təşkil edildi. festival gəlirinin bütününü bağışlayacaqlarını eşitdirməsi üzərinə, Michael Jackson-un adı, jest olaraq Hollywood ulduzlar keçidinə əlavə olundu. Festivalda 5 milyon $ gəlir əldə edildi. 1985-ci ildə, "Beat It" adlı mahnısını, spirtli avtomobil istifadə etməyə qarşı televiziyalarda və digər mətbuat-nəşr orqanlarında icra edilən kampaniyalarda istifadə edilmək üzrə bağışlaması səbəbiylə, dövrün dövlət başçısı Ronald Reagan tərəfindən, təşəkkür məqsədiylə Ağ Evə dəvət edildi.

Jackson irəlidəki illərdə, məşhur bir dünya ulduzu olaraq, çox daha çox səs gətirəcək ictimai məsuliyyət və insani kömək proyektlərini həyata keçirəcəkdi. Bunlardan ən əhəmiyyətlisi, "For Africa" (Afrika üçün) kampaniyası çərçivəsində, xüsusilə Şərqi Afrikada aclıq sərhədində və köməyə möhtac bir şəkildə yaşayan insanlar üçün, Lionel Richie ilə birlikdə yazdığı "We Are the World" parçası idi. Dünya səviyyəsində ən çox satış rəqəminə sahib sigle olma xüsusiyyətini hələ də daşıyan mahnı, Steve Wonder, Tina Torner, Diana Ross, Ray Charles, Sindi Lauper, Bob Dilan, Bruce Springstin kimi məşhurların da aralarında olduğu 40-dan çox məşhur sənətçi tərəfindən səsləndirildi. Bu müvəffəqiyyətin ardından, "We Are The World"lə Richie və Jackson İlin Mahnısı janrında Grammy Mükafatını almağa haqq qazandılar.

1985-ci il ulduz müğənni üçün yalnız təriflərlə keçmədi. Michael, bir çox məşhur sənətçi tərəfindən səsləndirilmiş mahnıdan əlavə, xüsusilə "Beatles"a aid 200-dən çox mahnının müəllif hüquqlarına sahib olan "ATV Music" şirkətinin ən böyük səhm paketini alaraq bir çox mübahisələrə səbəb oldu. Ən sərt reaksiya isə hərracı təşkil edən yaxın dostu, Beatles qrupunun keçmiş üzvü Paul McCartney-dən gəldi. Bu hadisə, dostluqlarının və xüsusilə ortaq musiqi yazma işlərinə son qoydu.

1986-ci ildə, Jorg Lucas-ın prodüserliyində və Frencis Ford Koppola-nın rəhbərliyində çəkilən "Captain EO" adlı qısa filmdə Michael, Kapitan EO rolu ilə ekranlara çıxdı. 17 dəqiqə olmasına baxmayaraq təxminən 17 milyon dollara başa gələn film, o günədək çəkilmiş, dəqiqə başına ən böyük xərc aparan film idi. "Disneyland"da nümayişə girən film üçün Michael, "Another Part Of Me" və "We Are Here To Change The World" adlı iki yeni parça səsləndirdi.

Bad: 1987 – 1990

Maykl Ceksonun imzası

1987-ci ildə, pop ulduzu, "Bad" albomu ilə fanatlarının qarşısına çıxdı. Quincy Consun prodüserliyini etdiyi son Michael Jackson albomu idi və yenə Epic Records etiketi daşıyırdı. Satış rəqəmləri sənətçinin gözləməsinin altında olsa da, təxminən 30 milyon ədəd – "I Just Can't Stop Loving You", "Bad", "The Way You Make Me Feel", "Man in the Mirror" və "Dirty Diana" kimi təklilər siyahılarda eyni anda bir nömrəyə oturaraq bir qanun imza atdı. 2008-ci il etibarilə, albomu 30 milyon kopiya, ABŞ-da 8 milyon göstəricisi ilə dünya səviyyəsində satılmaqdadır.

