Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Firəngiz Əhmədova

Firəngiz Yusif qızı Əhmədova – müğənni, SSRİ Xalq Artisti (1967).Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Həmçinin bax
4 İstinadlar


Həyatı

Əhmədova Firəngiz 23 sentyabr 1928-ci ildə Bakıda anadan olmuşdur. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir . 1946-1951-ci illərdə Azərbaycan Radiosu Xorunun, 1951-1988-ci illərdə isə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur.

Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının operalarında müvəffəqiyyətlə çıxış etmişdir. Əsas partiyaları: Nərgiz, Gülzar ("Nərgiz", "Şah İsmayıl", M. Maqomayev), Nigar ("Koroğlu", Ü. Hacıbəyli), Sevil ("Sevil", F. Əmirov), Səriyyə ("Azad", C. Cahangirov), Sona ("Bahadır və Sona", S. Ələsgərov), Maro ("Daisi", Z. Paliaşvili), Aida ("Aida", C. Verdi), Toska ("Toska", C. Puccini) və s. "Sənsiz" (Ü. Hacıbəyli), "Ölkəm", "Sual" (A. Zeynallı), "Arzu" (Niyazi), "Heyran olmuşam" (Ə. Abbasov), "Oxuma gözəl" (A. Rzayeva) və s. Azərb. romanslarını, eləcə də klassik rus bəstəkarlarının (P. Çaykovski, S. Raxmaninov, S. Taneyev və b.) romanslarını sənətkarlıqla ifa etmişdir.

Firəngiz Əhmədova 1989-cu ildən ildən Azərbaycan Opera və Balet Teatrında məşqçi-pedaqoq kimi fəaliyyət göstərir. SSRİ Ali Sovetinin (4-cü çağırış) və Azərbaycan SSR Ali Sovetinin (5-ci çağırış) deputatı olmuşdur. Azərbaycanın "Şöhrət" ordeni ilə təltif edilmişdir.

16 dekabr 2011-ci ildə Bakı şəhərində vəfat etmişdir.[1]

Filmoqrafiya
Konsert (film, 1961)
Sevil (film, 1970)
Azərbaycan elləri (film, 1976)
Firəngiz Əhmədova (film, 2003)


Tarix: 21.01.2013 / 20:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 383 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...