Hüseynağa Hacıbababəyov
Hüseynağa Hacıbababəyov (19 may, 1898 – 10 noyabr, 1972) – müğənni (lirik tenor). Azərbaycanın xalq artisti (1938).
Həyatı
Hüseynağa Hacıbababəyov Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. 1916-cı ildən ilk muğam operalarında qadın partiyalarını ifa etmişdir.
Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuş və Məcnun ("Leyli və Məcnun", Ü.Hacıbəyov), Şah İsmayıl ("Şah İsmayıl", M.Maqomayev), Qərib ("Aşıq Qərib", Z.Hacıbəyov), ("Xosrov və Şirin", Niyazi) və b. partiyaları oxumaqla yanaşı, Avropa bəstəkarlarının operalarında da çıxış etmişdir.
Tarix: 21.01.2013 / 20:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 172 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...