Albomun təqdimatından sonra Maykl, yenə Pepsi sponsorluğunda, 16 ay kimi olduqca uzun bir zamana ilk solo dünya turnesinə çıxaraq pərəstişkarlarıyla görüşdü; 123 konsert verdi. Bu vaxt Pepsi reklamlarıyla ekranlarda çıxdı. Dönüşündə isə, Bad mahnısına, Martın Scorsese rejissorluğunda 18 dəqiqəlik, yenə qısa film xüsusiyyətində bir klip çəkildi. Ancaq klipdəki yeni Michael Jackson görünüşü, haradasa mahnıdan daha çox danışılar hala gəldi. Çünki məşhur müğənninin həm üzündə, həm də dəri rəngində çox diqqətə çarpan və çaşdırıcı dəyişikliklər vardı. Media, sənətçinin, zənci olmaqdan utandığı üçün dəri rəngini ağartmağa çalışdığı, burun estetikasi, alın qaldırma və dodaq naziltmə əməliyyatı kimi bir çox əməliyyat keçirdiyi iddialarını ortaya atdı.

Ancaq məşhur müğənni, 1988-ci ildə öz yazmış olduğu Moonwalk adlı avtobiyoqrafiyasında, yalnız iki dənə estetik əməliyyat etdirdiyini və çənəsindəki yaralardan ötəri də dərisi üçün cərrahı əməliyyat tətbiq olunduğunu yazdı. Bad`ın klipi də bütün bu sensasiyalara baxmayaraq, olduqca yaxşı bir satış rəqəminə çatdı.

Cerri Kramer və Kolin Çilvers tərəfindən idarə olunan; Şon Lennon və Brendon Adamsın Ceksona yoldaşlıq etdiyi "Moonwalker" adlı müzikl 1988-ci ildə nümayişə girdi və tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. Filmin VHS distributivi bir milyon satış ədədiylə yeni bir rekorda imza atdı. Artıq ulduz sənətçi, pop, rok və soul musiqisinin kralı elan ediləcək və Elvis Presly, Beatles, Frank Sinatra kimi dünya səviyyəsində talismana çevrilən zirvəyə oturmuş bir "kral" halına gələcəkdi.

Filmin müvəffəqiyyətindən sonra, paparazzilerden və haqqında törədilən dedi-qodulardan deppresiyaya düşən Maykl, Hayvenhörstdə ailəsiylə birlikdə yaşadığı evi tərk edərək, 27 hektarlıq nəhəng bir sahə də Neverland villasını satın aldı və orada gözlərdən uzaq yaşamağa başladı. Çox kiçik yaşda həyata atılmaq məcburiyyətində qaldığı üçün, həsrətini qurduğu uşaqlıq günlərini yaşaya bilmək adına, lunaparkdan zooparka, böyük bir gölə qədər özünə tamam ayrı bir dünya qurdu.

Maykl Cekson atası Cozef Cekson, anası Ketrin Ceksondur. Qardaşları – Cermayn Cekson, Tito Cekson, Ceki Cekson, Merlon Cekson və Rendi Cekson, bacıları – Janet Cekson, La-Toya Cekson və Rebbi Ceksondur.

"Exeter City"nin azarkeşi

Pop dünyasının kralı qəribə də görünsə, İngiltərənin çox az tanınmış bir klubunun azarkeşi olmuşdur. Cekson 2002-ci ildə "Ekseter Siti"nin İdarə Heyətinin fəxri üzvü seçilmişdir.

Albomları
1972 — Got to Be There
1972 — Ben
1973 — Music & Me
1975 — Forever, Michael
1979 — Off The Wall
1982 — Thriller
1987 — Bad
1991 — Dangerous
1991 — Ultimate Cheska
1995 — HIStory
2001 — Invincible
Number Ones (2003)
Michael Jackson: The Ultimate Collection (2004)
The Essential Michael Jackson (2005)
Visionary (2006)


Tarix: 21.01.2013 / 20:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1268 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...